Mən paltardəyişmə otağında ölmək istəmirəm, indiki işim mənə xoşdur
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Yurgen Klopp “Liverpul”a qayıtma ehtimalı barədə danışıb.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis 2024-cü ildən bəri komanda çalışdırmır. O, mersisayd klubunun baş məşqçisi vəzifəsindən ayrılmaq qərarını verdikdən sonra indi “Red Bull” şirkətində futbol istiqamətinin rəhbəri kimi çalışır.
“Demişdim ki, İngiltərədə başqa bir komandanı heç vaxt çalışdırmayacam. Buna görə də, əgər qayıdacaqamsa, bu yalnız "Liverpul" olacaq. Nəzəri cəhətdən bu mümkündür. Hazırda gördüyüm iş xoşuma gəlir. Mən məşqçilik fəaliyyəti üçün darıxmıram. Mən indi də məsləhətçiliklə məşğulam, amma fərqli sahədə, futbolçularla deyil.
İki-üç saat yağış altında dayanmadan ötəri darıxmıram. Həftədə üç dəfə mətbuat konfransı keçirmək üçün də darıxmıram. Həftədə 10-12 müsahibə vermək və paltardəyişmə otağında olmaq üçün də darıxmıram. 1080 oyunda işləmişəm, yəni orada çox, həddindən artıq çox olmuşam.
Paltardəyişmə otağında ölmək istəmirəm. Məsələ bundan ibarətdir. Mənim 58 yaşım var. Sizin baxışınızdan bu çox ola bilər, amma digər tərəfdən o qədər də deyil. Bu o deməkdir ki, bir neçə ildən sonra qərar verə bilərəm. Bilmirəm". - deyə Klopp "The Diary of a CEO" podkastında bildirib.
saytlarin hazirlanmasi

