Icma.az
close
up
RU
Kontakt Home un YENİ FIRILDAĞI Çin malını alman adıyla satdı

Kontakt Home un YENİ FIRILDAĞI Çin malını alman adıyla satdı

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Haqsız rəqabətə yol verməklə rəqabət qanunvericiliyinin tələblərini pozduğuna görə bir sıra təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir. Agentliyə daxil olmuş şikayətlər əsasında 6 təsərrüfat subyekti – “Baku Electronics” MMC, “ABC Telecom” MMC, “Trust Lux” MMC, eləcə də fiziki şəxslər Quliyev Pərviz Məmmədhüseyn oğlu, Qurbanov Vüsal Nəriman oğlu və Vəliyev Dadaş Azadəli oğlu barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb və haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub. Qeyd olunan təsərrüfat subyektləri haqqında rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və işə baxılması üzrə müvafiq qərarlar qəbul edilib.

İşə baxılmanın yekununda “Baku Electronics” MMC tərəfindən “YOSHIRO” markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı, eləcə də qablaşdırmasında “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi ifadələrdən istifadə edilməklə onların Yaponiyada istehsal olunduğu təəssüratının yaradıldığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə edildiyi və bununla da, Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən olunub.

Həmçinin “ABC Telecom” MMC tərəfindən “HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə edilməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratının yaradıldığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən edilib.

“Trust Lux” MMC tərəfindən isə “Y.A.Ş” əmtəə nişanlı bir sıra sanitar-texniki məhsulların faktiki istehsal ölkəsinin Çin olmasına baxmayaraq, qablaşdırmada Türkiyəyə aid məlumatlar, xəritə təsviri, ştrixkod və türk dilində ifadələrdən istifadə edilərək onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradılıb, eləcə də məhsulların mənşəyi və xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan məlumatlar verilməklə istehlakçılar çaşdırılıb və bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Bundan əlavə, sahibkar Quliyev Pərviz Məmmədhüseyn oğlu fəaliyyət göstərdiyi obyekt və sosial şəbəkələrdə reklam zamanı başqa sahibkara məxsus “ZAGAR BAKU” əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və Rəqabət Məcəlləsinin tələblərini pozub.

Digər sahibkar Qurbanov Vüsal Nəriman oğlu “AUXs” adlı kontrafakt kondisionerlərin satışı zamanı Azərbaycan Respublikası ərazisində qanunvericiliyə uyğun qorunan (qeydiyyata alınmış) “AUX” əmtəə nişanından qanunsuz istifadə etməklə, sahibkar Vəliyev Dadaş Azadəli oğlu isə istehsalını və satışını həyata keçirdiyi süd məhsullarının etiketlərində əsassız olaraq “İVANOVKA” coğrafi göstəricisindən qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozublar.

Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə yuxarıda adları qeyd olunan təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.

Sahibkar Qurbanov Vüsal Nəriman oğlu tərəfindən kontrafakt hesab edilən “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq iş üzrə materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, haqsız rəqabət hərəkətləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə aparılmış araşdırmalar (https://www.competition.gov.az/az/page/melumat-merkezi/information/haqsiz-reqabet-hereketleri-ile-bagli-reqabet-qanunvericiliyinin-pozulmasi-hallarinin-arasdirilmasi-barede-melumat) və qaldırılmış işlər (https://www.competition.gov.az/az/page/melumat-merkezi/information/haqsiz-reqabet-hereketleri-ile-bagli-reqabet-qanunvericiliyinin-pozulmasi-elametleri-uzre-qaldirilmis-isler-barede-melumat) barədə məlumat Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarları qanunvericiliyə uyğun fəaliyyət göstərməyə, haqsız rəqabətdən çəkinməyə, məhsul və xidmətlər barədə istehlakçılara düzgün məlumat verməyə çağırır, eyni zamanda istehlakçılara məhsul və xidmətlər əldə edərkən  onların mənşəyi, keyfiyyəti və xüsusiyyətlərinə diqqət yetirməyi tövsiyə edir.

Rəqabət qanunvericiliyinin tələblərinin pozulması halları ilə qarşılaşan təsərrüfat subyektləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri