Icma.az
close
up
RU
Trampın qalmaqallı Sülh Planı : Donbas Rusiyaya verilir Ukrayna razılaşacaq? ŞƏRH

Trampın qalmaqallı Sülh Planı : Donbas Rusiyaya verilir Ukrayna razılaşacaq? ŞƏRH

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı hazırladığı 28 bəndlik yeni sülh planını yenidən gündəmə gətirib və bu addım həm Vaşinqtonda, həm də Avropada böyük rezonans doğurub.

Mediaya sızan məlumatlara görə, plan bölgədə atəşkəsin əldə olunması, təhlükəsizlik zəmanətlərinin müəyyənləşdirilməsi və tərəflər arasında uzunmüddətli siyasi razılaşmanın qurulmasını hədəfləsə də, içində yer alan bir sıra maddələr o cümlədən Donbasın Rusiyaya “icarəyə verilməsi”, Ukrayna ordusunun məhdudlaşdırılması və bəzi strateji silahlardan imtina kimi şərtlər geniş müzakirələrə səbəb olub. Trampın komandasının Rusiya rəsmiləri və bəzi ukraynalı nümayəndələrlə təmaslar apardığı iddiaları isə planı daha da mübahisəli edir və onun həyata keçmə ehtimalı ətrafında suallar yaradır.

Maraqlıdır görəsən, Trampın irəli sürdüyü sülh planı Ukrayna və Rusiya tərəfindən qəbul olunacaqmı? Donbasın Rusiyaya icarəyə verilməsi təklifi Moskvanın maraqlarına uyğun hesab edilə bilərmi? Turkustan.az olaraq bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

Donald Trampın üç ay sonra yenidən sülh planı irəli sürməsi bir sıra suallar doğurur. Halbuki, Aleska görüşündən sonra ilin sonuna qədər Vladimir Putini danışıqlar masasına gətirəcəyini açıqlamışdı. Lakin görünən odur ki, proses gözlənildiyi kimi getmədi və sülh planı əvvəlkindən daha çox gündəmə gətirildi.

Bununla belə, bu üç ay ərzində Ukraynaya müəyyən silahlar verildi, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq olundu. 21-də elan ediləcək növbəti sanksiyaların qüvvəyə minib-minməyəcəyi isə hələ də sual altındadır. Bu müddət ərzində Rusiya və ABŞ arasında konfidensial danışıqların aparıldığı da sezilir və mövcud sülh planının əslində Moskva ilə birlikdə formalaşdırıldığı ehtimal olunur. Avropa ölkələrinin isə bu planı qəbul etməyəcəyi artıq görünür.

Avropa Komissiyasının səlahiyyətlisi Pirluk açıq şəkildə narazılığını ifadə edib. Ukrayna da plana etiraz edir, Türkiyənin də bunu dəstəkləməyəcəyi aydındır. Ümumiyyətlə, Donbasın Rusiyaya güzəştə gedilməsi məsələsi də real görünmür. Çünki Moskva buna kifayət etməyəcək: Rusiya hazırda Donbası tam şəkildə öz ərazi bütövlüyü daxilində görmək istəyir və növbəti mərhələdə həm Donbasın əlavə hissələrini, həm də Şərqi Ukraynanı nəzarətə almaq niyyətindədir.

Daha geniş mənada isə Kreml Şərqi Avropada təsir dairəsini gücləndirməyə çalışır. Belə bir fonda Donald Trampın yeni sülh təşəbbüsü çoxlu suallar yaradır. Çünki plan əsasən Rusiyanın maksimalist şərtlərinə uyğun formalaşıb. Donbasın güzəştə gedilməsi təklifi isə nə Ukrayna, nə Avropa, nə də Rusiyanın özü tərəfindən qəbul ediləcək kimi görünmür.

Bu səbəbdən yaxın perspektivdə böhranın yenidən dərinləşməsi ehtimalı yüksəkdir.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Noyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri