Icma.az
close
up
RU
İslam həmrəyliyi dostluq və əməkdaşlığın təməli ŞƏRH

İslam həmrəyliyi dostluq və əməkdaşlığın təməli ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

​Biz Azərbaycanda hər zaman çalışmışıq və bundan sonra da çalışacağıq ki, İslam həmrəyliyini real, praktiki addımlarla və əməli fəaliyyətimizlə gücləndirək. Çünki həmrəylik yalnız sözlərdə ifadə olunan anlayış deyil, gündəlik həyatımızda özünü göstərən dəyərli bir prinsipdir. Müsəlman aləminin gücü, ilk növbədə, qarşılıqlı hörmət, sıx əməkdaşlıq və etimaddan qaynaqlanır.
​Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və dini ənənələrin qovuşduğu nadir məkanlardan biri kimi tanınıb. Bu zəngin irs ölkəmizin İslam dünyasına verdiyi töhfələr üçün möhkəm bünövrə yaradır. Respublikamızda dinlərarası və mədəniyyətlərarası dialoqa xüsusi diqqət yetirilir. Həmin yanaşma İslam ölkələri ilə münasibətlərin dinamik inkişafına da müsbət təsir göstərir.
​İslam həmrəyliyi xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Müasir dövrdə belə birliyə ehtiyac əvvəlkindən daha böyükdür. Müxtəlif coğrafiyalarda yaşayan müsəlman xalqlarının ortaq dəyərləri onları bir-birinə daha da yaxınlaşdırır. Azərbaycan bu irsin qorunmasını və gələcək nəsillərə ötürülməsini vacib hesab edir.
​Ölkəmizin həyata keçirdiyi humanitar və mədəni layihələr görülən işlərin tərkib hissəsidir. İslam ölkələri arasında əlaqələrin yalnız siyasi müstəvidə deyil, humanitar sahədə də şaxələnməsi vacibdir. Elm, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində tərəfdaşlıq xalqların bir-birini daha yaxından tanımasına imkan verir. Qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər və birgə layihələr bu bağların genişlənməsinə şərait yaradır.
​Azərbaycan müxtəlif İslam ölkələri ilə dostluq münasibətlərini davamlı olaraq inkişaf etdirir. Bu əlaqələr qarşılıqlı maraqlara və hörmətə əsaslanır. Həmrəyliyin ən mühüm göstəricilərindən biri çətin məqamlarda bir-birinə dayaq olmaqdır. Humanitar yardımlar bu birliyin real nümunəsidir. Qardaş xalqların sevincini və kədərini bölüşmək mənəvi borcun təzahürüdür.
​Cəmiyyətimizdə bu ənənələrin derin kökləri var. Milli-mənəvi dəyərlərimiz insanları mərhəmətə, böyüyə hörmətə və ehtiyacı olana kömək etməyə səsləyir. Həmin dəyərlər İslam həmrəyliyi ideyasının cəmiyyətimizdə daha dərin mənimsənilməsinə zəmin yaradır.
​Gənc nəslin maarifləndirilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Gənclər İslamın sülh, elm və insanpərvərlik mesajlarını düzgün şəkildə mənimsəməlidirlər. Dini savadlılığın artırılması yanlış təsəvvürlərin və ayrı-seçkiliyin qarşısını almağa kömək edir. Elm və təhsil İslam dünyasının tərəqqisi üçün həlledici amillərdəndir.
​İslam sivilizasiyasının tarixində elmə və biliyə verilən yüksək dəyər bunun bariz nümunəsidir. Həmin tarixi irsin öyrənilməsi müasir nəsillər üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycan alimləri, ziyalıları və mədəniyyət xadimləri bu irsin təbliğinə öz töhfələrini verirlər.
​Sülh və sabitlik İslam dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Münaqişələrin həllində dialoq və diplomatiya imkanlarından istifadə olunması vacibdir. Azərbaycan xarici siyasətində sülh və əməkdaşlıq təşəbbüslərinə üstünlük verir. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də dialoq imkanlarının genişlənməsinə təkan verir.
​İslam dünyasının rəngarəngliyini qarşıdurma deyil, zənginlik kimi qəbul etmək lazımdır. Müxtəlif xalqların mədəni irsi ümumi sivilizasiya xəzinəsinə dəyərli töhfələr bəxş edir. Azərbaycan bu zəngin irsin qorunmasına və tanıdılmasına dəstək verməyə davam edəcək.
​Ölkəmizin İslam dünyası ilə əlaqələri zəngin tarixi və müasir əməkdaşlıq ənənələri üzərində qurulub. Bu əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün geniş imkanlar mövcuddur. Həmin imkanlardan səmərəli istifadə etmək bütün tərəflərin məsuliyyətli fəaliyyətini tələb edir. Hər bir əməkdaşlıq təşəbbüsü qarşılıqlı fayda və hörmət prinsiplərinə söykənməlidir.
​Azərbaycan öz imkanları çərçivəsində fəaliyyətini davam etdirəcək. Bizim üçün İslam həmrəyliyi tarixi-mədəni bağlarla yanaşı, müasir əməkdaşlıq imkanlarının da ifadəsidir. Bu həmrəylik xalqların bir-birinə daha da yaxınlaşmasına, sülhə, tərəqqiyə və qarşılıqlı anlaşmaya xidmət etməlidir.
​İslam dünyasının inkişafı üçün elmə, təhsilə, innovasiyalara və insan kapitalına daha çox diqqət ayrılmalıdır. Bu sahələrdə birgə layihələr gələcək nəsillər üçün yeni imkanlar açacaq. Həmrəyliyin davamlı olması üçün onu gündəlik həyatın ayrılmaz hissəsinə çevirmək lazımdır. İnsanlar bir-birinə yardım etdikcə cəmiyyətin mənəvi dayaqları daha da möhkəmlənir.
​Dövlətlər tərəfdaşlıq etdikcə xalqlar arasında əlaqələr də miqyasını genişləndirir. Biz bundan sonra da sözümüzü konkret işlərlə təsdiqləməyə çalışacağıq. Çünki İslam həmrəyliyinin ən güclü ifadəsi insanlara fayda verən, sülhü və əməkdaşlığı möhkəmləndirən real əməllərdir. Azərbaycan olaraq məqsədimiz bu həmrəyliyə öz əməli fəaliyyətimiz, dostluq münasibətlərimiz və xeyirxah təşəbbüslərimizlə dəstək olmaqdır.

Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri