Dostunu bıçaqlayan şəxs azadlığa çıxmaq istəyir
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Fuad Əskərlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən təqsirləndirilən şəxs cəzasının yügülləşdirilməsini istəyir.
Hazırda onun şikayəti Ali Məhkəmədə araşdırılır.
Qeyd: Hadisə 2023-cü ilin noyabrında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Fuad Əskərli qeydiyyatsız münasibətdə yaşadığı Səma Həsənova ilə alarında mübahisə yaranıb və onu döyüb.
Həmin vaxt onlarda qonaq olmuş Elmar Əliyev davanın qarşısını alaraq sakitləşdirmək üçün Fuadın sifətinə sillə vurmasına cavab olaraq Elmar Əliyevin qarın nahiyəsinə bir zərbə vurub.
Fuad Əskərliyə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Əskərli 4 il müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbs edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və cəzası 3 ilə endirilib.
Kamal Məmmədov


