Icma.az
close
up
RU
Dondurmanın növləri, faydası və zərəri

Dondurmanın növləri, faydası və zərəri

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyun, AZƏRTAC

1786-cı il iyunun 10-da Amerika Birləşmiş Ştatlarında (ABŞ) dondurmaların kütləvi satışına başlanılıb. Ümumdünya Dondurma Gününün tarixi də öz başlanğıcını məhz həmin gündən götürüb. İndi hər il iyunun 10-u Ümumdünya Dondurma Günü kimi qeyd edilir.

Əslində dondurmanın tarixi daha qədim dövrlərə gedib çıxır. Makedoniyalı İskəndər gəzintilər zamanı giləmeyvə, bal və südlə qarışmış dağ qarını istehlak edirmiş və onu dondurmanın primitiv formalarından biri hesab etmək olar. XIII əsrdə məşhur səyyah Marko Polo Çinə səfəri zamanı südlü buzlu içkiləri Venesiyaya aparıb və dondurulmuş desertlər ideyası yayılıb. 1700-cü ildə ABŞ-nin üçüncü prezidenti Tomas Cefferson dondurmanın Amerikaya gətirilməsinə nail olub.

Azərbaycanda dondurma istehlakı XX əsrin əvvəllərindən geniş yayılmağa başlayıb. Sovet dövründə Bakı və Gəncə kimi şəhərlərdə dondurma istehsalı fabriklərdə aparılırdı. Ən məşhur növlərdən biri klassik südlü və meyvəli dondurmalar idi. Ötən əsrin 50-80-ci illərində Azərbaycanda dondurma istehsalı genişlənib və onun müxtəlif növləri bazara çıxarılıb. Müstəqillik illərində yerli istehsalçılar fərqli dadlar və reseptlər təqdim etməyə başlayıblar. Hazırda Azərbaycanda milli və beynəlxalq brendlər dondurma istehsal edir. Xüsusilə plombir kimi yerli məhsullarla hazırlanan dondurmalar geniş yayılıb.

Ümumdünya Dondurma Günü ilə əlaqədar AZƏRTAC-ın müxbiri qida üzrə ekspert Seymur Qafarovla söhbət edib. O deyib: “Dondurma süd və ya süd məhsulları, şəkər və müxtəlif dadlandırıcıların, həmçinin meyvə, qoz-fındıq, şokolad və digər əlavələrin qarışdırılıb dondurulması ilə hazırlanan şirin, yarı bərk qida məhsuludur. Dondurma həm dadlı desert, həm də sərinlədici vasitə kimi geniş yayılıb. Dondurma həm sənaye üsulu ilə, həm də ev şəraitində hazırlanan və yay aylarında ən çox tələb olunan məhsullardan biridir.

Dondurmanın tərkibi süd (və ya südlü kremlər), şəkər, yağ, dadlandırıcılar, emulqator və stabilizatorlardan ibarətdir. Dondurma qatqıların homogenləşdirilməsi, südün pasterizə edilməsi, daha sonra soyudulması və yekunda dondurulması ilə əldə olunur. Adətən, stəkanlı, çubuqlu, bulkada, külahda, tort və s. şəkilli qablaşma formalarında olur. Dondurma düzgün və normada istifadə edildikdə həm ləzzətli, həm də qida dəyəri olan faydalı bir desert ola bilər.

Onun verdiyi məlumata görə, dondurmanın beş növü mövcuddur: “Əsas tərkibi süd və şəkərdən ibarət, yağ faizi az olan südlü, daha yağlı və ləziz dadı olan kremli, ən yağlı və kremli olan plombir, meyvə püresi və şəkərlə hazırlaan şərbətli (sorbe) və süd yerinə bitki mənşəli alternativlərdən (soya, badam, kokos və s.) istifadə olunan bitki əsaslı dondurmalar var. Dondurma orta miqdarda istehlak edilməlidir. Çox soyuq halda yemək həzm sisteminə təsir edə bilər. Dondurma sümükləri və immuniteti gücləndirir, stresi azaldır və xoşbəxtlik hissi yaradır; ürək və sinir sisteminə müsbət təsir göstərir. Bundan başqa, dondurma boğaz ağrısı zamanı bəzi hallarda rahatlıq verir, həzm sisteminə yardımçı ola bilər. Lakin onun zərərləri də olmamış deyil. Dondurmanın tərkibində şəkərin miqdarı yüksək olduğu üçün artıq çəkiyə, soyuducuda uzun müddət qalanda zəhərlənməyə səbəb ola bilər. Dondurma Günəş altında yeyildikdə ultrabənövşəyi şüalarla reaksiyaya girərək sağlamlığa mənfi təsir göstərir, həddindən artıq istehlakı diş çürüməsi və qanda şəkərin yüksəlməsinə səbəb ola bilər. Keyfiyyətsiz dondurma başağrısı, mədə-bağırsaq sisteminin pozulması kimi hallara da səbəb ola bilər”.

Dondurmanın keyfiyyətinin yoxlanılması barədə danışan mütəxəssis bildirib: “Dondurmanın kiçik bir hissəsini kəsib evdə nəlbəkiyə və ya düz müstəviyə qoyub onun əriməsinə fikir vermək lazımdır. Dondurma keyfiyyətli olduqda 10-15 dəqiqə ərzində onun bütün hissələri şaquli olaraq hissə-hissə eyni anda və dərəcədə əriyir. Keyfiyyətsiz olduqda və bitki yağı əvəzedicilərindən istifadə olunaraq hazırlanıbsa, dondurmanın əriyən hissələrinin çoxu suya çıxır, qeyri-bərabər formada əriyir və çox vaxt kiçik bir hissəsi də olsa qalır”.

Qeyd edək ki, ev şəraitində dondurmanı mənfi 18 dərəcədən yüksək olmayan temperaturda saxlamaq lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri