Icma.az
close
up
RU
Donmuş Mamırlı şəlalə nin əsrarəngiz mənzərəsi FOTO

Donmuş Mamırlı şəlalə nin əsrarəngiz mənzərəsi FOTO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Söhbət Qaxın Ləkit kəndində, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən Mamırlı şəlalədən gedir.
Bizim.Media-nın oxucularına Mamırlı şəlalə haqda iki il əvvəl, yay aylarında məkana səfərimiz zamanı ətraflı məlumat vermişdik. Buraya adətən yayda nəinki yerli həm də dünyanın müxtəlif ölkələrindən yüzlərlə qonaq gəlir.
Şəlaləyə budəfəki səfərimiz qarlı-çovğunlu bir günə təsadüf etdi. Kənddən şəlaləyə kimi üç kilometrə yaxın məsafəni də qara görə piyada getmək məcburiyyətində qaldıq.

Qeyd edək ki, Ləkit kəndi tarixi və təbiət abidələri ilə tanınır. Bu qədim yaşayış məskənində IV- VI əsrlərə aid Alban memarlığınının ən gözəl abidələri qorunur. Bu abidələr dövlət tərəfindən qorunsa da, ciddi bərpaya ehtiyac var. 
Yol yolçusu olduğumuz Mamırlıq şəlalə də 2006-cı ildən Nazirlər Kabinetinin qərarı ilə Təbiət Abidəsi kimi qorunur. Lakin sözdə… Bu barədə hələ əvvəlki materiallarımızda ətraflı bəhs etmişdik.

Qeyd etdiyimiz kimi şəlalə dağlıq ərazidə yerləşdiyindən özümüzlə yol bələdçisi götürmək məcburiyyətindəydik. Kənd sakini Mehdi Məmmədov bu işi üzərinə görürdü. Maraqlı söhbətləri, xatirələri ilə Mehdi dayı yol boyu bizləri darıxmağa qoymadı. Bələdçimiz deyir ki, yaz-yay aylarında bu kəndə xüsusən də şəlaləyə yerli turistlərlə yanaşı dünyanın müxtəlif ölkələrindən saysız turist gəlir.

“Şəxsən mən bu illər ərzində ən azı 20-dən artıq ölkədən qonaq qarşılayıb şəlaləyə aparmışam. Onların sırasında Amerikadan, Rusiyadan, Fransadan, Almaniyadan, Türkiyədən gələnlər olub”-deyən bələdçimiz buradan hamının razı döndüyünü də əlavə edib. 
Mehdi dayı, qışda necə, gələnlər olurmu sualımıza
– “Təssüf ki, qışda, qarda gələn az olur”-deyə fikrini tamamlayır.

Beləcə, uzun yolu qət edib şəlaləyə çatırıq. Adətən hər gəlişimizdə şəlaləni qaynar, səslü-küylü görməyə alışmışdıq. Bu dəfə isə burada demək olar tam sakitlik hökm sürür. Şəlalənin əksər hissəsi donub. Mehdi Məmmədovun sözlərinə görə bu hadisə də hər il baş vermir. Belə ki, üç il əvvəl belə bir hadisə baş versə də onda şəlalənin az hissəsi donmuşdu. Builki donma isə ilk hadisədir. Buz qatının eni 20-30 sm, uzunluğu isə 2 metrdən də çox olardı.

Kənd sakinləri bildirir ki, adətən qış aylarında qonaqları gələndə mütləq bura baş çəkir, ən azından bir xatirə şəkli çəkdirirlər. Bu dəfə də bir neçə sakinlə qarşılaşırıq. Öyrənirik ki, onlar da donmuş şəlalənin əsrarəngiz mənzərəsini seyr etməyə gəlib.
Sakinlər inanır ki, ölkəmizin turizm sektorunda qış turizmi ilə bağlı yeniliklər olacaq. Azərbaycanın müxtəlif yerlərində bununla bağlı yetərincə tarixi və təbiət abidələri var ki, onları qış aylarında gəzib-görmək, zövq almaq fürsəti yaradılmalıdır. Mamırlı şəlalənin də turizm marşrutuna daxil edildiyini deyən sakinlər yayda olduğu kimi qış aylarında gəzintilərin təşkilini məqsədə müvafiq sayırlar. Buraya qışda gələnlər həm şəlaləni fərqli görə, həm də Ləkitin dadlı mətbəxindən istifadə edə bilərlər.
Ümid edək ki, bu, tezliklə baş verəcək.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Mart 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri