Icma.az
close
up
RU
Dölyanı sular

Dölyanı sular

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Dölyanı sular hamiləliyin erkən dövrlərindən etibarən doğuşa qədər olan müddət ərzində dölü əhatə edərək onun həyatında vacib rol oynayır.

Dölyanı sular ana ilə döl arasında maddələr mübadiləsinin gedişini təmin edir, uşaqlığın divarları tərəfindən dölün bədəninin sıxılmasının qarşısını alır, ananın yıxıldığı və ya qarnına zərbə dəydiyi hallarda dölü bu zərbələrin təsirindən qoruyur. Bu halda dölün zərbədən “qorunma dərəcəsi” heç də çox deyil və qarına dəyən güclü zərbə nəticəsində dölətrafı kisənin tamlığı əlbəttə ki, pozula da bilər.

Dölətrafı kisə dölü, uşaqlıq yolundan və uşaqlığın boynundan, uşaqlıq boşluğuna daxil olan infeksiyalardan da qoruyur.

Dölyanı suların vəziyyəti (miqdarı, şəffaflığı, rəngi və s.) hamiləliyin gedişi barədə çox şey deyə bilər. Normal halda dölyanı sular iysiz və şəffaf olurlar.

Hamiləliyin erkən dövrlərində dölyanı suların bulanıq olması dölün infeksiyaya yoluxmasını göstərə bilər. Hamiləliyin 28-ci həftəliyindən başlayaraq dölyanı suların bir qədər bulanıq olması normal hesab olunur. Bu zaman bulanmanın səbəbi – dölün dərisindəki ölmüş hüceyrələrin və dölün dərisini örtən piyə bənzər maddənin dölyanı sulara düşməsi. Hamiləliyin 5-ci ayının sonunda (20-ci həftə) dölün dərisindəki piy vəziləri yağa bənzər xüsusi maddə ifraz etməyə başlayır ki, o da epidermis qatındakı pulcuqlarla birləşərək, dölün dərisini nazik təbəqə şəklində örtür. Nəticədə isə dölün dərisini dölyanı suların dağıdıcı təsirindən qorumuş olur.

Dölyanı suların həcminin dəyişməsinin də (normadan artıq və ya az olması) böyük əhəmiyyəti vardır. Mütəxəssilər tərəfindən, hamiləliyin müxtəlif patologiyalarının və dölyanı suların miqdarının əlaqəsi barədə müəyyən elmi məlumatlar aşkar edilmişdir.

Dölyanı suların az olması (azlığı)

Dölyanı suların az olması (azlığı) – döl ərtafında olan mayenin miqdarının 500 ml və daha az həcmə qədər azalması deməkdir. Bunu əsasən USM ilə müəyyən etmək olur. Bu çox təhlükəli vəziyyətdir! Dölyanı suların azlığı - dölün inkişafının hər hansı anadangəlmə qüsurları, bətndaxili inkişafın ləngiməsi, xroniki oksigen çatışmazlığı, dölün ana bətnində infeksiyaya yoluxmasının nəticəsi kimi meydana çıxa bilər.

Dölyanı suların həcminin kəskin şəkildə azalması səbəbindən göbək bağı, döl ilə ananın uşaqlığının divarı arasında sıxıla bilər. Bu isə döldə kəskin oksigen çatışmazlığına və son nəticədə və onun həlak olmasına səbəb ola bilər.

Dölyanı suların azlığı doğuşun gedişini xeyli dərəcədə çətinləşdirir. Nəticədə bir çox belə hallarda doğuşu Keysəriyyə əməliyyatı üsulla aparmaq lazım gəlir.

Əfsuslar olsun ki, hazırda tibbdə olan heç bir üsulla dölyanı suların artırılmasına nail olmaq mümkün deyil.

Dölyanı suların çox olması (çoxluğu)

Dölyanı suların nəinki azalması, onların çoxalması da döl üçün zərərli hesab olunur. Dölyanı suların həcminin 1500 ml-dən çox olması dölyanı suların çoxluğu (artıq olması) hesab olunur. Dölyanı suların çoxluğu - əksər hallarda çoxdöllü hamiləlikdə, anada şəkərli diabet olduqda, rezus-uyğunsuzluq olan hamiləlikdə, dölün inkişaf anomaliyaları və dölün ana bətnində olarkən infeksiyalara yoluxması hallarında olur.

Döl, dölyanı sularda aktiv şəkildə üzür ki, bu da göbək bağının onun boynuna və ya bədəninə dolanması ilə nəticələnə bilər. Dölyanı suların çoxluğu doğuşun vaxtından qabaq baş verməsi, ciftin vaxtından qabaq qopması və uşağın həlak olması ilə də nəticələnə bilər. Dölyanı suların çoxluğu zamanı, doğuş fəaliyyətinin zəif olması səbəbindən doğuş prosesi də ağır keçə bilər.

Dölyanı suların axması necə baş verir?

Normal halda dölyanı sular doğuşun ilkin dövründə (uşaqlıq boynunun tam açılışına qədər, ancaq 4 sm-dən az açılmasından tez olmayaraq) xaric olur. Doğuş sancılarının birinin ən yüksək həddində dölyanı kisə xeyli dərəcədə gərginləşərək yırtılır. Əgər dölyanı sular doğuş başlayana qədər xaric olursa, bu döl üçün çox təhlükəli hesab olunur. Çünki bunun nəticəsində dölün infeksiyaya yoluxması, oksigen çatışmasının inkişaf etməsi və hətta dölün həlak olması baş verə bilər. Bundan başqa dölyanı suların erkən xaric olması doğuşu da xeyli dərəcədə çətinləşdirir. Ona görə də dölyanı suların erkən xaric olması baş verdikdə hamilə qadın tez bir zamanda doğum evinə aparılmalıdır. Doğum evində qadının vəziyyətinə uyğun olaraq, onun hamiləliyinin sonrakı mərhələsi üzrə həkimlər tərəfindən müəyyən bir qərar qəbul edilir (hamiləliyi saxlamaq, doğuşu stimullaşdırmaq və ya Keysər əməliyyatı aparmaqla uşağı xaric etmək).

Normada dölyanı sular rəngsiz və şəffaf olurlar. Əgər dölyanı sular yaşılımtıl rəngdə olarsa, bu dölün ana bətnində oksigen çatışmazlığına (hipoksiya) məruz qalmasının əlamətidir və bu barədə mütləq həkimə xəbər vermək lazımdır!

Ancaq bəzi hallarda hamiləlik zamanı hələ doğuşa xeyli vaxt qalmış qadınlar tərəfindən demək olar ki, hiss edilmədən dölyanı suların az-az miqdarda xaric olması baş verir. Bu isə, hər hansı bir səbəbdən, döl kisəsinin uşaqlıq boynu yaxınlığında deyil, bir qədər yuxarıda yırtılması zamanı baş verir. Dölyanı suların bu cür az-az axması sonda fəlakətli şəkildə azalaraq dölyanı suların azlığı ilə və uşağın həlak olması ilə nəticələnə bilər. Ona görə də hamilə qadın öz vəziyyətinə hər zaman diqqət yetirməli və dölyanı suların az-az axmasına şübhə yaranan kimi tez bir zamanda həkimə müraciət etməlidir. Şübhəli hallarda uşaqlıq yolundan yaxma götürülərək onun təkibində dölyanı suların olub-olmaması müəyyən edilir və ya xüsusi amnitest aparılır (hal hazırda amnitestlər  hazırlanmışdır ki, qadın özü də ondan müstəqil şəkildə istifadə edə bilər).

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri