Icma.az
close
up
RU
Dönə dönə xahiş edib bir tədbirə çağırırlar, sonra baxırsan ki... Fazil Mustafa yazır

Dönə dönə xahiş edib bir tədbirə çağırırlar, sonra baxırsan ki... Fazil Mustafa yazır

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Fazil MUSTAFA

***

Dönə-dönə xahiş edib bir tədbirə çağırıblar. Protokolun birincı sıralamasına baxıram bütün adlar və soyadlar yazılıb, bəndənizinki, yox. İkinci sıralamada da görmürəm.

Təşkilatçılardan soruşuram ki, harada əyləşməm nəzərdə tutulub. Arxa cərgədəki sıralara göz gəzdirib nəzakətlə deyir ki, orada 6-cı cərgədə boş yer var, otura bilərsiniz. Əlbəttə, sadəcə söyləyəndə ki, ən sonuncu cərgədə yer nəzərdə tutulub, adətən sakitcə keçib əyləşirəm. Bəlkə də həyatda ən sevmədiyim haldır ki, rəsmi tədbirdə insanı kimdənsə boşalmış yerə yönləndirirlər.

Bir neçə dəfə məclislərdə olur ki, tanımadıqda aparıb qıraq yerdə əyləşdirirlər, sakitcə keçib oturub yeməyə və yaxud proqramla tanışlığa, nəyisə qeyd etməyə başlayan kimi bir neçə nəfər təlaşla yaxınlaşır ki, bəs ön cərgədə və ya ön masada yer boşaldı, xahiş edirik o boş yerə keçin. Gülümsəyərək deyirəm ki, mən bu dünyaya boş yer doldurmaq üçün gəlməmişəm, oturduğum yer ən axırıncı cərgədə də olsa, mənim dəyər qazandıracağım yerdir.

Əlbəttə, heç yerdə status və ya protokol kaprizi etmərəm, ancaq rəsmi şəxs kimi dəvət olunduğum məkanda ən azı bunu sorğulamaq məqsədəuyğundur. Bu məqamda bir söz söyləyirəm və özümə də xoş gəldiyi üçün burada yazıram:

Gözəl qardaşım, mən boş yerləri doldurmaq üçün doğulmamışam, boş beyinləri doldurmaq üçün bu dünyada varam. Gözləyin, indi boş yerləri doldurmağa uyğun adamlar gələcək, yerləşdirərsiniz.

Sakitcə, gülümsəyərək başlamadan tədbiri tərk edirəm.

P.S. Yazı müəllifin sosial media hesabından götürülüb.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see171

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see154

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see144

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see142

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see140

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see137

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see135

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see131

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see127

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see126

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see125

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see123

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see121

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see118

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see117

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see116

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see115

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see115

Tarixi zəfəri bizə yaşadan qəhrəmanlarımız Vətən müharibəsi qaziləri həmin günləri xatırlayırlar

28 Sentyabr 2025 02:32see114

Bakıda “Qərb derbisi”, “Sabah” “Sumqayıt”a qarşı YENİLƏNİR

28 Sentyabr 2025 08:03see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri