Icma.az
close
up
RU
Donald Tramp və Vladimir Putin Ukrayna prezidentini kapitulyasiya imzalamağa məcbur edə bilmədi

Donald Tramp və Vladimir Putin Ukrayna prezidentini kapitulyasiya imzalamağa məcbur edə bilmədi

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rusiya ilin sonunadək Hindistandan bir milyon işçi qəbul etməyi planlaşdırır". Bu barədə məlumatı Ural Ticarət-Sənaye Palatasının rəhbəri Andrey Besedin Hindistan tərəfdaşlarına istinadən açıqlayıb. Onun sözlərinə görə, yüksək ixtisaslı mütəxəssislər də daxil olmaqla Hindistandan gələcək işçilər əsasən metallurgiya və maşınqayırma müəssisələrində çalışmaq üçün dəvət olunacaqlar.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda hələ də 90- ların klişeləri qalıb.

Əhəd Məmmədli

“Rusiya 30 ildi bizi təkcə Qarabağa görə yox, həm də bu miqrant məsələsində şantaj edib. 2-3 milyon miqrantı geri göndərəcəyik və s. Amma orada heç 3 milyon azərbaycanlı yoxdur, ən yaxşı halda 1 milyon ola, ya olmaya. Bu rəqəm qəsdən şişirdilir. Onların da yarısı, ən azı 3/1-i Rusiya vətəndaşıdır. Lap tutaq ki, elə 2-3 milyon var. "Onları Azərbaycana göndərəcəyik, onlar da gəlib anarxiya edəcəklər" və s. bu kimi klişelərlə höküməti qorxutmağa çalışırdılar və müxalifətdə ümid yaradırdılar. Bu hala biri sevinirdisə, biri də kədərlənirdi. Ola bilərdi ki, 90-2000 ci illərdə bu addım hansısa effekti verə bilərdi. Amma bu gün bu eləeffekt verə bilməz

Birincisi, Rusiya oradan heç kimi göndərə bilməz. İkincisi miqrant sayını 2-3 milyon deyirlər. Bunlar pomidor-yumurta deyil ki, paketləyib göndərəsən. Miqrant da insandır. İddia olunduğu kimi miqrantı mənsub olduğu ölkəyə göndərə bilmək çətin məsələdir. Onları tapmaq, onları göndərmək, logistikası belə asan deyil...

Bir sual daha: hara göndərir? Mən bunu həmişə demişəm, rusların "qara camaat"a ehtiyacı var. Çünki rus işləyən deyil, İvan tarix boyu işləyən olmayıb. İvanı tarix boyu idarə edən ya almanlar, sovet vaxtında da yəhudilər olub. "Qara işçilər" də həmişə kimlər olub? "Qara millət", yəni türk xalqları, Qafqaz xalqları və s.

Bəzən deyilirdi ki, “biz rusun çörəyini yeyirik”. Bu "manqurtlar" anlamırdılar ki, qasterbayterlər rusun iqtisadiyyatına nə qədər xeyir verir. Həm ucuz işçi qüvvəsidir, həm də onların gördüyü işrus iqtisadiyyatına töhfədir. "Qaralar" onlara problemdirsə, niyə bu gün Hindistandan "qaralar" istəyirlər ki? Həm də bunlarda əhali problemi var. Ruslar artmırlar, çünki araq içməkdən vaxtları yoxdur. İndi bu hindular nataşalar, olqalar, nə bilim vikalarla evlənəcək, qarışıq uşaqlar dünyaya gələcək və olacaqlar rus vətəndaşı. Həm artım olacaq, həm də cəbhəyə adam lazımdır.

Azərbaycanlılara deyirlər ki, Rusiyada qalmaq istəyirsənsə, vuruşmalısan və yaxud da vətəndaşlıq verib vuruşmağını tələb edirlər. Putin rusu cəbhəyə göndərməyə qorxur, çünki Putin Rusiyada bu böhranı yaşamışdı. Çeçen müharibələrində rus anaları ayağa qalxmışdı. Çeçen müharibələrində Rusiyanın itkisi ilə indiki itkisi müqayisə olunmazdı. İndi qat-qat daha çox itki var. Artıq Şimali Qafqaz, Yakutiya və s. qeyri-rus bölgələrini aparıb, orada insan yoxdur daha. Rus bölgələrində rusları aparmağa qorxur, çünki rus əgərlərinin meyidləri qayıdanda artıq bu Putin üçün problem ola bilər. O da neyləyir? "Qara millət" lazımdır. Koreyalılar qurtardı, indi hinduları gətirir, sonra Afrikadan gətirəcək. Putin istəyir ki, bu müharibəni udub, üzüağ çıxsın”-deyə Əhəd Məmmədli bildirib.

Putin düşünürdü ki, ukrayna tez təslim olacaq. Ukrayna möhkəm dirənib. Tramp və Putin Zelenskini kapitulyasiya imzalamağa məcbur edə bilmədi-deyən Əhəd Məmmədli qeyd edib ki, Tramp dünənə qədər Zelenskiyə diktator deyirdi, bu gün Putini axmaq adlandırır.

Politoloq bildirib ki, Putin bu müharibədə qalib çıxacaq, amma bu məsələ daxili kataklizmlərə yol aça bilər. Əhəd Məmmədli hesab edir ki, ruslar indusları yerli qaralara, yəni müsəlmanlara qarşı istifadə edə bilərlər və yaxud gələcəkdə də rus-sovet imperiyasının dağılması ilə milli münaqişələr başlana bilər.

“Ruslar bununla həm də "öz altlarını minalayırlar". Bəlkə də bunun fərqində deyillər. Bunu Putin də görür”-deyə Əhəd Məmmədli bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 İyul 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri