Dostu ilə birləşib əmisini qətlə yetirən şəxs yenidən məhkəmə qarşısında
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tərtərdə əmisini qətlə yetirməkdə təqsirləndirilən Cavad Kərimov və Zamin Abbaszadənin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Kərimov 17 il, Z.Abbaszadə isə 17 il 6 ay azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: 2021-ci il oktyabrın 2-də saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində kənd sakini Ziyaməddin Kərimovun qətlə yetirilməsi barədə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər – Z.Abbaszadə və C.Kərimov saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kamal Məmmədov


