Icma.az
close
up
RU
Dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan ƏMƏKDAŞLIQ

Dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan ƏMƏKDAŞLIQ

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Çin Xalq Respublikası ilə əlaqələr Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. İki dövlət arasında qarşılıqlı və bərabərhüquqlu tərəfdaşlığa söykənən münasibətlər daim yüksələn xətlə inkişaf edərək, strateji səviyyəyə gəlib çatıb.

Cənab Prezident İlham Əliyevin bir neçə gün öncə Çinin Sinxua agentliyinə verdiyi geniş müsahibədən göründüyü kimi Azərbaycan-Çin münasibətləri dostluğa, qarşılıqlı maraqlara və strateji tərəfdaşlığa söykənərək sürətlə inkişaf edir. Qeyd edim ki, bu, Prezident İlham Əliyevin 2025-ci ildə Çin media strukturlarına verdiyi ikinci müsahibədir. İlk müsahibəni dövlətimizin başçısından Dünya İqtisadi Forumu zamanı Çinin CGTN telekanalı almışdı. Bu günlərdə isə Sinxua agentliyinin cənab İlham Əliyevdən müsahibə götürməsi Çin siyasi dairələrində Azərbaycan Prezidentinə olan xüsusi ehtiramın göstəricisidir. Eyni zamanda bu, Çin dövlətinin Azərbaycanın regiondakı lider mövqelərinə, qlobal məsələlərdəki fəal iştirakına olan marağından və rəğbətindən xəbər verir. 

Dövlətimizin başçısının Sinxua agentliyinə müsahibə zamanı diqqətə çatdırdığı məqamlar göstərir ki, iki dövlət arasında xüsusən siyasi və iqtisadi sferalarda həyata keçirilən əməkdaşlıq yüksək dinamizmi ilə fərqlənir. Xüsusilə qeyd edilməlidir ki, 2024-cü ilin iyul ayının 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Azərbaycan-Çin münasibətlərinə yeni canlanma gətirib. Birgə Bəyannamədə tərəflər strateji tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik, etimad, dəstək, fayda və əməkdaşlıq kimi prinsiplər üzərində qurulacağını bəyan ediblər. 

Beləliklə, ötən ildən etibarən siyasi sferada əməkdaşlıq daha da intensivləşib, iqtisadi sahədə göstəricilər daha yüksəlib. Yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni mərhələsi başlayıb, qarşılıqlı səfərlər intensivləşib. Sinxua agentliyinə müsahibəsində bu barədə danışan Prezident İlham Əliyevin bildirdiyi kimi 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun, Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar. Çindən isə Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. O cümlədən Çinin Baş nazirinin müavini COP29-da iştirak edib. 

İqtisadi sferaya gəldikdə, Prezident İlham Əliyev Sinxua agentliyinə müsahibəsində bildirib ki, ötən il Astanada Çin Sədri ilə görüş zamanı iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə bağlı razılaşma əldə olunub. Artıq ötən il iqtisadi əlaqələrdə qeydə alınan artım tempi göstərir ki, dövlət rəhbərlərinin razılaşması uğurla reallaşır. Azərbaycanla Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin xarici ticarət dövriyyəsində Çinin payı 7,9 faizdir. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. 

Azərbaycan həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə ilk dəstək verən dövlətlərdəndir. Belə ki, respublikamızın həyata keçirdiyi nəqliyyat layihələri “Bir Kəmər, Bir Yol” təşəbbüsünün reallaşmasına dəstək verir. Bu isə Azərbaycanla-Çin arasında nəqliyyat əlaqələrinin də inkişafına geniş imkanlar yaradır. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” dəhlizi və Orta Dəhliz “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri isə Azərbaycan-Çin münasibətlərinin tarixində əlamətdar hadisəyə çevrilməklə, iki dövlət arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafının növbəti təzahürü oldu. Sinxua agentliyinə müsahibəsində Prezident İlham Əliyev bu səfərlə bağlı demişdi: «Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək».

Bəli, dövlətimizin başçısının bu səfəri də Azərbaycan-Çin münasibətlərinin daha da inkişafı baxımından əlamətdar oldu. Xüsusilə qeyd edilməlidir ki, bu səfər zamanı Prezident İlham Əliyev və Sədr Si Cinpin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da gücləndirir. O cümlədən səfər zamanı Prezident İlham Əliyevin keçirdiyi bütün görüşlər, Çin Xalq Respublikasının Sədri Si Cinpinin söylədiyi fikirlər Çin dövlətinin Azərbaycanla əməkdaşlığa böyük önəm verməsinin təcəssümüdür. 

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri bir daha təsdiq etdi ki, Azərbaycan-Çin münasibətləri dostluq və strateji tərəfdaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf edir. Bu isə təkcə ikitərəfli əməkdaşlığın genişlənməsinə deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafa töhfə verir.

Müşfiq Məmmədli,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Aprel 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri