Icma.az
close
up
RU
Dörd qardaş, bir gələcək. Bun mümkündür? TƏHLİL

Dörd qardaş, bir gələcək. Bun mümkündür? TƏHLİL

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı arasında imzalanmış "Məkkə" anlaşması haqqında region və qeyri-region dövlətlərindən fərqli açıqlamalar gəlsə də, görünən ondan ibarətdir ki, müqavilə tərəfdarı olan ölkələr imzalanmış sazişin müsəlman dövlətlərinə, xüsusilədə İrana qarşı yönəlmədiyini göstərmək üçün demək olar ki, bütün lazımı addımları atmaqdadır”.

Adalet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib. 

O, bildirib ki, 19 avqust 2026-cı ildə Türkiyə ordusunun baş qərargah rəisi Səlcuq Bayraqdaroğlu ilə İran ordusunun de-fakto komandanı general Rəhim Yahya Səfəvi arasında baş tutmuş telefon danışığında da Türkiyə rəsmisi İranı əmin etməyə çalışdı ki, "Məkkə" anlaşması İrana qarşı qurulmuş pakt deyil:

“Hətta həmin telefon danışığında Səlcuq Bayraqdaroğlunun Rəhim Yahya Səfəvidən Hursilərin Səudiyyə Ərəbistanına hücumları dayandırması xahiş edilmiş, Rəhim Yahya Səfəvi isə Səlcuq Bayraqdaroğlundan Suriyadakı Şara hökumətinin Hizbullaha qarşı tutduğu mövqeyi yumşalmağı xahiş etmişdir. Həmin telefon danışığı ilə Türkiyə və İran arasında münasibətlərdəki soyuqluğun aradan qalxması ilə yanaşı etibar və etimad mühitinin də qurulmasına şərait yaranmış olur. İndi isə "Məkkə" sazişinin digər tərəfdaşı Pakistanın yüksək rütbəli heyəti İrana səfərə hazırlaşır. Pakistanın feldmarşalı Asim Munir yüksək vəzifəli nümayəndə heyətinə rəhbərlik edərək bazar ertəsi günü Tehrana səfər edəcək. Yayılan bəzi informasiyalara əsasən feldmarşal Asim Munir İranın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək və danışıqlar aparacaq. Çox böyük ehtimalla bu şəxslərin arasında Rəhim Yahya Səfəvinin də olma ehtimalı mütləqdir. Hətta Pakistanın feldmarşalı Asim Munirin İran ordusunun de-fakto komandanı Rəhim Yayhya səfəvi ilə görüşməsi və "Məkkə" sazişinin İrana qarşı yönəlmədiyinə əmin edəcəyi və İranı da bu pakta qoşulmağa dəvət edəcəyi ciddi versiya hesab edilə bilər”.

Politoloqun sözlərinə görə, gözləntilərin arxasında isə İran XİN rəsmisinin ərəb mediasına əsasən söylədiyi "İran tərəfi "Məkkə" anlaşmasına dəvəti yüksək qiymətləndirir:

“Nəhayət məzhəb məsələlərini siyasi fikir ayrılıqlarını kənara qoyub islam birliyini qurmaq zamanıdır. Biz bu anlaşmanı yüksək qiymətləndiririk".İran XİN nümayəndəsinin fikrindən belə qənaətə gəlmək olar ki, "Məkkə" anlaşmasına qoşulmaq istiqamətində İran hakimiyyəti daxilində müəyyən istəklər var və hətta onlara bu addım təklif edilib.Yayılan digər informasiyadan isə görünür ki, Səudiyyə Ərəbistanı "Məkkə" anlaşmasına qoşulacağı təqdirdə İrana sərmayə qoymaqla yanaşı, həm də ona qarşı ABŞ-nin yanında yer almama vəd edir. Amma qarşılığında isə İran başda hursilər olmaqla Səudiyyə Ərəbistanına qarşı yönəlmiş proksi şəbəkəsini nəzarət altına alacaq, Hörmüz boğazı isə Səudiyyə Ərəbistanı gəmiləri üçün açılacaq. Eyni zamanda İran ağır silahları İraqdan çıxardacaq”.

S.Hümbətov bildirib ki, yayılan informasiyalardan və baş verən proseslərdən bir neçə istiqamətdə nəticə çıxartmaq olar:

“Bunlardan birincisi, "Məkkə" anlaşmasının İrana qarşı yönəlmədiyi hər kəs üçün aydın oldu. İkincisi, həm Türkiyə, həm də Pakistan Səudiyyə Ərəbistanına izah ediblər ki, İranın pakta qoşulması Səudiyyə Ərəbistanını təhlükəsizlik baxımından daha rahat hala gətirə bilər. Üçüncüsü, İranın pakta qoşulması Türkiyənin və Pakistanın da maraqlarına cavab verir. Dördüncüsü, Səudiyyə Ərəbistanı başa düşdü ki, ABŞ və İsrail İranı məğlub edə bilmədi və faktiki olaraq tərəflər arasında baş vermiş müharibədə İranın Səudiyyəni vurmasının qarşısını ABŞ ala bilmədi yaxud almaq istəmədi. Beşincisi, İranla münasibətlərin qırılma nöqtəsinə çatması Səudiyyə iqtisadiyyatına milyardlarla dollar ziyan gətirməkdədir və bu hər keçən gün daha da artmaqdadır.Təbii ki, bu kimi səbəbləri daha çox saymaq olar. Bu isə nə Türkiyə, nə Pakistan, nə də Səudiyyə Ərəbistanı üçün arzuedilən deyil. Çünki, bu anlaşmadan sonra tərəflərdən birinə olunan hücum, digər ölkələrə də hücum hesab edilə bilər ki, bu da Türkiyəni və ya Pakistanı hursilərə qarşı addım atmağa vadar edə bilər ki, onlar da bu addımı atmaq istəmirlər. Həmçinin iqtisadi baxımdan ciddi böhranda olan İran üçün Səudiyyə Ərəbistanının sərmayəsi böyük nəfəslik ola bilər. Səudiyyə Ərəbistanı ABŞ ilə münasibətlərə baxmayaraq İrana qarşı aqressiyadan çəkinməsi də müsbət hal kimi dəyərləndirilə bilər. Qeyd edilən müsbət məqamlarla yanaşı həm də mənfi məqamlar da var ki, bu da uzun illərdi davam edən sünni və şiə əqidələri arasındakı dərinləşmiş ziddiyyətlərin aradan qaldırılması və dini həmrəyliyin nümayiş etdiriləməsi o qədər də asan məsələ deyil. Burada hər tərəf ciddi səmimiyyət göstərməsə və islamı bir bütün olaraq qəbul etməsə, İranın pakta qoşulmasının vacib əhəmiyyəti olmaya bilər. Odur ki, tərəflərin bir araya gəlməsi də asanlıqla mümkün olmur”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Avqust 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri