Icma.az
close
up
RU
COP29 Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu siyasətin nəticəsi idi Arzu Nağıyev

COP29 Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu siyasətin nəticəsi idi Arzu Nağıyev

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan COP29 kimi  beynəlxalq səviyyəli daha bir möhtəşəm tədbirə  ev şahidliyi etdi. Cop29-un işində  72 min nəfərdən artıq şəxsin qeydiyyatdan keçməsi, 80-dən çox ölkənin rəhbərlik səviyyəsində təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi. Belə bir böyük tədbirə ev sahibliyi etmək Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsi idi.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Arzu Nağıyev deyib.
Komitə sədri vurğulayıb ki,  belə tədbirlərdə təhlükəsizlik məsələsi də çox böyük əhəmiyyət kəsb edir və bir neçə aspekti əhatə edirdi:  

"Burada fiziki təhlükəsizlik, kibertəhlükəsizlik, sağlamlığın qorunması, keçirilə biləcək dinc aksiyalarda təhlükəsizlik tədbirləri, logistika və nəqliyyat məsələləri əhəmiyyət daşıyırdı. 
 Tədbir vaxtı  yüksək profilli şəxslər, o cümlədən dövlət və hökumət başçılarının qorunması  ,o cümlədən bütün iştirakçıların yoxlanılmasını, yerlərin təhlükəsizliyini, əsas obyektlərə və tədbirlərə girişi əhatə etdiyinə görə ən yüksək səviyyədə təşkil edildi... Burada PTX, DTX, DİN, DSX , FHN ,Kömrük  bir sözlə aidiyyatı olan bütün qurumlar  öz işini yüksək səviyyədə qurdu. COP29 ərəfəsində və keçirilən vaxt tədbirlər və çıxışlar hakerlərin və kibercinayətkarların da diqqətini cəlb edirdi. Kiberhücumlardan qorunmaq üçün rabitələri və sistemləri qorumaq üçün xüsusi təhlükəsizlik protokolları yaradıldı və həyata keçirildi. COP29-un əsas və ehtiyat data mərkəzləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Məlumat Mərkəzində yerləşdirildi. Tədbirlər keçirilən Olimpiya Stadionu ərazisində olan internet təminatı da XRİTDX-nin nəzarətində olan “AzStateNet” dövlət provayderinin kiberhücumlardan qorunan şəbəkəsi vasitəsilə reallaşdı... COP29 İT komandası qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirdi...
Məlumdur ki, Pandemiya və ya epidemiyalar zamanı iştirakçıların sağlamlığı prioritet məsələyə çevrilir. Xəstəlik testi, sağlamlıq qaydaları və səhiyyə xidmətlərinin əlçatanlığı daxil olmaqla sağlamlıq tədbirləri COP29-da öz həllini tapdı...
İqlim dəyişikliyi ilə əlaqədar keçirilə biləcək dinc aksiyalara qarşı tədbirlər  də əvvəlcədən ehtimal olunduğundan təhlükəsizlik xidməti,həmçinin digər hüquq mühafizə orqanlarının iştirakı da yüksək səviyyədə təmin olundu”. 
 COP29-da təhlükəsizlik həm də təhlükəsiz nəqliyyat infrastrukturundan, iştirakçıların və işçilərin hərəkəti düzgün təşkilindən, habelə yaşayış yerlərində təhlükəsizlikdən asılıdır.Buna cavabdeh nəqliyyat strukturları da Metropolitendə daxil olmaqla öz işlərini yüksək səviyyədə qura bildi.
Bir sözlə COP29-un təhlükəsizlik  tədbirlərində  Azərbaycan dövləti ev sahibi kimi bütün beynəlxalq standartlara uyğun olaraq təşkilatşılaıq məsələsinin ən vacib elementindən olan olan təhlükəsizlik təddbirlərini yüksək səviyyədə həyata keçirdi... Bütün dünya etiraf etdi ki, biz COP29-u ən yüksək səviyyədə təşkil etdik və təbii ki, onu da göstərdik ki, cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili və xarici siyasət müstəqil və davamlıdır..."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri