Icma.az
close
up
RU
Dörd saatlıq danışıqlar və nəticə: bir razılaşma oldu, qalan məsələlər isə...

Dörd saatlıq danışıqlar və nəticə: bir razılaşma oldu, qalan məsələlər isə...

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Politoloq: “Sülh müzakirələrində Ukrayna güzəştlərə gedəcək, amma bir şərtlə ki, güzəştlər qarşılıqlı olsun”

Dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Tərəflər digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsini də müzakirə ediblər. 4,5 saat davam edən danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkələr diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Ukrayna münaqişəsi həll edildikdən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etməli olacaqlar.

“Bloomberg” xəbər verir ki, Ər-Riyaddakı danışıqlar Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında amerikalı liderin ölkənin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini elan etdiyi telefon danışığından təxminən bir həftə sonra baş tutub. Eyni zamanda, Səudiyyə Ərəbistanında keçirilən görüşdə Ukrayna tərəfdən nümayəndələr olmayıb.

“Bu, iki güc arasında sürətli razılaşma ilə bağlı narahatlıqları artırıb. Kiyev və ABŞ-ın Avropadakı müttəfiqləri kənarda qala bilər”, - deyə “Bloomberg” yazıb. Nəşr həmçinin qeyd edib ki, Tramp sələfi Co Baydenin Kiyevin iştirakı olmadan Rusiya ilə əlaqə saxlamaqdan imtina etmək siyasətindən əl çəkib. Bundan əlavə, Trampın dövründə ölkə Ukraynanı NATO-ya qəbul etmək vədləri ilə bağlı mövqeyini dəyişib. Baxmayaraq ki, bu vədlərin etibarlılığına dair şübhələr hətta Bayden dövründə də artıb.

“Reuters” isə yazıb ki, Avropa ölkələrinin liderləri Rusiya ilə ABŞ arasında tez bir zamanda bağlanan sazişin onların maraqlarını nəzərə almamasından narahatdırlar. Agentlik qeyd edib ki, belə bir nəticə Avropa İttifaqı ölkələrinin təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Eyni zamanda məqalədə vurğulanıb ki, Rusiya-Amerika danışıqları üçün platforma rolunu oynayan Səudiyyə Ərəbistanı ABŞ-ın Ukraynadakı münaqişəyə son qoymaq istəyində təcili olduğunu qeyd edib. Agentlik qeyd edib ki, danışıqlar Trampın prezident kimi fəaliyyətə başlamasından bir ay keçməmiş və Putinlə telefon danışığından altı gün sonra baş tutub.

Amerikanın “The Washington Post” qəzeti yazıb ki, ABŞ Ukrayna tərəfinin iştirakı olmadan Rusiya ilə danışıqlar aparmamaq prinsipindən imtina edib. Bu yanaşma münaqişənin dayandırılması ilə bağlı razılaşmanın bağlanmasına gətirib çıxaracaq ki, bunun nəticəsi Kiyev üçün əlverişsiz olacaq.

“Washington Post” qəzeti Ər-Riyaddakı danışıqların Kiyevdə dərin narahatlığa səbəb olduğunu irəli sürüb. Nəşrin yazdığına görə, Amerika rəsmiləri Ukraynanın taleyini onun nümayəndələri olmadan müzakirə etməkdə özlərini çox rahat hiss edirlər.

Dörd saatdan çox çəkən danışıqlarla bağlı dünya mediasının şərhləri ilə yanaşı, ekspertlərin də öz yanaşmaları var. Politoloq Şahin Cəfərli AYNA-ya deyib ki, görüşdən sonrakı məlumatlarda razılaşma kimi təqdim edilən məsələlərə baxanda görmək olur ki, ortada ciddi razılaşmalar yoxdur, sadəcə niyyətlər var:

- Yəni tərəflər anlaşıb ki, hələlik anlaşa bilmirlər və bu istiqamətdə işləmək lazımdır. Təsadüfi deyil ki, görüşdən sonra Moskva birjasında indekslər düşməyə başladı. Bu cür məsələlərdə bazar, birja ən yaxşı indikatordur. Nəzərə almaq lazımdır ki, Tramp-Putin telefon danışığından sonra Rusiya maliyyə bazarında böyük nikbinlik yaranmışdı və səhmlər qalxmışdı. Əlbəttə, Ər-Riyaddakı görüşü önəmsiz saymaq doğru deyil. Hər halda xeyli müddətdən sonra Vaşinqton və Moskva bir masa arxasında əyləşib müzakirələr apardılar. Görüşlə bağlı yeganə real nəticə kimi onu qeyd etmək olar ki, Moskva və Vaşinqtondakı səfirliklərin personalı kəmiyyət baxımından əvvəlki səviyyəyə çatdırılacaq. Qalan digər məsələlərlə bağlı niyyətlər ortaya qoyulub.

- Amma belə fikirlər var ki, Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Vaşinqton Ukraynanı Moskvaya “satıb”...

- Bu, çox cılız yanaşmadır. Əvvəla, Ukrayna, yaxud hər hansı digər dövlət və xalq əşya deyil ki, kimlərsə onları alıb-satsın. Birincisi, bu müstəmləkə təfəkküründən xilas olmaq lazımdır. İkincisi, ABŞ-dakı hazırkı hökumətin beynəlxalq məsələlərə qeyri-standart və qeyri-ənənəvi baxışı olsa da, onların da Ukraynanı “satmaq” kimi bir niyyəti olduğuna inanmıram. Çünki Amerikanın geosiyasi maraqlarına bu, heç bir halda uyğun deyil.

- Kiyevin Ər-Riyaddakı danışıqlarda təmsilçi ilə iştirak etməməsi də sualları artırır.

- Ona görə Ukrayna görüşdə olmadı ki, danışıqlar konkret Ukrayna probleminin həlli ilə bağlı yox, ikitərəfli münasibətlərdə mövcud olan problemlərin müzakirəsinə həsr olunmuşdu. Amma əlbəttə, Ukraynadakı Rusiyanın işğalçı müharibəsi də görüşdə gündəmə gətirilib. Bunun da çox sadə səbəbi var: Ukrayna məsələsi ABŞ-Rusiya ikitərəfli münasibətlərində ən ciddi problemlərdən biridir. ABŞ müharibə səbəbindən Rusiyaya çoxlu sayda sanksiya tətbiq edib, onunla əlaqələrini xeyli məhdudlaşdırıb. Tərəflər razılığa gəliblər ki, Ukrayna məsələsinin müzakirəsi ilə əlaqədar ayrıca danışıqlar qrupu, söhbət alt səviyyədə qrupdan gedir, yaradılsın. Bu isə ona işarədir ki, proses uzanacaq. Bunu ABŞ dövlət katibi Marko Rubio da açıqlamasında etiraf edib. 

Bir məqamı xüsusi vurğulamağa ehtiyac var ki, Putin rejimi informasiya-propaqanda işində olduqca püxtələşdiyi üçün hazırda nəinki rusdilli, hətta Qərb informasiya məkanında qalib tərəf olduğu haqda ictimai rəy formalaşdırmağa nail olub. Rusiya nümayəndələri ultimatumla danışır və özlərini şərt diktə edən tərəf kimi göstərməyə çalışırlar. Bu, ABŞ tərəfinə də psixoloji təsir göstərməyə yönəlmiş danışıqlar taktikasıdır.

- Rusiya artıq Kiyevə ultimatumlar verməyə başlayıb...

- Kiyev də bu xəbərdarlıqlara, şərtlərə məhəl qoymur. Zelenski bu gün (dünən - red) Ankarada dedi ki, müharibənin ilk günlərində, rus ordusu Kiyevin qapısının ağzında olarkən ultimatumları qəbul etməyib. Yəni ki, Ukrayna indi niyə bunu qəbul etsin? Ukrayna Silahlı Qüvvələri 3 il əvvəlkindən daha güclüdür, daha çoxsaylıdır və daha yaxşı silahlanıb. O, nəhəng resurslara sahib düşmənlə ötən müddətdə çox ağır döyüşlər aparmasına və böyük itkilər verməsinə baxmayaraq, döyüş qabiliyyətini qoruyur, üstəlik, 6 aydır Rusiya ərazisinin bir qismini nəzarətdə saxlayır. Ukrayna hərbi sənayesi də dirçəlib. Hətta Moskvanı vura biləcək ballistik raketlərin istehsalına başlayıb. İşğalçının ultimatumlarını qəbul etmək üçün ciddi səbəb yoxdur.

Təbii ki, sülh müzakirələrində Ukrayna güzəştlərə gedəcək, amma bir şərtlə ki, güzəştlər qarşılıqlı olsun. Məsələn, Moskva sərsəm tələblərindən imtina etməlidir. Bəli, hesab edirəm ki, işğaldakı torpaqlar Rusiyanın nəzarətində qalacaq. Çünki Ukraynanın torpaqları hərbi yolla qaytarmaq üçün fürsət itirildi. Amma Qarabağ məsələsində olduğu kimi, işğal faktı tanınacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Fevral 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri