Icma.az
close
up
RU
İtaliyadan Azərbaycana dost təşəkkürü

İtaliyadan Azərbaycana dost təşəkkürü

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu günlərdə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni növbəti dəfə Azərbaycan Prezidentinə xüsusi təşəkkürünü ifadə edib. Baş nazir İtaliyanın “Eni” şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) də törəmə şirkəti “Italiana Petroli” (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarına gəldiyini bildirib. “Eni”dən sonra IP də ölkə miqyasında yanacağın qiymətlərini məhdudlaşdırmaq qərarına gəlib. Bu, italyan ailələrinə diqqətin və yanacaq xərclərinin azaldılmasına konkret töhfə verə biləcəyimizin təsdiqinin vacib əlamətidir”, - deyə Meloni bildirib.

O, iki ölkə arasında əməkdaşlığı gücləndirən bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.

Daha əvvəl SOCAR IP paylama şəbəkəsində benzin və dizel yanacağının qiymətlərini məhdudlaşdırmağa hazır olduğunu açıqlayıb. Şirkət qeyd edib ki, qiymət həddi minlərlə operatoru əhatə edən təchizat zəncirinin davamlılığını təmin etmək zərurəti nəzərə alınmaqla müəyyən olunacaq.

SOCAR vurğulayıb ki, bu, şirkətin İtaliya hökumətinin geosiyasi qeyri-sabitlik və bunun qlobal təchizat zəncirlərinə təsiri səbəbindən altı aydan çoxdur ki, yüksək yanacaq qiymətləri ilə üzləşən ailələrə və müəssisələrə dəstək olmaq çağırışına cavabıdır. Verilən məlumata görə, qiymət məhdudiyyətləri IP şəbəkəsindən başlayaraq mərhələlərlə tətbiq ediləcək.

Azərbaycanın dünyada artan rolu

Son vaxtlarda dövlətimizin başçısı İlham Əliyevin ünvanına dünya liderlərindən belə təşəkkürlər tez-tez gəlir ki, bu da təsadüfi deyil. Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanı dünyada sayılıb-seçilən ölkələr sırasına yüksəldib. Hazırda Azərbaycanın inkişafı elə bir yüksək səviyyəyə çatıb ki, ölkəmizin orta güc dövləti olaraq beynəlxalq miqyasda rolu getdikcə artır. Respublikamız çoxvektorlu siyasi kursa malikdir, ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığı genişləndirir.

Eyni zamanda, ölkəmizin qlobal proseslərə müsbət təsir göstərməsi, Şərqlə Qərb arasında körpülər yaratması, daim qarşılıqlı maraqlara və suverenlik prinsipinə əsaslanan dialoqu təşviq etməsi dünyada təqdirlə qarşılanır. Bu gün Azərbaycanın beynəlxalq birliyə töhfələri müxtəlif sahələri əhatə edir. O cümlədən respubllikamız mürəkkəb qlobal geosiyasi vəziyyətdə həm son dərəcə əlverişli coğrafi mövqedə yerləşməsi, həm də apardığı siyasətlə Avrasiyanın əvəzolunmaz bağlantı mərkəzi qismində çıxış edir. Digər tərəfdən, respublikamız ciddi təchizat problemləri ilə üzləşən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan özünün multikultural siyasəti, geniş əhatə dairəsinə malik olan humanitar diplomatiyası ilə birləşdirici rol oynayır. Ölkəmizə beynəlxalq səviyyədə rəğbətin artmasının ən əsas səbəblərindən biri isə, heç şübhəsiz ki, Azərbaycan Liderinin müharibə başa çatandan dərhal sonra Cənubi Qafqazda sülh quruculuğu təşəbbüsündən çıxış etməsidir.  Bu, dünya praktikasında analoqu olmayan bir nümunədir. Ötən il avqustun 8-də Vaşinqtonda baş tutan yüksəksəviyyəli görüş və Ağ Evdə imzalanan sənədlər bir daha təsdiqlədi ki, beynəlxalq birlik Azərbaycanın sülh gündəliyini qəbul edir və təqdirlə qarşılayır.

Hər iki ölkə strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsində maraqlıdır

Azərbaycan həm geniş İslam coğrafiyası, həm də Avropa İttifaqı (Aİ) ilə sıx əlaqələr qurması ilə də dünyaya fərqli nümunə təqdim edir. O cümlədən respublikamız Böyük Yeddiliyin üzvü olan İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Əlamətdar haldır ki, hər iki dövlət bu münasibətləri dərinləşdirməkdə maraqlıdır. Siyasi dialoqun ilbəil artan dinamikası bunu əyani şəkildə təsdiqləyir. İndiyədək iki ölkə arasında  2014-cü və 2020-ci illərdə olmaqla strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. Qarşılıqlı  münasibətlərin əsasını təşkil edən bu iki bəyannamədə və digər sənədlərdə təsbit edilmiş məsələlər uğurla həyata keçirilir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında vurğuladığı kimi, Ciorcia Meloninin 2026-cı ilin may ayında Ermənistanda öz proqramını başa vurduqdan sonra Azərbaycana səfərə gəlməsi  çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.

İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq uğurla inkişaf edir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib.

Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Respublikamız  İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci pillədə yer alır. Dövlətimizin başçısı bildirib ki, bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib ki, onun da 9,5 milyardı İtaliya bazarına ünvanlanıb. Gələcəkdə bu həcmin artırılması da müzakirə mövzusudur.

Hazırda SOCAR-ın İtaliyadakı fəaliyyəti “Italiana Petroli” şirkəti vasitəsilə tam fasiləsiz şəkildə davam etdirilir. Şirkət İtaliyanın enerji bazarında geniş logistika və pərakəndə satış infrastrukturu ilə fəaliyyət göstərən aparıcı operatorlardan biridir. IP ölkə üzrə 4500-dən çox yanacaqdoldurma məntəqəsini, neft emalı və məhsul saxlanması üzrə mühüm sənaye aktivlərini əhatə edən geniş şəbəkəyə malikdir.

Xatırladaq ki, SOCAR 2025-ci ilin sentyabrında İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” şirkətinin 99,82 faiz səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb. Səhmlərin alınması prosesi bu ilin mayında tamamlanıb. Mayın 28-də isə Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Sentyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri