Icma.az
close
up
RU
Donald Trampın qalmaqallı sülh planı nda elə qırmızı xətlər var ki, onları Ukrayna qəbul edə bilmir

Donald Trampın qalmaqallı sülh planı nda elə qırmızı xətlər var ki, onları Ukrayna qəbul edə bilmir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Üç il öncə 2022-ci ilin yazında Ukrayna-Rusiya müharibəsi yeni başlananda Ukraynaya sülh üçün şans yarandı. İstanbul razılaşması məsəsləsi gündəmə gətirildi. Həmin dövrdə təklif edilən müddəalar bu gün ABŞ-ın təklif etdiyi sülh müqaviləsi ilə müqayisədə daha çox Ukraynanın xeyrinə idi. Sözsüz ki, o zaman da Ukrayna itirəcəkdi, amma bu günki qədər deyil. Həmin dövrdə Qərb bu müqaviləyə Ukraynanın getməsinə icazə vermədi. Volodimir Zelenski də kollektiv Qərbin qadağalarına boyun əyərək və müharibəni uzadaraq, sözün əsl mənasında həm Ukrayna torpaqlarını, həm də Ukrayna xalqını "qurban" verdi. Bu gün ABŞ  tərəfindən təklif edilən sülh variantı Ukraynanın daha çox itirməsi ilə nəticələnəcək. Yəni sülh gecikib, Ukrayna xalqı da itirib. Bu gün bu şərtlərlə sülh razılaşmasına getmək Zelenskinin sonu deməkdir. Heç kim deyil, onun sonunu elə Ukrayna xalqı gətirəcək…

“Bizimyol.info” xəbər portalının təsisçisi və baş direktoru, əməkdar jurnalist Bahəddin Həzi bildirib ki, müharibədə 1 adam da ölsə, 1 milyon adam da ölsə, sülh yenə də gecikmiş sayıla bilər.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi qeyd edib ki, Rusiya ilə Ukrayna arasında müharibə başlanana qədər onun uzun bir "prelüdiyası" var idi, müharibəyə qədər sülh var idi: “Bu, çox gərgin bir sülh idi; diplomatk müzakirələr, mübahisələr gedirdi. Ancaq hər halda belə miqyaslı müharibə, ağır itkilər, dəhşətli dağıntılar hələ yox idi. Müharibəyə qədərki sülhü (gərgin sülhü) saxlamaq mümkün olmadı, indi əsas məsələ müharibədən sonrakı sülhü təsis etməkdir. Ancaq ABŞ prezidenti Donald Trampın qalmaqallı "sülh planı"nda elə "qırmızı xətlər" var ki, onları Ukrayna qəbul edə bilmir. Bunlar ordunun sayının məhdudlaşdırılması, ərazi itkisi və NATO-ya üzvlükdən imtinadır”.

Bahəddin Həzi hesab edir ki, hər halda indiki hakimiyyətin dövründə bu şərtlərin qəbul ediləcəyi real görünmür: “Əgər Ukrayna xalqı buna razılaşarsa, gərək əvvəlcə Prezident Volodimir Zelenski hakimiyyətdən özü getsin, ya da onu göndərsinlər. Səbəb budur ki, bu müharibə Ukraynanın NATO üzvlüyünə can atdığına görə başlayıb. Əgər rəsmi Kiyev hələ də Şimal Alyansına üzvlükdə israr edəcəksə, müharibə də davam edəcək”.

Bahəddin Həzinin fikrincə, müharibənin hələ ən azı bir neçə ay, hətta bir il davam edəcəyi ehtimalı ona görə yüksəkdir ki, istər siyasi planda, istər hərbi planda Ukrayna da, Rusiya da öz mövqelərindən geri çəkilmək istəmir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri