Donald Tusk Ərdoğana müraciət edib
Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, Donald Tusk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında belə deyib.
“Mən prezident Ərdoğana birmənalı şəkildə təklif etdim ki, Türkiyə bütün bölgəmizdə sabitlik və təhlükəsizliyin təminatı, sülh prosesi üçün mümkün qədər ortaq məsuliyyəti öz üzərinə götürsün. Türkiyəli tərəfdaşlarımızla müdafiə və müdafiə sənayesi sahəsində birgə işləməyə hazırıq. Tarixi bir irəliləyiş əldə etdiyimizi desəm, mübaliğə etmərəm”, - Polşanın baş naziri bildirib.
O, həmçinin Ərdoğanla Suriyada binaların və infrastrukturun bərpasında iki ölkə şirkətləri arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.
Eyni zamanda, Donald Tusk Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasının real prosesə çevriləcəyinə ümidvar olduğunu deyib. Onun sözlərinə görə, Polşa bu mövzuda Türkiyəni hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:94
Bu xəbər 13 Mart 2025 09:18 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları