Icma.az
close
up
RU
Bilməlidirlər ki, Azərbaycanda dərin dövlət ağlı vardır Vitsespiker

Bilməlidirlər ki, Azərbaycanda dərin dövlət ağlı vardır Vitsespiker

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Təyyarə qəzası oldu. Səbəbi nədir? Hadisə baş verərkən müxtəlif sosial şəbəkələrdə qəzanın səbəbləri kimi quş dəstəsinin təyyarəyə dəyməsi və əlverişsiz hava şəraiti fikirləri dolaşırdı. Hadisə haqqında xəbəri eşidən kimi səfərini təxirə salan cənab Prezidentimiz İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında müşavirə keçirdi, dövlət komissiyası yaratdı, vəzifələrini müəyyənləşdirdi, dedi ki, qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var, hesab edirəm, hələ bu barədə danışmaq tezdir, məsələ tam araşdırılmalıdır. Dövlət başçımızın söylədikləri belədir: 
"Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq".

Dövlət başçımızın öz mövqeyini bütün dünyaya açıq-aydın bəyan etdiyi bir vaxtda bəzilərinin bu faciədən öz çirkin niyyətləri naminə sui-istifadə etmək cəhdləri ancaq rüsvayçılıqdır".

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

Vitse-spiker daha sonra deyib: "Belələri bilməlidirlər ki, Azərbaycanda dərin dövlət ağlı vardır. Dövlətimiz indiyədək səhv etməyib və etmir, millətimizdən heç bir şeyi gizlətməyib və gizlətmir, düzgün olanını deyib və deyir. Komissiyanın qərarında qəzanın səbəbinin ən dürüst şəkildə yazılacağına və ona uyğun atılacaq addımların da ən doğru olacağına heç kim şübhə etməsin".

Viste-spiker onu da əlavə edib ki, təyyarə qəzalarından dünyanın heç bir şirkəti, heç bir ölkəsi sığortalanmayıb. Baş verən qəza dünyada birinci və sonuncu deyildir: "Belə fövqəladə hallarda başlıca məsələ dövlət hakimiyyəti orqanlarının necə davranmasıdır. Bununla bağlı olaraq bəzi fikirlərimi vurğulamağı zəruri hesab edirəm.    
Birincisi, səfərə gedən cənab Prezidentimiz İlham Əliyevin bu xəbəri təyyarəsi hələ havada ikən eşidən kimi dərhal təlimatlarını verməsi, səfərini təxirə salaraq geriyə dönməsi, Heydər Əliyev  Beynəlxalq Hava Limanında yerə enən kimi elə oradaca təcili müşavirə keçirməsi, həyatını itirənlərin ailələrinə başsağlığı verməsi, dövlət komissiyasını yaratması, 26 dekabrı matəm günü elan etməsi, verdiyi təlimata uyğun olaraq müvafiq qurumların rəhbərlərinin və nümayəndələrinin dərhal qəza yerinə getməsi, qəzadan sağ çıxanlara xəstəxanada baş çəkilməsi, yardımlar edilməsi, qəzaya düşən şəxslərin ailələri ilə əlaqə saxlanılması və s. dövlət başçımızın  heyrətamiz iş üslübunu, xarakterini, millətimizin və dövlətimizin başında qətiyyətlə dayandığını göstərdi. Cənab Prezidentimizin rəhbərliyi altında dövlət hakimiyyət orqanlarımızın örnək ola biləcək fəaliyyətləri ölkəmizdə millətimizin maraqlarını təmin edən dəqiq idarəçilik mexanizminin olduğunu bir daha sübut etdi.

İkincisi, ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların təyyarə qəzası ilə bağlı birgə bəyanat yayması bəzən baxışlarının müxtəlif olmasına baxmayaraq onların acılı günlərdə dövlətimizin və millətimizin yanında olduğunu, ölkəmizdə siyasi partiya sistemi işinin düzgün qurulduğunu göstərir.  

Nəhayət, millətimiz üçün ağrılı olan bu hadisədən bəzilərinin özlərinin siyasi məqsədləri naminə möhtəkirliklə istifadə etmək cəhdləri utancvericidir. Belələrinin üzünə bütün qapıları kip bağlayan millətimiz iyrənc hərəkətləri rədd edir".

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri