Icma.az
close
up
RU
Dövlət ağlı qalib gəldi!

Dövlət ağlı qalib gəldi!

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.



Tənzilə Rüstəmxanlı

Millət vəkili


Son günlərdə Türkiyə–Azərbaycan münasibətləri ətrafında yaşanan gərginliklər fonunda, iki qardaş dövlətin liderləri arasında baş tutan telefon danışığını son dərəcə mühüm siyasi hadisə kimi qiymətləndirirəm.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng edərək müstəqilliyimizin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini çatdırması, dövlət başçımızı Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə dəvət etməsi və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılacağına olan inamını ifadə etməsi hər iki xalq üçün son dərəcə mühüm mesajdır.

Bu səmimi və tarixi əhəmiyyət kəsb edən siyasi iradəyə görə hər iki dövlət başçısına dərin minnətdarlığımı bildirirəm.

Çünki son dövrlərdə sosial şəbəkələr üzərindən, xüsusilə Türkiyədəki bəzi radikal dini dairələrin Azərbaycana qarşı təhqiramiz ifadələri, dövlətimizin daxili işlərinə müdaxilə cəhdləri və eyni zamanda Azərbaycandan da Türkiyəyə qarşı səsləndirilən məsuliyyətsiz bəyanatlar iki qardaş xalq arasında süni gərginlik yaratmışdı.

Lakin bu telefon danışığı bir daha göstərdi ki, sosial şəbəkələrdə formalaşdırılan qaralama kampaniyası dövlətlərimizin strateji iradəsini müəyyən edə bilməz!

Dövlət ağlı qalib gəldi! Siyasi müdriklik qalib gəldi! Qardaşlıq qalib gəldi!

Türkiyə–Azərbaycan münasibətləri adi dövlətlərarası münasibət deyildir. Bu tellərin arxasında əsrlərə söykənən ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, ortaq hafizəmiz, sevincimiz və kədərimiz dayanır.

Azərbaycanı Türkiyədən, Türkiyəni Azərbaycandan uzaqlaşdırmağa çalışanlar nə bu iki dövlətin, nə də bütövlükdə Türk dünyasının maraqlarına xidmət edirlər.

Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür!

Siyasi baxış fərqlilikləri ola bilər, zaman-zaman anlaşılmazlıqlar və narahatlıqlar yaşana bilər. Lakin heç bir fikir ayrılığı bizi bir-birimizə bağlayan tarixi körpüləri yandırmağın əsası ola bilməz.

Unutmayaq ki, bu gün yaşanan gərginliklər müvəqqətidir, keçib gedəcək; lakin deyilən sözlər xalqların hafizəsində qalacaq.

Bizim vəzifəmiz münasibətlərə xələl gətirmək deyil, ortaya çıxan gərginlikləri aradan qaldırmaqdır. Körpüləri uçurmaq deyil, onları daha da möhkəmləndirməkdir!

İki dövlət başçısının nümayiş etdirdiyi siyasi müdriklik hər birimiz üçün nümunə olmalıdır.

Azərbaycan–Türkiyə birliyi Türk dünyasının ən əsas dayaqlarından biridir. Bu dayağı zəiflətmək bütövlükdə Türk dünyasının gələcəyini zəiflətmək deməkdir.

Son olaraq bir daha vurğulamaq istəyirəm:

Dövlətlərimizin liderləri belə həssas bir məqamda qardaşlığımıza sahib çıxdılar. İndi bu qardaşlığı qorumaq məsuliyyəti hər birimizin çiynindədir.

Çünki Türkiyə–Azərbaycan qardaşlığı gündəlik siyasi proseslərlə məhdudlaşan münasibət deyil, əsrlərin bizə əmanət etdiyi tarixi bir məsuliyyətdir!

Bu əmanətə sahib çıxmaq hər birimizin həm milli, həm də mənəvi borcudur!


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Oktyabr 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri