Icma.az
close
up
RU
Dondurma alarkən bu məqamlara diqqət edin Sağlamlığınızı riskə atmayın

Dondurma alarkən bu məqamlara diqqət edin Sağlamlığınızı riskə atmayın

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Yay mövsümündə ən çox istehlak edilən qidalardan biri də dondurmadır. Həm sərinləndirici təsiri, həm də xoş dadı səbəbindən hər yaş qrupundan olan insanlar tərəfindən sevilən dondurma düzgün seçildikdə və normada istehlak edildikdə qidalanmanın bir hissəsi ola bilər. 

AZXEBER.COM xəbər verir ki, bununla belə, mütəxəssislər həddindən artıq dondurma qəbulunun sağlamlıq üçün müəyyən risklər yarada biləcəyini bildirirlər.

Dondurma süd və süd məhsullarından hazırlandığı üçün tərkibində kalsium, zülal və bəzi vitaminlər olur. Bu maddələr sümük və diş sağlamlığının qorunmasına, orqanizmin gündəlik qida ehtiyacının müəyyən hissəsinin ödənilməsinə kömək edir.

Lakin əksər sənaye üsulu ilə hazırlanan dondurmaların tərkibində yüksək miqdarda şəkər və doymuş yağ olur. Mütəmadi və normadan artıq istehlak isə çəki artımı, piylənmə, qan şəkərinin yüksəlməsi və ürək-damar xəstəlikləri riskini artıra bilər. Xüsusilə şəkərli diabeti, piylənməsi və ya ürək-damar problemləri olan şəxslər dondurma seçərkən daha diqqətli olmalıdırlar.

Mütəxəssislər dondurma alarkən məhsulun saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirməyi tövsiyə edirlər. Əridikdən sonra yenidən dondurulan məhsullar bakteriyaların çoxalması üçün əlverişli mühit yarada bilər və qida zəhərlənməsi riskini artırar.

Bəzi insanlar dondurmanın boğaz ağrısı və ya soyuqdəyməyə səbəb olduğunu düşünsələr də, həkimlər bildirirlər ki, sağlam insanlarda dondurmanın təkbaşına virus infeksiyası yaratması mümkün deyil. Lakin çox soyuq qidalar həssas insanlarda boğazda qıcıqlanma və narahatlıq hissi yarada bilər.

Dietoloqlar dondurmanı əsas qida kimi deyil, desert kimi qəbul etməyi, porsiya ölçüsünə nəzarət etməyi və mümkün olduqda şəkəri az, təbii tərkibli məhsullara üstünlük verməyi məsləhət görürlər. Meyvə əsaslı və ya şəkəri az olan alternativlər daha sağlam seçim hesab edilir.

Şahanə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 İyul 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri