Icma.az
close
up
RU
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş nominasiyası üzrə təltif edilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş nominasiyası üzrə təltif edilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 25 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 2024-cü ildə "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən mükafat Mərkəzin direktor müavini Mətanət Məmmədovaya təqdim olunub.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Mərkəzdə həssas qruplara aid şəxslərin ekoloji maarifləndirməsi işləri aparılıb, onların ETSN-nin təmizlik aksiyaları və abadlaşdırma işlərində fəal iştirakı təmin olunub.

Mərkəzdə istifadəyə yararsız məhsullardan hazırlanmış əl işlərindən ibarət sərgi, konsert və müxtəlif layihələr gerçəkləşdirilib. Habelə Mərkəzin təlimçi və benefisiarlarının ekoloji mövzularda əl işləri beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib. Mərkəz və "DOST Evi" filialının 1000 kvadratmetrlik həyətyanı ərazilərində ağacəkmə aksiyaları keçirilib.

Pre-COP və COP29 tədbirlərində həssas qruplara aid şəxslərin də iştirakı təmin olunub. Yaşıl Zonada Mərkəzin təlimçi və benefisiarının təqdim etdiyi konsert və sərgi böyük maraqla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Yanvar 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri