Icma.az
close
up
RU
Dövlət Agentliyi: “Kontakt Home”un Alman istehsalı dediyi məhsullar Çinin olduğu aşkarlanıb

Dövlət Agentliyi: “Kontakt Home”un Alman istehsalı dediyi məhsullar Çinin olduğu aşkarlanıb

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində "ABC Telecom” MMC (Kontakt Home) tərəfindən satışa çıxarılan bəzi məhsulların reklam və təqdimatında istehlakçılarda yanlış təsəvvür yaradan məlumatlardan istifadə olunduğu müəyyən edilib.

Araşdırma zamanı aşkar olunub ki, "HOFFMANN” markalı yağla işləyən elektrik qızdırıcılarının faktiki istehsalçısı Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə edilməklə məhsulların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradılıb. Bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Qeyd edək ki, yay aylarında da Agentliyə daxil olmuş şikayətlər əsasında "ABC Telecom” tərəfindən oxşar reklam nöqsanlarının baş verdiyi müəyyən olunmuşdur. Həmin dövrdə məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə istehlakçılara həqiqətə uyğun olmayan məlumatlar verilməsi, həmçinin mühüm xüsusiyyətlər haqqında düzgün olmayan göstəricilərin təqdim olunması halları aşkarlanıb.

Buna görə, "ABC Telecom” MMC barəsində haqsız rəqabət hallarının aradan qaldırılması və təkrarının qarşısını almaq məqsədilə icrası məcburi göstərişlər verilib. Agentlik bildirir ki, hazırda iş üzrə baxılma prosesi davam edir və nəticələrlə bağlı əlavə məlumat veriləcək.

Dövlət Agentliyi əlavə edir ki, Rəqabət Məcəlləsinin tələblərinə əsasən, məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, keyfiyyəti, istifadə üçün yararlılığı və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya fərqləndirici nişan, marka və ya işarələrdən yanlış istifadə edilməsi qadağandır və bu cür hərəkətlər haqsız rəqabət hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Noyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri