Icma.az
close
up
RU
Dondurmanın faydası və zərəri… Pəhriz saxlayanlar dondurma yeyə bilərmi?

Dondurmanın faydası və zərəri… Pəhriz saxlayanlar dondurma yeyə bilərmi?

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay aylarının ən dadlı, vazkeçilməz təamlarından olan dondurmanın tərkibindəki kalsium və fosfor sümüklər üçün əsas elementlərdən olduğu üçün bu məhsul olduqca zəngin və faydalı hesab olunur.

Bu maddələrin ən gözəl qaynağı süd və süd məhsullarıdır. Ancaq 100 qr süddəki kalsium və fosforun miqdarı konsentrasiyasındakı sıxlıqdan asılı olaraq  dondurmada daha çoxdur. Dünya Sağlamlıq Təşkilatı 1-10 yaşlarında 800  mq, 11-24 yaşlarında 1200 mq, sonra isə gündə 800 mq kalsium qəbulunu tövsiyə edir. Yetkinlik və klimaks dövrundə buna daha çox ehtiyac duyulduğu üçün bu yaşlarda olanlar B və A qrupu vitaminləri ilə zəngin dondurma yeməlidir .

Ancaq dondurmanın gündə 100 qr-dan artıq yeyilməsi artıq çəki ilə bağlı problemlərə səbəb ola bilər. 100 qr dondurmada 190-200 kalori mövcuddur. Bununla bağlı xüsusilə valideynlərin uşaqların dondurmadan istifadəsini nəzarət altında saxlamaları onların sağlamlığı üçün xeyirli olar.

Bəs pəhriz saxlayanlar dondurma yeyə bilərmi?

Pəhriz saxlayan insanların pəhrizlərində adətən şirniyyat kimi dondurma yemələri məsləhət görülür. Lakin miqdara da diqqət etmək lazımdır. Dondurma digər şirniyyatlara nisbətən daha az kaloriyə malik olmaqla daha bəsləyici qida hesab olunur. Balanlaşdırılmış və sağlam bir qidalanma proqramında, həmçinin idman hərəkətləri proqramına əməl etməklə həftədə 1-2 dəfə qatqısız dondurma yeyilməsi tövsiyə olunur.

Ancaq dondurmanın kalori miqdarı istehsal zamanı onun tərkibinə qatılan məhsullardan asılı olaraq dəyişə bilər. Aromatik maddələr, biskit, vafli, fındıq və fıstıq kimi dadlandırıcılar bu göstəricini artıra bilər. Məsələn, 100 qr sadə dondurmada 140 kalori vardır. 100 qr karamelli dondurmada bu rəqəm 265 kalori, 100 qr vanilli - 235, 100 qr bananlı  - 225, 100 qr şokoladlı - 220, 100 qr çiyələkli dondurmada 180 kaloridir.

Dondurmanın faydaları nələrdir?

Qida mütəxəssisləri vərdiş etdiyimizin əksinə olaraq dondurmanın hətta qışda da yeyilməsini tövsiyə edirlər. Onlar sağlam şərtlərdə istehsal edilən və qorunan dondurmaların heç bir zərəri olmadığını, əksinə, insan sağlamlığına çox faydaları olduğunu qeyd edirlər.

- Stressə qarşı dondurma yeyin. Mütəxəssislərin fikrincə, dondurmanın sümükləri gücləndirməklə yanaşı verdiyi enerji stress ve yorğunluğu azaltma gücünə malikdir.

- Dondurma bol miqdarda karbohidrat ihtiva edir. Dondurma yeyərək daha çox enerjili ola bilərsiniz.

- Tərləmənin qarşısını alan və soyuq içkilərdən daha yaxşı təsir gücünə malik olan dondurma yorğun kişilərə yenidən gümrahlıq verir.

- Südlü dondurmalarda triptofan maddəsi vardır ki, bu da zülalların təməl daşı olan əhəmiyyətli bir amin turşusudur. Triptofan insana xoşbəxtlik verici bir hormon olduğu üçün insanı rahatladır. Mütəxəssislər çox stress keçirən insanlara heç çəkinmədən dondurma yemələrini məsləhət görür.

- Hər 100 mililitr dondurmada 125 milliqram miqdarında sümüklərin əsas maddəsi olan kalsium mövcuddur. Bu da sümüklərin güclənməsini təmin edir.

Dondurma xəstəliyə səbəb olmur

Dondurma əslində xəstəliyə səbəb olmur. Ancaq istehsal əsnasında qida maddələri nizamnaməsinə əməl etmədən sintetik maddələrdən istifadə olunması, düzgün paylama və saxlama qaydalarına əməl olunmaması xəstəlik yarada bilər. Süd məhsulları tez xarab olan və faydasını tez itirən məhsul olduğu üçün sağlamlıq şərtlərinə əməl olunaraq istehsal edilən və sağlam qablaşdırmada satışa çıxarılan dondurmalar yeyilməlidir. Həmçinin yedikdən sonra ağzın yaxşıca yaxalanması və xüsusilə də uşaqların gündə iki dəfə dişlərini fırçalamaları məsləhət görülür.

Bəzən valideynlər artıq çəki yarada bilər qorxusu ilə uşaqlara dondurma verməkdən çəkinir. Lakin şokolad, halva və xəmirdən hazırlanan şirniyyatlar eyni miqdarda dondurmadan 3-4 dəfə çox enerji verir. Həmçinin dondurmanın tərkibində protein, karbohidrat və yağlarla yanaşı A, C, D, E və B qrubu vitaminləri, kalsium, fosfor, maqnezium, natrium, potasium, sink və dəmir kimi minerallar da vardır.

Dondurmanın farengit yarada biləcəyi düşüncəsi də bəzi insanları bu qidadan imtina etməyə vadar edir. Lakin bunun da qaydaları var. Farengit olmamaq üçün dondurmanı bədən temperaturunun həddindən artıq yüksəldiyi vaxtlarda sərinləmək məqsədilə yeyilməməsinə, qızmar istilərdə dondurmaya “hücum çəkməməyə” diqqət etmək lazımdır. Mümkün olduğu qədər 1 fincan otaq temperaturunda olan su ilə udumlayaraq yavaş-yavaş yeyilsə, sağlamlıqla bağlı heç bir problemə səbəb olmaz.

Dondurmanın zərəri varmı?

Memorial Xəstəxanası Qidalanma və Pəhriz Bölümündən diyetoloq Yeşim Çeliyin fikrincə, dondurmanı yeyən zaman ən diqqət etməli olduğumuz məqam dondurmanın sağlamlıq və gigiyena qaydalarına uyğun hazırlanmış olmasıdır. Süd mikroorqanizmlərin törəməsi üçün əlverişli mühit olduğuna görə tez xarab olur. Buna görə də xüsusilə dondurmanın hazırlandığı südün pasterizə olmasına fikir vermək lazımdır. İcazəsiz istehsal edilən və son istifadə tarixi keçmiş məhsullar əsla alınmamalıdır. Həmçinin bu cür qidaların saxlandığı soyuducuların da yetərli soyuqluqda işləməsi önəmlidir.

Marketlərdə alış-veriş səbətlərində unudulan dondurmalar əridikləri  və uzun müddət qaldıqları zaman əsla istifadə edilməməlidir. Həmçinin qablaşdırması pozulmuş dondurmaları da almaq olmaz.

Dondurma acqarına yeyildikdə  iştahı öldürdüyü üçün tox ikən və ara qida kimi yeyilməsi məsləhətdir. Dondurma soyuq şirniyyat olduğu üçün birdən-birə deyil, ağızda əridilərək yavaş udulmalıdır. Tez şəkildə udularsa, mədə sancmalarına və qısılmalara səbəb ola bilər.

Badamcıq əməliyyatından sonra bəzi həkimlər əməliyyatdan sonrakı ağırlaşmaları aradan qaldıra biləcəyi üçün dondurma yeməyi tövsiyə edir. Lakin tənəffüs yolları infeksiyalarında, udlaq və badamcıq iltihablarının müalicəsi müddətində dondurma məsləhət görülmür.

Satışda şəkər xəstələri üçün də dadlandırıcılarla hazırlanmış dondurma əldə etmək mümkündür. Aparılan tədqiqatlarda laktoza dözümsüzlüyü olan insanlarda gündə 2 dəfə dondurma yeyildiyi halda bununla bağlı hər hansı əlamət müşahidə olunmayıb. Dondurma yavaş həzm edildiyi üçün bu insanlar tərəfindən asanlıqla qəbul edilir.

Gigiyenik olduğundan əmin olduğunuz dondurmanı biraz meyvə əlavə edərək yemək daha faydalıdır. Xüsusilə kalori miqdarı az, su tərkibi çox olan vişnə ən ideal seçimlərdən biridir. İkindi yeməyində qəlyanaltı olaraq biraz yulaf və ya tam taxıllı qarğıdalı portlağı da əlavə edə bilərsiniz.

Qeyd edilməlidir ki, uşaqların gündə 100 qr-dan artıq dondurma yeməsi köklüyə səbəb ola bilər. Həmçinin 1 yaşdan kiçik olan uşaqlara dondurma verilməsi qida allergiyası yarada biləcəyi üçün təhlükəlidir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri