Icma.az
close
up
RU
“Starlink” gəldi… Dövlət provayderləri necə olacaq?

“Starlink” gəldi… Dövlət provayderləri necə olacaq?

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Starlink”in Azərbaycan bazarına girməsi inhisarçılar üçün böyük zərbədir.

Əgər qiymətlər bazara uyğunlaşsa, “Starlink” dövlət provayderlərini sıradan çıxaracaq. Dövlət və özəl provayderlər internetin qiymətini məcburi aşağı salacaqlar.

Bu sözləri Tribunainfo.az-a ekspert İlkin Məmmədkərimov “Starlink” qlobal peyk rabitə sistemi barədə danışarkən deyib.

Ekspert bildirib ki, “Starlink”in təklif etdiyi qiymətlər şirkətlər, kommersiya qurumları üçün daha uyğundur. Əhali üçün peyk internet yayımı üçün tariflər tətbiq etməyiblər:

“Ancaq digər ölkələrdə əhali üçün ayrı tarif paketləri var, şirkətlər üçün isə ayrı tariflər mövcuddur. Azərbaycanda hələlik yenidir deyə yəqin ki, hələ müəyyən edilməyib, ancaq çox güman ki, əhali üçün də ayrıca tarif paketləri müəyyən ediləcək.

Azərbaycanın interneti illərdir ki, “Aztelekom” və “Baktelekom”un inhisarındadır. Özəl provayderlər illərdir bazara buraxılmırdı. “Starlink”in bu gün Azərbaycan bazarına da girməsi çox sevindirici haldır. Bu birinci növbədə inhisarçılar üçün böyük zərbədir. Əgər qiymətlər bazara uyğunlaşsa, “Starlink” əhali üçün ayrı paketlər təklif etsə, bu dövlət provayderlərinə zərbə olacaq. Provayderlər məcbur olub internet bazarında qiymətləri aşağı salacaqlar. “Starlink” əhali üçün müəyyən qiymətlərə paketlər yaratsa, bu, heç bir işə yaramayan dövlət provayderlərinin sonunu gətirəcək. Nəzərə çarpacaq dərəcədə özəl və dövlət provayderlərindən imtinalar artacaq. Çünki onsuz da əhali birdən-birə qiyməti kəskin bahalaşan internetdən razı deyil, yüksək qiyməti ödəsə də, istədiyi nəticəni ala bilmir. Rəqabətdə uduzacağına görə, dövlət və özəl provayderlər qiymətlərində endirimlər etməli olacaqlar”.

Ekspert əlavə edib ki, “Starlink” qiymətlərini heç də yüksən hesab etmək olmaz:

“Hətta yüksək olsa belə əhali yaxşı internet üçün o qiyməti ödəməyə hazırdır, nəinki dövlətin verdiyi zəif internet üçün 25-27 manatı”.

“Starlink” amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları “SpaceX” raketləri ilə həyata keçirilir.
“Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.

Nigar İxtiyarqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Aprel 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri