Icma.az
close
up
RU
Həkimdən Himalay duzu xəbərdarlığı Sağlamlığınızı riskə atmayın

Həkimdən Himalay duzu xəbərdarlığı Sağlamlığınızı riskə atmayın

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər il mayın 25-i dünyada Dünya Tiroid Günü kimi qeyd olunur. Bu gün qalxanabənzər vəz xəstəlikləri barədə ictimaiyyəti məlumatlandırmaq, erkən diaqnostikanın əhəmiyyətini diqqətə çatdırmaq və insanların bu sahədə maariflənməsini artırmaq məqsədilə təsis edilib.

 Dünya Tiroid Günü ilk dəfə 2008-ci ildən etibarən beynəlxalq səviyyədə qeyd olunmağa başlayıb.

Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin Tiroid Xəstəlikləri Qrupunun üzvü həkim Sibel Ertek Yalçın Himalay duzu ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, son vaxtlar dəb halını alan bu duz növündən həddindən artıq istifadə etmək düzgün deyil. Dördpendirli pizza

“Yeni Sabah” xəbər verir ki, professorun sözlərinə görə, qadınlarda süd vəzi xərçəngindən sonra ən çox rast gəlinən ikinci xərçəng növü məhz tiroid xərçəngidir.

Mütəxəssis qeyd edib ki, yod çatışmazlığı tiroid xəstəliklərinin əsas səbəblərindən biridir. Bu səbəbdən gündəlik istifadə olunan duzun yodlu olması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə hamiləlik və südvermə dövründə yod dəstəyinin həkim nəzarəti ilə qəbul edilməsinin vacib olduğu vurğulanıb.

Professor bildirib ki, yodlu duz qara rəngli, ağzı bağlı qabda saxlanılmalı, günəş şüasından qorunmalıdır. Həmçinin duz yemək bişirilərkən deyil, yemək hazır olduqdan sonra əlavə edilməlidir. Onun sözlərinə görə, yodlu duzdan istifadə zob və tiroid düyünlərinin yaranma riskini azaldır.

Mütəxəssis tiroid xəstəliklərinin əlamətlərindən də danışıb. Bildirib ki, qalxanabənzər vəzin zəif fəaliyyəti halsızlıq, yorğunluq, qəbizlik, dəridə quruluq və kobudlaşma, şişkinlik, arıqlaya bilməmək kimi problemlərə səbəb ola bilər. Vəzin həddindən artıq işləməsi isə ürəkdöyünmə, çəki itkisi, ishal və güclü tərləmə ilə özünü göstərə bilər.

O əlavə edib ki, ailəsində tiroid xəstəliyi olan şəxslər və boyun nahiyəsindən şüa müalicəsi alanlar mütəmadi endokrinoloq nəzarətində olmalıdır. Boyunda hiss edilən şişlik və ya kütlə isə tiroid düyünü və ya zobun əlaməti ola bilər.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 May 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri