Icma.az
close
up
RU
Donald Tramp NATO nun müdafiə xərclərini artırmaqdan imtina etdiyi üçün İspaniyanı hədələyib

Donald Tramp NATO nun müdafiə xərclərini artırmaqdan imtina etdiyi üçün İspaniyanı hədələyib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İspaniyanı tariflər də daxil olmaqla, ticarət sanksiyaları ilə hədələyərək, onun müdafiə xərclərini 5 faizə qədər artırmaqdan imtina etməsindən narazı olduğunu bildirib və bu addımı NATO-ya hörmətsizlik adlandırıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib: “İspaniyadan çox narazıyam. Onlar yeganə ölkədir ki, öz göstəricisini 5 faizə çatdırmayıb... ona görə də İspaniyadan narazıyam”.

“Mən onları etdiklərinə görə ticarət tarifləri ilə cəzalandırmaq barədə düşündüm və hesab edirəm ki, bunu edə bilərəm”, - deyə Tramp əlavə edib.

ABŞ Prezidenti dəfələrlə NATO üzvlərini öz müdafiə xərclərini artırmağa sövq edib və Vaşinqtonun az xərcləyən alyans üzvlərinə kömək etməyə hazır olduğunu şübhə altına alıb. Keçən həftə Finlandiya Prezidenti ilə görüşən Tramp bəyan edib ki, NATO yeni öhdəlikləri qəbul etməkdən imtina etdiyi üçün İspaniyanı alyansdan çıxarmaq məsələsini nəzərdən keçirməlidir.

“İspaniya alyansın etibarlı üzvüdür və hazırda NATO-nun tərkibində olan 3 min hərbi qulluqçusu var”, - deyə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares çərşənbə günü Donald Trampın şərhləri ilə bağlı sualı cavablandırarkən bildirib.

“İspaniyanın sadiqliyinə və (transatlantik) təhlükəsizliyə töhfəsinə heç bir şübhə yoxdur”, - deyə o, Çinin Hançjou şəhərinə səfəri zamanı qeyd edib.

Ukrayna ilə müharibədən sonra Rusiyadan gələn ciddi təhlükəni əsas gətirən NATO üzvləri ÜDM-in 2 faizi həcmində xərclərlə bağlı əvvəlki öhdəliklərin artıq yetərli olmadığını iddia edirlər.

İspaniya 32 ölkədən ibarət alyansın yeganə üzvüdür ki, hərbi xərcləri ÜDM-in 5 faizinə qədər artırmağı öhdəsinə götürməyib.

İspaniyanın Baş naziri Pedro Sançes ölkəsinin yalnız 2,1 faizə qədər xərcləyəcəyini bəyan edərək son dəqiqə vergidən azad edilməsinə nail olub və bunu “kafi və realist addım” adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see251

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see207

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see200

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see191

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see152

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see149

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see144

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see138

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see137

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see132

26 yaşlı etirazçı edamdan son anda belə qurtuldu

15 Yanvar 2026 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri