Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Aldanmaq limiti So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Aldanmaq limiti So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az bildirir, 525.az portalına istinadən.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Kağız formada diplom dövrü bitdi. Azərbaycanda bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.) yalnız rəqəmsal formada veriləcək.

Bununla bağlı ötən gün hökumətin qərarı qəbul olunub. Belə bir qərarın qəbulu Prezidentin 2020-ci ildə "Təhsil haqqında" qanuna dəyişikliyin təsdiqi haqqında fərmanında nəzərdə tutulmuşdu. Uzun müddətdir ki, bu sənədin qəbulu ləngiyirdi.

Dərhal qeyd edim ki, bu yanaşma dünyada çox az sayda ölkənin tətbiq etdiyi, bir çox inkişaf etmiş dövlətlərin isə hələ də keçmədiyi qabaqcıl və cəsarətli modeldir.

Əksər ölkələrdə bu gün də əsas sənəd kağız diplom hesab olunur, rəqəmsal versiya isə sadəcə qeydiyyat və arxiv funksiyası daşıyır.

Azərbaycan isə bununla da birbaşa rəqəmsal sənədə hüquqi qüvvə verərək, kağız daşıyıcını tam olaraq dövriyyədən çıxaran ilk ölkələr sırasına daxil olur.

Yeni qaydalara əsasən təhsil sənədləri təhsil müəssisələri tərəfindən məzunların datasının  ETN-in TMİS informasiya istemlərinə daxil edilməsi əsasında TMİS üzərindən elektron formada yaradılacaq.

Məzunların diplom və attestatlarındakı məlumatlar isə həm də myGov şəxsi kabinetində yerləşdiriləcək və hüquqi qüvvəyə malik olacaq.

Sənədlərin həqiqiliyi onlayn yoxlama və QR-kod mexanizmləri ilə təsdiqlənəcək.

Xüsusilə vacib məqam ondan ibarətdir ki, bu modeldə universitetlərin və təhsil müəssisələrinin rolu əhəmiyyətli dərəcədə artırılır.

Artıq ali məktəblər diplom blankı dalınca düşməyəcək, mərkəzləşdirilmiş kağız asılılığından çıxacaq, məzun məlumatlarını birbaşa dövlət sisteminə daxil edəcək.

Diplomların maksimum 10 iş günü ərzində hazırlanması təmin ediləcək.

Yəni artıq universiteti bitirən məzunlar elə məzun günündə də diplomlarını ala biləcəklər.

Bu isə diplomların zamanında verilməsilə bağlı universitetlərin məsuliyyətini artırmaqla yanaşı, təhsil müəssisələrinin institusional rolunu gücləndirir.

Digər mühüm nəticə isə saxta diplomlarla mübarizənin daha effektiv mərhələyə keçməsidir. Elektron sənədin mərkəzləşdirilmiş reyestrdə yaradılması, onlayn yoxlanması saxta diplom dövriyyəsini minimuma endirir.

Arxa tarixlə sənəd tərtibini mümkünsüz edir.

İşəgötürən və qurumlar üçün ani yoxlama imkanı yaradır.

Əlbəttə, ilk dövrlərdə bu prosesdə  müəyyən çatışmazlıqlar, risklər ola bilər. Ümid edirəm ETN tam rəqəmsal sənədlərə keçidlə bağlı bütün təhsil müəssisələrinin hazırılığını gücləndirəcək.

XİN-lə birgə  rəqəmsal diplomların xaricdə tanınması üçün Apostil mexanizmlərini hazırlayacaq.

Düşünürəm ki,  Azərbaycanın qəbul etdiyi model  təhsildə şəffaflığı və etimadı gücləndirəcək, vətəndaş məmnunluğunu xeyli  artıracaq. Diplomun , attestatın notarial tesdiq tələbləri də arxivə qovuşacaq. Artıq heç bir universitet qəbul olunanlardan attestat tələb edə bilməyəcək.

Rəqəmsal hökumət quruculuğunda nümunəvi bir təcrübə olan bu model sadəcə texnoloji dəyişiklik deyil, təhsil sənədlərinə yanaşmanın köklü şəkildə dəyişməsidir.

Hökumətin, ETN-in təhsil sisteminin rəqəmsal transformasiyası istiqamətində atdığı bu cəsarətli və innovativ yanaşma çox  təqdirəlayiq bir addımdır.

Fərid Pərdəşünas, texnobloger:

- "CES 2026" bu il çox maraqlı idi. Ümumilikdə bu səfərimdən 20 texnoloji video məzmun hazırladım. 2018-dən davamlı olaraq qoşulduğum beynəlxalq tədbirlərdən olan yayımlar arasında bu, rekord idi.

Məzmunlar hələ yayımlanmağa davam edəcək. İndiki nəticəyə görə müxtəlif platformalarda 4 milyondan çox izlənmə var.

Əsas məqsədim dünyanın texnoloji qaynar nöqtələrindən Azərbaycan dilində məzmun hazırlamaq və yenilikləri çatdırmaqdır. Paralelində maraqlı görüşlərim və əməkdaşlıqlarım da olur.

Ümumilikdə texnologiya dünyası AI ilə çox fərqli bir yol alır. Texnoloji trend tamamilə fərqli yönə gedir. Artıq hər şeyin AI-ı var. Burada bəzi bağlı qapılar arasında 5 il sonranın texnologiyaları görürsən. Hansı ki, 5 il əvvəl bu gün həyatımızda olanları göstərirdilər. CES çox maraqlı və qəribə yerdir.

Beynəlxalq medialarla rəqabət aparmaq çox çətindir. Onlar 5-10 nəfərlə iştirak edəndə, bir nəfər təmsil olunmaq çox çətin olur. Bir anda baxırsan ki, hər şeyi özün edirsən. İstənilən halda ümid edirəm ki, media məkanımız üçün belə işlər faydalıdır və gələcəkdə daha çox təmsil olunma büdcəmiz və fürsətimiz olar. Azərbaycanda tematik medialar inkişaf etməlidir. Burada çox böyük boşluğumuz var.

Ümid edirəm, hazırladığm materiallar informativ və maraqlı oldu.

Rəşad Məcid, Mətbuat Şurasının sədri:

- Prezident İlham Əliyev öz yüksək enerjisi və fəaliyyətindəki dinamika ilə heyrətləndirməkdə davam edir. Dünən cənab Prezident Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirmişdi.

Bu gün isə artıq Tərtərdə və Ağdərədə sevindirici açılışlarda, önəmli tədbirlərdə iştirak edib. Paytaxtdakı vacib tədbirlər öz yerində, etiraf edək ki, qışın bu soyuq günlərində Qarabağın bölgələrini gəzmək, aparılan işlərlə yerindəcə tanış olmaq üçün xüsusi şövq və enerji lazımdır. Dövlət başçısının təkcə bir neçə saat ərzində etdiyi açılışların, baş çəkdiyi obyektlərin zəngin siyahısı istər-istəməz xoş heyrət doğurur. Bu qısa vaxt ərzində cənab Prezident Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş Kəmalə Dadaşovanın ailəsinə baş çəkərək yaşayış şəraiti ilə maraqlanıb. Prezident həmçinin Heyvalı kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkib, yeni evdə yaradılmış şəraitlə tanış olub.

Dövlət rəhbəri bu dəqiqələrədək Ağdərənin Çapar, Heyvalı, Çıldıran, Canyataq, Aşağı Oratağ kəndlərinə baş çəkib. Tərtər Elektromexanika Zavodunun ardınca "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışını edib, "Dəmirli" Filiz Emalı Kompleksindəki işlərlə tanış olub.

Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir sürətli və hərtərəfli inkişafı, xüsusilə Qarabağın, Şərqi Zəngəzurun günbəgün abadlaşması ilk növbədə Prezident İlham Əliyevin bu müstəsna həvəsi, enerjisi və gücü sayəsində gerçəkləşir.

Şövqünüz də, güc-qüdrətiniz də tükənməsin, cənab Prezident!

Eynulla Fətullayev, jurnalist:

- Ayətullah Xamenei hardadır?

İranda əməkdaşlıq etdiyimiz jurnalistlərin məlumatına görə, sui-qəsd təhlükəsi ilə üz-üzə qalmış İranın Ali Dini Rəhbəri Xamenei 80 metrlik dərinlikdə hərbləşdirilmiş zirzəmilərin birində yerləşdirilib.

Və tez-tez bunkerlərin yerləri dəyişdirilir. İlkin məlumata görə, bunkerlərin biri İmamzadənin alt qatındadır. ABŞ-ın hərbi müdaxiləsindən ehtiyatlanan rəhbər düşünür ki, dini məbədlər hədəf olmayacaq...

Bu arada İranın 110 şəhərində etirazlar davam edir. Nümayişlərdə yarım milyona yaxın insan iştirak edir. Bender Abbasda etirazçılar hətta silahlı müqavimət də göstərir...

Elxan Şahinoğlu, politoloq:

- İranı idarə edənlər ABŞ və onun Prezidenti Donald Trampı hədələmələrinə baxmayaraq, indiki ağır vəziyyətdə Ağ Ev sahibi ilə müzakirələri lazım biliblər. Çünki bilirlər ki, Donald Tramp "İrana müdaxilə edə bilərik" deyərkən real addımlar ata bilər. Görünür, İran mühafizəkarları bunu önləmək üçün xarici işlər naziri Abbas Əraqçiyə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla təmas qurmağı tapşırıblar. Böyük ehtimalla, İran Prezidenti Məsud Pezeşkian da Vaşinqtonla dialoqun tərəfdarıdır. Tramp hələ İrana zərbə vurmağın tərəfdarı deyil. Çünki ona təqdim edilən hesabatlarda raket zərbələrinin mühafizəkarların işinə yarayacağı, onların düşmənə qarşı İran cəmiyyətini biləşdirə biləcəyi göstərilir. Ancaq tərsi də mümkündür. Zərbələr İranda daxili qarşıdurmanın artmasına da şərait yarada bilər ki, mühafizəkarlar bundan ehtiyat edirlər. Tramp bu iki yanaşma arasında qərar verməkdə çətinlik çəkir. İran mühafizəkarları isə vaxt udmağa, ABŞ qəti addımlar atana qədər ölkədəki etirazları zor gücünə boğmağa çalışırlar.

Cavid İsmayıl, tarix üzrə fəlsəfə doktoru:

- İranda məsələlər ciddi xarakter alır, deyəsən. Şahın oğlu bu gün iki müraciət yayıb. Birincidə xalqı küçələrə çıxmağa, ikincidə silahlı qüvvələri xalqın tərəfinə keçməyə çağırıb. Hələ ki, azərbaycanlıların kompakt yaşadığı şəhərlər etirazlara qoşulmayıb. Hesab edirəm ki, doğru taktikadır. Çünki bu gün İranda xalqın seçdiyi legitim hakimiyyəti yalnız Prezident Məsud Pezeşkian təmsil edir.

Şahın oğlunun təmsil etdiyi Pəhləvilər sülaləsinin isə təməli əvvəldən qanunsuz qoyulub. Rza Pəhləvi Qacarlar sülaləsini qeyri-qanuni şəkildə devirib. Ondan sonra taxta çıxan Məhəmməd Rza Pəhləvi Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Milli Hökumətini və Hərəkatını qan içində boğub. Nəvə Rza Pəhləvinin də onlardan fərqlənəcəyi inandırıcı deyil.

Azərbaycan türkləri üçün Pəhləvilərlə molla rejimi arasında heç bir fərq yoxdur - hər ikisi güneyli soydaşlarımıza qarşı milli-etnik ayrı-seçkilik siyasəti yürüdüb, ana dilində təhsil almaq haqqımızı əlimizdən alıb, milli haqlarını tələb edən on minlərlə soydaşımızı gedər-gəlməzə yollayıb. Ona görə də bu dəfə ayıq-sayıq olmalı, Səfəvilər dövründən bəri bizi aldadaraq öz çirkin planlarını reallaşdırmağa nail olan fars şovinizminə növbəti dəfə alət olmamalıyıq. Aldanmaq limitimiz bitib!!!

Elçin Rüstəmli, jurnalist:

- İranda hakim rejimin ölkədə sabitliyi bərpa edəcəyi inandırıcı görünmür. Çünki etirazların miqyası çox böyükdür və rejimin sütunlarını yıxmağa hədəflənib, hakimiyyətin resursları əvvəlki dönəmlərlə müqayisədə məhdudlaşıb, üstəlik, ölkədə getdikcə fəlakət həddinə enən sosial-iqtisadi durum rejimin cəmiyyətdəki dayaqları sarsılıb.

Bunların üzərinə ABŞ və İsrailin müxtəlif alətlərlə bilavasitə prosesin içərisinə daxil olduğunu da əlavə etsək, teokratik rejimin yıxılma astanasında olduğunu düşünməyə əsas verir.

Bəs hakim rejim devrilərsə, İranda vəziyyət necə olacaq? Xüsusi ilə Güney Azərbaycan türkləri yaxın gələcək haqqında nə düşünürlər?

Bir məsələ artıq məlumdur: Güney Azərbaycanın taleyi heç bir masada yoxdur, ABŞ və İsrail monarxın tərəfdarları, eləcə də farslarla və kürdlərlə işbirliyindədirlər. Türklərin məsələsini əvvəlcə özləri, həmçinin Türkiyə və Azərbaycan öz masalarına qoymalıdırlar və soydaşlarımıza mənəvi dəstək verib yol göstərməlidirlər. Ən azı indiki mərhələdə...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri