Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Yol nəqliyyat hadisələrin sayı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

Dostluq münasibətləri əməkdaşlığın inkişafına töhfə verir

Dostluq münasibətləri əməkdaşlığın inkişafına töhfə verir

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və İtaliya bu gün yalnız siyasi deyil, həm də iqtisadi, enerji, elm və mədəniyyət sahələrində sarsılmaz tərəfdaşlıq nümunəsi yaradıblar.

Prezident İlham Əliyevin 30 sentyabr 2025-ci il tarixində İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər iki ölkə arasında çoxşaxəli əməkdaşlığın dərin köklərə və gələcəyə hesablanmış strateji xarakterə malik olduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin bəyanatında da qeyd etdiyi kimi, 2020-ci ildən etibarən Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya ixracı iki ölkə arasındakı münasibətlərin əsas strateji sütunlarından birinə çevrilib. Xatırladaq ki, TAP layihəsinin icrası dövründə bir sıra texniki və təşkilati çətinliklər mövcud idi. Lakin Prezident Sercio Mattarellanın şəxsi təşəbbüsü və diplomatik səyləri bu problemlərin aradan qaldırılmasına mühüm töhfə verdi.

Bu uzaqgörən qərarlar nəticəsində TAP layihəsi uğurla başa çatdı və bu gün Azərbaycan qazı təkcə İtaliyaya deyil, Cənub Qaz Dəhlizi vasitəsilə artıq 14 ölkəyə ixrac olunur. Azərbaycan bu sahədə coğrafi əhatəsinə görə dünyada birinci yerdədir – boru kəmərləri vasitəsilə enerji ixrac edən ölkələr arasında lider mövqe tutur. Bu, həm ölkəmizin enerji potensialının gücünü, həm də etibarlı tərəfdaşlıq siyasətinin real nəticələrini göstərir. İtaliyanın enerji balansında Azərbaycan nefti birinci, qazı isə ikinci yerdədir. Bu fakt iki dövlət arasında formalaşmış etibarlı və qarşılıqlı inam üzərində qurulan əməkdaşlığın miqyasını təsdiqləyir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu uğurlar səmimi münasibətlər və qarşılıqlı etimad mühitinin nəticəsidir.

Bununla yanaşı, dövlət başçısı İtaliya Prezidentinə Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə yeni layihə barədə də məlumat verdi. Hazırda elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma mərhələsində olan bu təşəbbüs, yaxın illərdə Avropa məkanına “yaşıl enerji” ixracının reallığa çevriləcəyini göstərir.

Cənub Qaz Dəhlizinin və TAP layihəsinin açdığı yol bu gün Azərbaycanı bölgənin enerji mərkəzinə çevirir və Xəzər dənizinin dibi ilə Orta Asiyadan Avropaya qədər uzanan yeni əməkdaşlıq körpülərinə zəmin yaradır.

Azərbaycan–İtaliya münasibətləri təkcə enerji və sənaye sahələri ilə məhdudlaşmır. Bu gün iki ölkə arasında elm, təhsil və mədəni əməkdaşlıq da eyni dərəcədə strateji səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı təməli qoyulan İtaliya–Azərbaycan Universiteti bu istiqamətdə ən mühüm layihələrdən biridir.

Universitetin həyata keçirilməsi üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri arasında 2022-ci ildə əməkdaşlıq sazişləri imzalanıb. 2022-ci ildə təməli qoyulan və bu ilin oktyabrında ilk tədris korpusları açılan bu təhsil ocağı artıq 600-dən çox tələbəni bir araya gətirir. Burada 8 bakalavr və 2 magistr proqramı üzrə tədris aparılır, onlardan üçü ikili diplom proqramıdır.

Tədris sahələri mühəndislikdən tutmuş dizayna, kənd təsərrüfatı texnologiyalarından şəhərsalma və idarəetməyə qədər geniş spektri əhatə edir. Müasir laboratoriyalar, tədqiqat mərkəzləri və tədris emalatxanaları ilə təchiz olunmuş yeni universitet binası həm də “İpək Yolu” irsini əks etdirən mədəni platforma kimi formalaşdırılıb. Burada yaradılan “bazar meydanı” tələbələrin layihələrini təqdim edəcəyi, universitet–sənaye–dövlət əməkdaşlığını gücləndirəcək bir məkan olacaq.

Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, energetika və sənaye sahəsindəki əməkdaşlıq artıq humanitar sahəyə də keçid edib. Bu, təkcə elmi və mədəni inteqrasiyanı dərinləşdirmir, həm də iki xalq arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Burada təhsil alan gənclər həm yüksək biliklərə sahib olacaq, həm də gələcəkdə Azərbaycan–İtaliya münasibətlərinin sadiq elçilərinə çevriləcəklər.

Dövlətimizin başçısı İlham Əliyevin bəyanatında Avropa İttifaqı–Azərbaycan əlaqələrinə də toxunuldu. İtaliya hər zaman Azərbaycanın Avropa ilə əməkdaşlıq təşəbbüslərinə dəstək verib və bu gün də həmin dəstək hiss olunur. Son illərdə qarşılıqlı dialoqun intensivləşməsi, enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsi bu münasibətlərdə müsbət dinamikanın artdığını göstərir.

Azərbaycan–İtaliya tərəfdaşlığı həm rəsmi sənədlərdə, həm də real həyatda öz təsdiqini tapır. Uzun illər ərzində formalaşmış qarşılıqlı etimad, bir-birinin maraqlarına hörmət prinsipi üzərində qurulan bu münasibətlər iki ölkə arasında dostluğun möhkəm bünövrəsini təşkil edir.

Bu gün Azərbaycanın müasir diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Avropa məkanında etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı və humanitar əməkdaşlığın təşəbbüskarı kimi qəbul olunur.

İtaliya Prezidentinin Azərbaycana ikinci dəfə rəsmi səfəri, yeddi ildən sonra yenidən Bakıda dövlət səviyyəsində qarşılanması, tərəflər arasında siyasi dialoqun davamlılığını və etimad mühitinin möhkəmliyini təsdiqləyir. Prezident İlham Əliyevin sözləri ilə desək, bu səfər “İtaliya–Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini” bir daha sübut edir.

Azərbaycan və İtaliya arasında iki strateji tərəfdaşlıq sənədinin imzalanması münasibətlərin institusional əsasını təşkil edir. 2015-ci ildə imzalanan birinci sənəd, ardınca 2020-ci ildə qəbul edilən “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bu əməkdaşlığın çoxşaxəli xarakterini müəyyənləşdirib. Bu illər ərzində əlaqələr təkcə siyasi sahədə deyil, iqtisadi, energetika, humanitar və mədəni istiqamətlərdə də böyük dinamika ilə inkişaf edib.

Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, İtaliya bu gün Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsinin ilbəil artması, energetika sahəsində həyata keçirilən nəhəng layihələr bu əməkdaşlığın mühüm dayaqlarıdır. Xüsusilə Azərbaycanın neft və qazının İtaliyaya ixracı, Cənub Qaz Dəhlizinin strateji hissəsi olan TAP layihəsinin uğurla icrası həm ölkələrimiz arasında iqtisadi inteqrasiyanı gücləndirib, həm də Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verib. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, enerji sahəsindəki bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də strateji və siyasi əhəmiyyətə malikdir. Çünki bu münasibətlər qarşılıqlı etimad, səmərəli əməkdaşlıq və uzunmüddətli maraqlar üzərində qurulub.

Bu gün Azərbaycan və İtaliya arasındakı münasibətlər Avropa–Cənubi Qafqaz xəttində model tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər. İtaliya Azərbaycanın müstəqilliyindən bəri ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstək göstərib. Postmüharibə dövründə İtaliya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələrində fəal iştirakı da bu tərəfdaşlığın real təzahürlərindəndir.

Prezident İlham Əliyevin İtaliya Prezidenti ilə görüşdə dediyi kimi, “biz əsl strateji tərəfdaşlarıq”. Bu ifadə iki ölkə arasındakı münasibətlərin ruhunu, dərinliyini və gələcəyə hesablanmış xarakterini tam əks etdirir.

Dövlətimizin başçısının bəyanatında səslənən mesajlar bir daha təsdiqləyir ki, Azərbaycan–İtaliya münasibətləri strateji xarakter daşıyır və bu tərəfdaşlıq qarşılıqlı hörmət, bərabər maraqlar və sarsılmaz etimad üzərində qurulub.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see222

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see214

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see208

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see191

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see183

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see164

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see159

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see151

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see151

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see150

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see140

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see138

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see135

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see133

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see132

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see132

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see127

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see124

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

20 Noyabr 2025 16:03see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri