Icma.az
close
up
RU
Dostluq və əməkdaşlığın məntiqi nəticəsi

Dostluq və əməkdaşlığın məntiqi nəticəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycanın regional və beynəlxalq arenadakı strateji mövqeyini və müstəqil xarici siyasət xəttini vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə Azərbaycan ilə Rusiya arasında 30 ildən artıq davam edən dostluq və əməkdaşlığın məntiqi nəticəsidir. Bu tarixi sənəd, iki ölkə arasında etibarlı tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin rəmzi olmaqla yanaşı, regionda sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürütmə qabiliyyətinə diqqət çəkərək, ölkəmizin həm Rusiya, həm də NATO üzvü olan Türkiyə ilə əməkdaşlıq edən yeganə dövlət olduğunu bildirmişdir. Bu nadir mövqe Azərbaycanın beynəlxalq arenada balanslaşdırılmış siyasətini əks etdirməklə yanaşı, ölkəmizin diplomatik çevikliyin və strateji əhəmiyyətin bariz nümunəsidir. Dövlət başçısı Azərbaycanın müstəqil aktor kimi fəaliyyətini, regionda sabitliyin qorunması və sülhün təmin olunmasında mühüm rolunu xüsusi olaraq vurğulamışdır.Prezident müsahibəsində Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı aktual məsələlərə də toxunmuşdur. O bildirmişdir ki, sülh sazişi üzrə 17 maddədən 15-i artıq razılaşdırılıb və qalan iki maddə üzərində iş aparılır. Prezident İlham Əliyev Azərbaycanın sülhə sadiqliyini bir daha təsdiqləyərək, Ermənistanın silahlanma siyasətinin regionda sabitliyi təhdid etdiyini qeyd etmişdir. Bununla yanaşı, Prezident Azərbaycanın güclü hərbi potensialı və davamlı iqtisadi inkişafı ilə regional liderlik mövqeyini qoruduğunu vurğulamışdır.Müsahibədə həmçinin Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair fikirlər səsləndirilmişdir. Prezident İlham Əliyev Qarabağın bərpasında Rusiya şirkətlərinin iştirakını yüksək qiymətləndirərək, Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların, sosial və iqtisadi layihələrin əhəmiyyətini qeyd etmişdir. Bununla yanaşı, Azərbaycanın enerji sektorundakı uğurları, təbii qaz və alternativ enerji mənbələri sahəsində irəliləyişləri diqqətə çatdırılmışdır.Prezident İlham Əliyevin “Rossiya Seqodnya” agentliyinə verdiyi müsahibəsi, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və müstəqil siyasət xəttinin göstəricisi olmaqla yanaşı, ölkəmizin inkişaf və sülh yolunda qətiyyətini bir daha təsdiqləyir. Bu fikirlər həm YAP üzvləri, həm də ictimaiyyət üçün Azərbaycan dövlətinin prioritetlərini və nailiyyətlərini daha yaxşı anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.Azərbaycanın strateji maraqları, regional stabilliyin təmin olunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Prezident İlham Əliyevin göstərdiyi liderlik, ölkəmizi qlobal proseslərin ayrılmaz hissəsinə çevirir. Dövlət başçısının fikirləri, eyni zamanda, milli maraqlarımızın təmin olunması və beynəlxalq mövqelərimizin daha da möhkəmləndirilməsi baxımından yol göstərir.

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri