Icma.az
close
up
RU
Onu danlayan atasını qətlə yetirən şəxs yenidən məhkəmə qarşısında

Onu danlayan atasını qətlə yetirən şəxs yenidən məhkəmə qarşısında

Xaçmaz rayonunda atasını öldürməkdə təqsirləndirilən Pərvin Nəmətovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.


Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirmədən qüvvədə saxlayıb.


İttihama görə, hadisə 14 may 2022-ci il tarixdə saat 15 radələrində Xaçmaz rayonu Niyazoba kəndi ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.


Belə ki, 1987-ci il təvəllüdlü Pərvin Nəmətov süfrə başında ailə üzvləri ilə birlikdə nahar edərkən münaqişə zəminində atası Hacıkərim Nəmətovu bıçaqlayaraq qətlə yetirib. Hadisəyə səbəb isə atasının təqsirləndirilən şəxsi danlaması, ona və ailə üzvlərinə qarşı kobud rəftar etməsi olub.


Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 

Kamal Məmmədov 

seeBaxış sayı:71
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri