Icma.az
close
up
RU
Donald Tramp Meksikanın Texas fermerlərindən su oğurladığını bildirib

Donald Tramp Meksikanın Texas fermerlərindən su oğurladığını bildirib

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Meksikanın Texasa 1,3 milyon akr-fut su borcu olduğunu və 1944-cü il Su Müqaviləsi ilə bağlı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə tariflər və sanksiyalarla üzləşəcəyini bildirib.

Sfera.az bildirir ki, Meksika rəsmiləri tədarükün kəsilməsinin səbəblərindən biri kimi üç illik quraqlığı göstərib.
Trampın şərhləri keçən ay Tixuanaya su tədarükünü dayandırmaq qərarından sonra gəlib. ABŞ ilk dəfədir ki, belə bir göndərişi gecikdirir.
 

Donald Tramp “Truth Social”dakı paylaşımında Meksikanın su "oğurladığı" iddiası ilə bağlı yazıb:
 

"Bu, çox ədalətsizlikdir və Cənubi Texas fermerlərinə çox pis təsir edir. Keçən il Texasdakı yeganə şəkər zavodu bağlandı, çünki Meksika Texas fermerlərindən su oğurlayırdı".
ABŞ prezidenti Meksikanın müqavilələri pozmamasını və Texas fermerlərinə zərər verməməsini təmin edəcəyini bildirib.
 

"Keçən ay Meksika 1944-cü il Su Müqaviləsinə əməl edənə qədər Tixuanaya su verilməsini dayandırdım. Mənim Kənd Təsərrüfatı Nazirim Bruk Rollins Texas fermerlərinin yanındadır və biz Meksika Müqaviləyə əməl edənə və Texasa su verənə qədər tariflər və bəlkə də sanksiyalar da daxil olmaqla daha sərt tədbirlər tətbiq etməyə davam edəcəyik" - deyə o bildirib.
 

Çoxillik su bölgüsü sazişinin şərtlərinə əsasən, Meksika hər beş ildən bir Rio Qrande çayı vasitəsilə ABŞ-a 1,75 milyon akr-fut su, ABŞ isə Kolorado çayından hər il 1,5 milyon akr-fut su tədarük etməlidir. Bir akr-fut su 1 akr (0,4 hektar) ərazini 1 fut (30 santimetr) dərinlikdə basdırmaq üçün tələb olunan suyun miqdarıdır. Bu olimpiya ölçülü üzgüçülük hovuzunun təxminən yarısını doldurmaq üçün kifayət qədər su deməkdir.
ABŞ və Meksika arasında razılaşma axını istiqamətləndirmək üçün kompleks bəndlər və su anbarları sisteminin yaradılmasını tələb edir.


Trampın yazısına cavab olaraq Meksika prezidenti Klaudiya Şeynbaum üç illik quraqlığı əsas gətirərək, Meksikanın müqaviləyə bacardığı qədər əməl etdiyini bildirib.
 

Şeynbaum problemin həlli üçün hərtərəfli təklifin çərşənbə günü Dövlət Departamentinə göndərildiyini də qeyd edib.
“Əminəm ki, digər məsələlərdə olduğu kimi, bu məsələdə də razılıq əldə olunacaq”.
Lakin Meksika hökuməti mənbələri:
 

"ABŞ-ın gözləntiləri reallığa əsaslanmalıdır. Biz mövcud olmayan suyu təmin edə bilmərik" - deyə bildirib.

Aysel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Aprel 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri