Icma.az
close
up
RU
Ağır dərs yükünün gələcək bəlaları TƏHLİL

Ağır dərs yükünün gələcək bəlaları TƏHLİL

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Kölgədə qalan təhlükə

Hazırda orta ümumtəhsil seqmentində ciddi problemə çevrilən və pedaqoji işin təşkilində əsas nöqsanlardan biri kimi qabardılan məsələlərdən biri də şagirdlərin ağır dərs yüküdür. Tədris prosesindəki məzmun ağırlığı, şagirdlərin müxtəlif parametrlər üzrə yüklənməsi onlarda zehni, fiziki və psixoloji baxımdan ciddi narahatlıqlar yaradır.

Eyni zamanda, şagirdlərin ağır dərs yükü, izafi informasiyalarla hədsiz təması onların kurikulumun  məzmun standartları əsasında təşkil olunmalı olan, birbaşa şəxsiyyətin inkişafına yönəlik təhsil modelindən də xeyli uzaqlaşdırır.  Belə olan halda təhsilalanlar çağdaş  dünya təhsilinin əsas tələbi-həyati tətbiq bacarıqları və onların mənimsənilməsi mexanizmindən xeyli geridə qalırlar.

Xüsusən də, I-IV siniflər üzrə təhsilalanların ev tapşırıqları ilə ifrat yüklənmələri onlarda digər ciddi məsələni-ağır məktəbli çantası problemini yaradır ki, bu da öz növbəsində ciddi fəsadlara yol açmış olur.

Qaydalara əsasən siniflər üzrə məktəblilər üçün ev tapşırığı saatları bu cür tənzimlənir:

sinif

saat

I sinif

1 saat

II sinif

1,5 saat

III sinif

 2 saat

IV sinif

2,5 saat

Cədvəldən də göründüyü kimi, beynəlxalq normativlərə əsasən xüsusən də ibtidai siniflərdə təhsil alanlar üçün ev tapşırıqları üçün o qədər də çox hazırlıq saatı ayrılmamalıdır. Bunun da müəyyən pedaqoji-psixoloji əsasları var: bu prinsiplər mütəxəssislər tərəfindən hərtərəfli analizdən sonra verilən qərarları özündə əks etdirir.  Çünki azyaşlı zehni onsuz da günün əhəmiyyətli hissəsini məktəbdə keçirir, bu zaman informasiya qəbulu ilə aramsız şəkildə təmasda olur. Onun yaş dövrü, zehin tutumu nəzərə alınaraq ev şəraitində də hazırlıq saatının çox olmamasına çalışılır. Odur ki, I sinifdə oxuyan məktəbli evə getdikdən sonra ona verilən tapşırıqların həlli üçün 1 saatlıq müddəti aşmamalıdır. 2-ci sinif üçün bu 1,5; 3-4-cü siniflərdə 2; 5-6-cı siniflər üçün 2, 5; 7-8-ci siniflərdə 3 və 9-11-ci siniflər üçün isə 4 saat göstərilir.

Lakin təəssüf ki, bu qaydalar bir çox hallarda pozulmuş olur. Çünki müəllimlər tərəfindən verilən ev tapşırıqlarının ifrat dərəcədə olması valideynlərin işlərini artırmaqla yanaşı, onların bu normativlərə düzgün əməl etmələrini də qəlizləşdirir.

Nazirlər Kabinetinin 27 dekabr 2013-cü il tarixli qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində həftəlik dərs yükünün maksimum həddi 24 saatdan 36 saata qaldırılıb.

Məktəb yaşlı uşaqlarda zehni iş qabiliyyətinin ən yüksək bioritmik səviyyəsi saat 10-12 intervalına təsadüf etdiyi üçün

Həmin zaman kəsiyini səmərəli dəyərləndirmək üçün ibtidai siniflərdə əsas fənlər 2 ci və 3-cü dərs saatlarında, daha yuxarı siniflərdə isə  2 –ci, 3-cü və 4 – cü dərs saatlarında tədris olunması daha məqsədəuyğundur. Lakin çox təəssüf  ki, dərs cədvəlinin hazırlanması zamanı bu məsələ də nəzərə alınmır. Ümumiyyətlə, yerli orta ümumtəhsil müəssisələrində ibtidai siniflər üçün  bütün fənlər üzrə həftəlik dərs saatı başqa ölkələrdə müqayisədə çox da böyük deyil. Hətta bir çox ölkələr bu məsələdə bizi kəmiyyət göstəricilərinə görə çox qabaqlayır. Amma danılmaz reallıq da budur ki, hazırda ibtidai siniflər üçün nəzərdə tutulan həftəlik dərs saatı onların yükləndikləri tədris yükü ilə tərs mütənasibdir.

İbtidai siniflər üzrə həftəlik dərs saatlarının ümumi miqdarı aşağıdakı cədvəldə əks olunub:

Sinif

Dərs saatı

I sinif

21 saat

II sinif

22 saat

III sinif

24 saat

IV sinif

24 saat

Hər sinif üçün isə nəzərdə tutulmuş dərsdənkənar məşğələ isə cəmi 1 saatdır. Qaydalar şagirdlərin leyhinə olsa da, onların tətbiq forması heç də bunu əks etdirmir.

Üstəlik, ibtidai siniflərdə həftə ərzində tədrisinə  ən çox saatın ayrıldığı dərs Azərbaycan dili (I siniflər üçün 8, digərləri üçün 9), ən az isə, informatika və həyat bilgisi, texnologiya, təsviri incəsənət kimi fənlərdir. Bu fənlər I -II siniflər üçün 1, III və IV siniflər üçün isə 2 saat nəzərdə tutulub. Azərbaycan dilinə ayrılan saatların çoxluğu  isə təbii ki, təqdir edilməlidir. Çünki dil amili hələ az yaşdan başlayaraq insanı milli ruhda formalaşdırmaqla yanaşı, onda oxuyub-anlama, qavrama kimi məzmun standartlarını da inkişaf etdirir.

Daha bir ciddi problem

Bütün bunlar kölgədə qalan digər problemi-ağır məktəbli çantası və onun şagirdə vurduğu fizioloji, zehni təsirləri yaratmış olur. Hazırda ölkə məktəblərində şagirdlərin ağır dərs yükü probleminin ortaya çıxan bir başqa üzü kimi xarakterizə edilən məktəbli çantaları şagirdlərdə onurğa əyriliyi, qan dövranının qeyri-normal hərəkəti, baş ağrıları, halsızlıq və s. kimi narahatlıqlar yaradır. Məktəbli çantalarının ağırlığı beynəlxalq normalara əsasən, şagird çəkisinin 10%-ni keçməməlidir. Hazırda birinci sinifdə oxuyan şagirdlərin ortalama çəkisi 40 kq-sa, o zaman məktəbli çantası da 4 kq-dan artıq ola bilməz. Bu problemi aradan qaldırmaqdan ötrü isə, həftəlik tədris proqramının azaldılması, həmçinin, dərsliklərin çəkisinin aşağı salınması, eləcə də digər alternativ variantların tətbiqi mütləqdir.

Təəssüf ki, ibtidai siniflərdə dərs proqramı əvvəlki illərdə olduğu kimi ağırdır. Üstəlik müəllimlərin uşaqları sinifdənxaric oxu materialları ilə yükləməsi uşaqları həddindən artıq yorur. Dərsliklər və əlavə oxu materialları, iş dəftərləri uşaqların beynini yormaqla yanaşı, çantanın ağırlığı onurğa sütunlarını da zədələyir. Beynəlxalq təhsil sistemində yaş xüsusiyyətinə görə standart düstur var. Dərsliklər hazırlanarkən 1 paraqrafda və 1 səhifədə yer alacaq söz, termin, şəkil və çalışmanın sayı uşağın yaşına uyğun götürülür. Bizdə bu düstur tamamilə kobud şəkildə pozulub.

Hələ bu harasıdır?!

Şagirdlərin ağır dərs yükü ilə yüklənmələrinin çox ciddi psixoloji təsirləri də vardır.  Həddindən artıq yüklənmə xüsusən də azyaşlı şagirdlərdə diqqətin fokuslanmasına çox ciddi təsir göstərir.

3-4 yaşda uşaq 15 -20 dəqiqə, 4-5 yaşda 20 -30 dəqiqə, 6 yaş və yuxarı olan uşaqlar 45 dəqiqə diqqətin davamlılığını saxlaya bilir. Altı yaşdan öncə məktəbə gedən uşaqlarda artıq diqqətin davamlılığı da istənilən ölçüdə, yəni 45 dəqiqə olmadığına görə dərsin ortalarında diqqət yayınmağa başlayır. Müəllimə diqqət yetirə, baxa bilmir, fikir dağınıqlıqları çox olur. Bu zaman dərsdə gerilik yaranmağa başlayır. Dərsdə gerilik yarandığına görə özgüvən əksiklikləri baş verir. Bu səbəbdən də şagirdlərin izafi yüklənmələri bu kimi problemlər daha ciddi şəkildə yaşanmış olur.

Əlbəttə ki, dərs yükü çox olduqda onların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında əzilirlər. Mənəvi ehtiyaclarını ödəyə bilməyən uşaqlara isə dərs cəlbedici gəlmir, onlar  sadəcə, əzbərçilik  hallarına yol vermiş olurlar.

“İtirilmiş fənlər”

Şagirdlər ağır dərs yükü, çoxsaylı ev tapşırıqları ilə yükləndiklərini dedikdə ən çox nəzərdə tutduqları arqumentlərlə də Riyaziyyat fənni ilə  bağlı olub. Lakin orta təhsil müəssisələrində tədris olunacaq Riyaziyyat fənninin kurikulum standartları, məzmun xətlərinin funksiyası həqiqətən də yüksək səviyyədə, şagirdlərin mövzuları ağırlaşdırılmış formada deyil, daha çatımlı səviyyədə təqdim olunur. Amma təqdim olunduğu kimi tədris də olunurmu? Bu, artıq ciddi sualdır.

Riyaziyyat fənninin məqsəd və vəzifələri dövrün tələblərinə uyğun şəkildə aparılan məzmun islahatları ilə uyğunluq təşkil etdikdə daha səmərəli funksiyaya çevrilmiş olur. Bu təbii ki, tək Riyaziyyata deyil, tədris proqramında əksini tapan bütün fənlərə aid yanaşmadır. Sadəcə olaraq təhlili sırf Riyaziyyat predmeti üzərindən aparmaqla şagirdləri ağır məzmunla, dərs yükünün artırılması ilə deyil, təsdiqlənmiş məzmun sənədlərində əksini tapan mexanizmlərlə inkişaf etdirməyin vacibliyini vurğulamaqdır.

Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən təsdiqlənmiş Təhsil proqramlarında  (kurikulumlar) əksini tapan “Təkmilləşdirilmiş Riyaziyyat fənn kurikulumu-2024” sənədinə qeyd olunur:

“Riyazi təhsilin əsas məqsədi əməllərin mexaniki icrası və biliklərin əzbərlənməsi deyil, balanslaşdırılmış prosedural və konseptual riyazi bilik və bacarıqların fərdi və ya qrup fəaliyyəti vasitəsilə qazanılmasıdır. Digər bir məqsəd isə şagirdin hər hansı bir problemi həll etmək üçün formal riyazi yanaşma və həll üsulları mövzusunda püxtələşməsi və bu yanaşma və üsulları tətbiq etməsidir. Bu məqsədlər şagirdləri riyazi təfəkkürü inkişaf etmiş və problem həllində səriştəsi olan bir fərd kimi yetişdirməyə xidmət edir. Bunu təmin etmək üçün isə riyazi təhsildə mühüm anlayışların və əsas ideyaların öyrənilməsinə xüsusi əhəmiyyət verilməlidir. Əlavə olaraq, bu anlayışların həm gündəlik həyatla, həm də bir-biri ilə əlaqəli şəkildə öyrənilməsi çox vacibdir”.

XXI əsrdə riyazi təhsilin əsas hədəfi kimi şagirdlərin aşağıdakı bacarıqlara yiyələnmələri və onları təkmilləşdirmələri nəzərdə tutulur:

• Problem həlli həll yolunun əvvəlcədən bilinmədiyi və ya həllə aparan yolun həmin anda naməlum olduğu, buna görə də mövcud biliklər əsasında mühakimə qabiliyyətindən istifadənin zəruri olduğu vəziyyətlərdə problemi başa düşmə, həll yolu üçün müəyyən strategiyanı ortaya qoyma, bu strategiyanı tətbiq etmə və həlli yoxlama bacarığıdır;

• Riyazi təfəkkür riyaziyyatda və gündəlik həyatda məntiqə, induksiya və deduksiyaya əsaslanan nəticələr çıxarma və bunları arqumentləşdirmə, riyazi model və əlaqələrə əsaslanaraq mühakimə yürütmə bacarığıdır;

• Riyazi əlaqələndirmə riyaziyyatın müxtəlif nəzəriyyə və konsepsiyaları arasında əlaqələr qurma, anlayış və qaydaların müqayisəsi, konkret və mücərrəd nümunələr arasında əlaqələr yaratma, digər fənn və gündəlik həyatla bağlı situasiyaları riyaziyyatla əlaqələndirmə bacarığıdır;

• Ünsiyyətqurma riyazi dildən və terminologiyadan münasib, düzgün və effektiv şəkildə istifadə etmə, düşüncələri riyazi dil, terminologiya, model və təqdimatlar vasitəsilə ifadə etmə bacarığıdır.

Hazırda orta ümumtəhsil seqmentində tədrisin məzmun xəttini ağırlaşdırıb, tədris tapşırıqlarını keyfiyyət və tətbiqi prinsiplərə görə deyil, yalnız kəmiyyət çoxluğuna görə tələb etməklə, həm də yuxarıdakı tendensiyalardan məhrum olmuş oluruq.

Təəssüf ki, Riyaziyyat yalnız bir nümunədir. Biz bu çatışmazlıqları bütün əsas fənlərə də şamil edə bilərik.

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see280

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see236

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see170

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see127

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see120

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see120

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see120

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see119

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see118

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see118

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see117

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see116

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see116

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see116

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see115

Rubio etiraf edir...

21 May 2025 19:47see114

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see114

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri