Icma.az
close
up
RU
“DONBASI VERMƏYƏCƏYİK, KONSENSUS YOXDUR” “Əgər Putin hər şeyi rədd edərsə...”

“DONBASI VERMƏYƏCƏYİK, KONSENSUS YOXDUR” “Əgər Putin hər şeyi rədd edərsə...”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

“Biz Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımayacağıq… Lakin ərazi məsələsini müzakirə edəcəyik. Bilirsiniz, bu, əsas məsələdir. Hələ ki, konsensus yoxdur".

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlin danışıqalrı ilə bağlı mətbuat konfransında deyib.

Ukrayna Prezidenti Rusiyanın mövqeyinin "hələ dəyişmədiyini" qeyd edib: "Bilirsiniz, onlar bizim Donbası istəyirlər. Bizim mövqeyimiz praktik, real və ədalətlidir; biz bunun üzərində dururuq və Donbasımızı əldən vermək istəmirik. Amerikalılar kompromis tapmaq istəyirlər; onlar azad iqtisadi zona təklif edirlər. Yenə də vurğulayıram ki, azad iqtisadi zona həmin ərazinin Rusiya Federasiyasının rəhbərliyi altında olması demək deyil".

Eyni zamanda, Ukrayna Prezidenti Rusiya başçısı Vladimir Putinin ABŞ-nin "sülh planı"na təklif olunan dəyişiklikləri qəbul etməkdən imtina edəcəyini proqnozlaşdırıb: "Əgər Putin hər şeyi rədd edərsə, turbulentlik yaranacaq. Amerikalılar müharibənin tez bir zamanda bitməsini istəyirlər. Lakin keyfiyyət bizim üçün vacibdir. Sürət və keyfiyyət üst-üstə düşərsə, biz ikiəlli razıyıq”.

Ukrayna Prezidenti həmçinin Ukrayna, ABŞ və Avropanın NATO-nun 5-ci maddəsinə bənzər şəkildə Ukrayna üçün təhlükəsizlik zəmanətləri verəcəyi barədə ilkin razılığa gəldiklərini təsdiqlədi: "Biz beş sənədə ümid edirik ki, bunlardan bəziləri təhlükəsizlik zəmanətləri ilə bağlıdır. Hüquqi cəhətdən məcburi, yəni ABŞ Konqresi tərəfindən səsvermə və təsdiq. NATO-da olduğu kimi, "5-ci maddə"... Və bu, Konqres tərəfindən səsverməyə çıxarılacaq; bu barədə razılaşmalar var və bu, çox vacibdir. İnanıram ki, güclü təhlükəsizlik zəmanətlərinə çox yaxınıq... nəzəri olaraq, bu gün kağız üzərində yaxşı elementlər görürük, amma fakt ABŞ Konqresində səsvermədir".

Zelenski jurnalistlərə deyib ki, növbəti iki gün ərzində ekspertlər Berlində razılaşdırılmış sənədləri yekunlaşdıracaqlar. ABŞ nümayəndələri ruslarla, daha sonra isə Donald Trampla məsləhətləşmələr aparacaqlar: "Bundan sonra danışıq qruplarımız... tezliklə, düşünürəm ki, bəlkə də bu həftə sonu Amerika Birləşmiş Ştatlarında görüşəcəklər. Sonra isə bu görüşün nəticələrinə əsasən, görəcəyik. Ən azı ABŞ Prezidenti ilə liderlik səviyyəsində görüş keçirməyi nəzərdən keçirəcəyik".

Zelenski həmçinin qeyd edib ki, danışıqlar zamanı müharibə nəticəsində evlərini itirən məcburi köçkünlər məsələsi ayrıca qaldırılıb. O əlavə edib ki, məsələ təxminən 80 milyard dolları əhatə edir: "Ukraynanın müvafiq kompensasiya mexanizmlərinə ehtiyacı var ki, ukraynalılar Ukraynada yaşamaq istəsinlər və bunun üçün real imkanlara sahib olsunlar".

O, həmçinin həlak olan əsgərlərin ailələrinə dəstək məsələsinin qaldırıldığını bildirib: "Biz hər şeyin pulunu ödəyəcəyik. Bu, bizim mənəvi borcumuzdur. Xarici dəstək olmasa belə, biz bunu edəcəyik".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Dekabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri