Icma.az
close
up
RU
Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda FOTOLAR

Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda FOTOLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti 12 dekabr - anım günü münasibətilə Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Modern.az xəbər verir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor Sərdar Səfərovun rəhbərliyi ilə Agentliyin əməkdaşları Fəxri xiyabana gedərək müstəqil və müasir Azərbaycanın qurucusu, xalqımızın xilaskarı ulu öndərin məzarının önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra anım tədbiri Agentliyin konfrans zalında davam edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Agentliyin rəisi, general-mayor Sərdar Səfərov Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrün ölkəmizdə həyatın bütün sahələrində inkişaf, quruculuq dövrü kimi tarixə düşdüyünü qeyd edib, onun zəngin rəhbərlik təcrübəsinin müstəqilliyimizin ilk illərində qarşıya çıxan problemlərin həllində  mühüm rol oynadığını diqqətə çatdırıb.

Ulu öndərin qısa zaman kəsiyində sabitliyi, əmin-amanlığı bərqərar etdikdən sonra  iqtisadi dirçəlişimizin əsasını qoyan “Əsrin müqaviləsi” ilə Azərbaycanı dünyada söz sahibi etdiyini, etibarlı tərəfdaş kimi tanıtdığını deyən sədr, ölkəmizi parçalamaqdan, bölünməkdən qorumağın vahid bir ideologiya əsasında mümkünlüyünü böyük uzaqgörənliklə müəyyənləşdirən Ümummilli liderin Azərbaycançılıq ideologiyası ilə xalqımızı bir bayraq altında birləşdirdiyini vurğulayıb. 

Qeyd olunub ki, Ümummilli liderin ən böyük arzusu qan tökülmədən, itki vermədən Vətən torpaqlarının işğaldan azad olunması idi. Lakin ikili standartların meydan suladığı dünyanın reallıqları və ömür ona ideyalarını sonadək həyata keçirməyə imkan vermədi.

Ulu öndər inadından, inamından güc alan xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək düz beş il öncə XXI əsrin hərb tarixinə əbədi həkk olan qələbəyə imza atdı. 2023-cü ildə keçirilən antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam bərpa etdi, Xankəndidə üçrəngli bayrağımız dalğalandı, ata vəsiyyəti yerinə yetirildi.

Tədbirdə iştirak edən digər çıxışçılar ərazi bütövlüyünə, suverenliyinə qovuşan ölkəmizin Ulu öndərin siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcəyinə inamlarını ifadə edib, gələcək nəsillərin müstəqil, müasir  Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə daim fəxr edəcəklərini vurğulayıblar.

Sonda Ümummilli liderə həsr olunmuş sənədli film nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri