Donald Tramp: Biz böyük ölkəyik, lakin ölkəmiz çətin vəziyyətdədir
Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Əgər mən seçkilərdə uduzsam və seçkilər ədalətli keçəcəksə, bunun nəticələrini qəbul edəcək ilk insan mən olacağam”.
"Operativ Media" xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Florida ştatında Uest Palm Biç şəhərində səsvermədə iştirak etdikdən sonra jurnalistlərin suallarına cavabında deyib. Lakin o, seçkilərdə qalib gələcəyinə əmin olduğunu bildirib: “Eşitmişəm ki, biz yaxşı gedirik. Nəticələr heç bir-birinə yaxın belə olmayacaq”,- deyən Tramp seçki kampaniyasının ABŞ-da ən yaxşı kampaniyalardan biri olduğunu vurğulayıb.
Seçkinin nəticələrinə əsasən tərəfdarlarına zorakılığa əl atmamaqla bağlı çağırış edib-etməyəcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, heç kəsə heç nə deməyəcək, çünki heç bir zorakılıq olmayacaq: “Məni dəstəkləyənlər zorakı insanlar deyil”.
“Biz böyük ölkəyik, lakin ölkəmiz çətin vəziyyətdədir. Biz bunları düzəltməliyik”,- deyə prezidentliyə namizəd qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 Noyabr 2024 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















