Icma.az
close
up
RU
DOSTun nəğməli dostları

DOSTun nəğməli dostları

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

…Hər şey 1980-ci ilin yay günündən başladı. Əşrəf müəllimin musiqi məktəbində oxuyan qızı Nigar üçün “Belarus” markalı fortepiano alması 7 yaşlı oğlu Dəyanəti hamıdan çox sevindirmişdi. O, barmaqları fortepianonun şirmayı dillərinin üstündə gəzən bacısının çaldığı musiqiləri dinləyirdi. Arada özü də ağ-qara dillərə toxunaraq onlardan qopan qeyri-adi səslərə qulaq kəsilirdi. Dəyanətin bu marağı heç də əbəs deyilmiş...

Musiqiyə həvəsi, məktəbdə nəğmə dərslərində göstərdiyi fəallıq, təhsil müəssisəsində keçirilən tədbirlərdə iştirakı onu Beyləqandakı 2 nömrəli orta məktəbdə hamının sevimlisinə çevirmişdi. Məktəb tədbirlərində hamı onun ifa etdiyi mahnıları gözləyir və maraqla qulaq asırdı.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi Dəyanət Məmmədov həmin illəri xatırlayır: “O vaxt tanınmış incəsənət xadimləri, o cümlədən Şövkət Ələkbərova, İslam Rzayev, Cabir Novruz və başqa sənətkarlardan ibarət münsiflər heyəti rayonlarda olan istedadlara qulaq asır, seçim turlarında onların ifalarına qiymət verirdilər. Bir neçə mərhələdən ibarət həmin turun son mərhələsindən uğurla keçsəm də, atam mənim Bakıda xüsusi internat məktəbində təhsil almağıma razılıq vermədi. Hətta o da yadımdadır ki, buna görə münsiflər heyətinin üzvləri ilə atam arasında narazılıq da yaşandı”.

O vaxt Əşrəf müəllim münsiflərə oğlunun hemofiliya xəstəsi olduğuna görə Bakıda təhsil almasına etiraz etmişdi. Ata onu valideyn nəzarətindən kənarda qoymaq istəmirdi. Dəyanətin musiqiyə olan marağı onu rayondakı 7 illik musiqi məktəbinə apardı. Həmin məktəbin fortepiano sinfini, orta məktəbi də bitirib əmək fəaliyyətinə ticarətçi kimi başladı. Lakin Əməkdar müəllim Fatma xanım oğlunun istedadının itməsini istəmirdi. Onun təkidi ilə 1996-cı ildə Dəyanət imtahanlardan uğurla keçərək Musiqi Akademiyasına qəbul olundu. Təəssüf ki, xərçəng xəstəsi olan Fatma xanım həmin vaxt həyatla mübarizə aparırdı. Ana oğlunun tələbə adını qazandığını eşidəndən sonra dünyaya gözlərini yumdu...

Dəyanət Məmmədov 2000-ci ildə akademiyanın vokal şöbəsini bitirib. Bir neçə il Füzuli rayonundakı Aşağı Yağlıvənd uşaq musiqi məktəbində dərs deyib. İfasında səslənən mahnılardan ibarət “Axşam düşəndə” adlı musiqi albomu da çıxıb. Ötən ilin dekabrında isə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin musiqi rəhbəri Vüqar Camalzadə onu mərkəzdə işləməyə dəvət edib. İndi o, 2 ildən artıqdır ki, mərkəzdə təlimçi işləyir.

Dəyanət bildirir: “Mərkəzdə şəhid ailəsi üzvləri, qazi övladları və aztəminatlı ailələrdən olan sağlamlıq problemləri olan uşaqlarla məşğul oluram. Həssas təbəqəyə məxsus həmin uşaqlarda kiçik bir potensial, lap xırda bir qığılcım varsa, onu üzə çıxarmağa, öyrətməyə və bu yolla cəmiyyətə inteqrasiya etməyə çalışırıq. Hazırda iki istedadlı ifaçı ilə işləyir, onların musiqi bacarığını, ifaçılıq qabiliyyətinin təkmilləşməsinə çalışırıq”.

O, mərkəzin xətti ilə keçirilən bütün tədbirlərdə səhnəyə çıxır, repertuarında olan klassik və bəstəkar mahnılarını məharətlə ifa edir. Son vaxtlar daha bir neçə musiqi nömrəsini lentə yazdırıb. Bu yaxınlarda isə “Qanlı zəmi” bədii filmindəki mahnını yeni oranjemanda Xalq artisti Niyaməddin Musayevlə birlikdə ifa edib.

II qrup əlil olan Dəyanət indi 2 övlad atasıdır. 11 yaşlı qızı Fidan isə R. Hacıyev adına 15 nömrəli musiqi məktəbinin fortepiano sinfinə gedir. Deməli, atanın keçdiyi sənət cığırları ilə daha bir addımlayan var...

Süleyman QARADAĞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri