Icma.az
close
up
RU
“Dönməz siyasətin bariz nümünəsi” Arzu Nağıyev

“Dönməz siyasətin bariz nümünəsi” Arzu Nağıyev

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ABŞ-yə səfəri Donald Trampın dəvəti əsasında baş tutub və məlumdur ki, bu çox tarixi əhəmiyyət kəsb edən səfərdir. Əsas məram, məqsəd ABŞ-nin iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün bir sıra sənədlərin, müddəaların paraflanması əsas mühüm istiqamət idi.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Vaşinqtonda keçirilən üçtərəfli görüş haqqında danışarkən bildirdi.

"Burada bir neçə məsələni də qeyd etmək istərdim. Bu, Azərbaycan-ABŞ arasında iki tərəfli əlaqələr və bu əlaqələrin ümumiyyətlə, bu sülh müqaviləsinin imzalanmasına olan təsiri və təbii ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. ABŞ-də keçirilən seçkilərdən təxminən üç ay öncə Şuşada Qlobal Media Forumda ABŞ-dəki seçkilərlə bağlı Cənab-Pezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Tramp haqqında öz müsbət fikirlərini bildirmişdi. Trampın prezidentliyi dövründə ABŞ-də heç bir müharibə başlamadığını, eyni zamanda sülhün bərqərar olması üçün atılan adımlar cənab prezidentin çıxışında dəfələrlə öz əksini tapmışdır".

Müsahibimiz bildirdi ki, Amerika-Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub və strateji tərəfdaşlıq kimi bir xartiyanın təşkil edilməsi, ABŞ ilə hökumətlər arasında anlaşma memorandumunun imzalanması, əyani bir sübutdur ki, bizim inkişaf tendensiyamız ABŞ ilə dostluq münasibətləri üzərində qurulacaqdır:

"Təbii ki, ABŞ və Azərbaycan arasında bir neçə istiqamət var. Bu, enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, müdafə sahəsində qarşılıqlı əməkdaşlıq, süni intellekt sahəsində və yaradılacaq strateji işçi qrup da həm regional baxımdan həm də beynəlxalq səviyyədə öz töhvələrini verəcəkdir. Burada artıq yeni texnologiyalardan da söhbət etmək olar. Ən mühüm məsələlərdən də biri, 907-ci düzəlişin icrasını dayandıran sənədin imzalanması idi. Bu da çox mühüm əhəmiyyət kəsb edirdi. Vaxtilə çalışırdılar ki, ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan etsinlər. O vaxtki hakimiyyət Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatandan sonra dərhal 907-ci düzəlişi yenidən canlandırmışdılar".

Komitə sədrinin sözlərinə görə, Azərbaycan-Ermənistan sülh gündəliyi çox mühüm əhəmiyyət kəsb edir.

"Paşinyan və İlham Əliyev arasında görüşün nəticəsinin birgə bəyannamənin imzalanması istiqamətində Azərbaycanın Minsk Qrupunun ləğvi ilə bağlı tələbi olub. Buna görə də, ATƏT-ə birgə müraciət imzalanıb. Ermənistan konstitusiyasınıda dəyişiklik edir, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi də çox mühüm əhəmiyyət kəsb edir. Müddəaların paraflanması, Zəngəzur dəhlizi ilə bağlı çox mühüm məsələlərin müzakirəsi, Naxçıvana quru yolla maneəsiz keçidin təmin edilməsi vaxtı ilə müharibə başlayanda Azərbaycan və digər türk dövlətləri arasında quru sərhədin ləğvi məsələsi ortadaydı. Bugün artıq bu dəhliz reallaşmaqdadır. Cənab Prezident bu istiqamətdə də danışığında qeyd etdi. Tramp Zəngəzur dəhlizinin qaranti olunda çıxış etməsi ilə bağlı bəyanat verməsi də çox mühüm əhəmiyyət kəsb edir.

Sənədlərin paraflanması vaxtı iki ölkə xarici işlər nazirlərinin məhz iştirakı çox mühüm əhəmiyyət kəsb etməsini təsdiq etdilər. Təbii ki, paraflanma hələ sülh müqaviləsinin imzalanması demək deyil. Lakin bu istiqamətdə ən ciddi addımlardan biridir. 2026-cı ildə Ermənistan Konstitusiyasında dəyişikliklər ilə əlaqədar referendum keçirdikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq. Və Amerika Prezidenti Trampın Azərbaycan-Ermənistan normallaşması prosesində iştirakı tarixi bir hadisədir. Hətta deyərdim ki, bu, vaxtilə İsrail və Misir arasında Ceyms Karterin müqaviləsilə müqayisə oluna bilər".

"Bir sözlə, Azərbaycanın həyata keçirdiyi islahatlar, eyni zamanda müstəqil daxili və xarici siyasətin olması, çox mühüm əhəmiyyət kəsb etdi. Bu, tək region üçün deyil, bütün dünya üçün çox mühüm əhəmiyyətlidir və düşünürəm ki, gələcəkdə də bu istiqamətdə də addımlar atılacaq. Təbii ki, bu proseslərə mane ola biləcək qüvvələr baş qaldıra bilər, lakin bir daha qeyd edirəm, biz bütün bu proseslərin, yəni, neqativ halların qarşısını almağa hazırıq. Düşünürəm ki, ABŞ kimi bir dövlətin qarantisi, eyni zamanda onun iştirakı, bu məsələlərin geniş vüsət almasına yol verməyəcəkdir. Bir daha qeyd edirəm ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin apardığı siyasət, onun müstəqil daxili və xarici siyasəti, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və hər bir Azərbaycan xalqının rifahı istiqamətində atdığı addımlar öz bəhrəsini verir. Bu siyasət dönməzdir və bu siyasət öz istiqamətində göstərilən bütün proseslərdə bariz bir nümunədir", - deyə Arzu Nağıyev vurğuladı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 11 Avqust 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri