Icma.az
close
up
RU
Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Prezident İlham Əliyevin bu gün səsləndirdiyi tapşırıq əslində kadr dəyişikliyi yox, idarəetmə modelinin dəyişməsi deməkdir.
Prezident bu gün keçirilən rəqəmsal arxitektura mövzusundakı müşavirədə nazirliklərdə rəqəmsal sektora cavabdeh olan bir müavinin olmasının vacibliyini vurğulayıb.
Nazirliklərdə və əsas dövlət qurumlarında rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə xüsusi cavabdeh müavinlərin müəyyənləşdirilməsi bu sahələrin artıq texniki funksiya deyil, birbaşa rəhbərlik məsuliyyəti olduğunu göstərir.
Prezident bu açıqlama ilə açıq da mesaj verir.
Rəqəmsal transformasiya sadəcə İT şöbələrinin və ya departamentlərin işi deyil. AI, data və kibertəhlükəsizlik qərarları idarə heyəti səviyyəsində qəbul olunmalı və konkret cavabdehi olmalıdır. Eyni zamanda bu addım uzun müddətdir hiss olunan koordinasiya probleminin də etirafıdır — “kim kiminlə işləyir, kim cavabdehdir?” sualına aydın cavab formalaşdırılır.
Etiraf edim ki, bu məsələdə biz çox gecikdik.
Xatırlayıram ki, az qala 15-20 il olar ki biz bu mövzuda xeyli təkliflər vermişdik. Nəinki dövlət qurumlarında konkret cavabdehlərin, həm də ali hakimiyyət səviyyəsində, Prezident , PA və ya NK səviyyəsində kordinasiyaedici qurumun formalaşdırılmasıyla bağlı təkliflər irəli sürmüşdük.
Dünya təcrübəsi də diqtə edir ki, AI layihələri struktur dəyişiklik tələb edir, data paylaşımı qurumlararası müqaviməti yaradır, proseslərin avtomatlaşdırılması isə insan faktoruna toxunur, kibertəhlükəsizlik kritik qərarlar tələb edir.
Xatırlayıram ki , rəqəmsal sektora cavabdeh olan bir komitə sədrinin müavini mənə bildirmişdi ki, dövlət qurumunda kserokopiya aparatların ləğvinə yönələn bir elektron xidmətin tətbiqi əmrindən sonra xeyli əməkdaşlar ona düşmən kimi baxırmış.
Hansısa İT şöbə müdiri isə yuxarıdakıları icra etmək gücündə deyil.
Nəhayət ki bu istiqamətdə real addımların atılması transformasiyanın daha sürətli gedəcəyinə inamı artırır.
Əlbəttə, risklər də var. Əgər bu funksiyalar formal şəkildə, bu sahədən xəbərsiz olan mövcud müavinlərdən birinə tapşırılsa, real səlahiyyət və büdcə verilməsə, Prezidentin irəli sürdüyü model işləməyəcək.
Amma düzgün icra olunsa, bu yanaşma dövlət idarəçiliyində AI tətbiqlərini sürətləndirə, mygov kimi vahid platformaya keçidi real edə və kibertəhlükəsizlikdə proaktiv mərhələni daha da sürətləndirə bilər.
Bu tapşırıq göstərir ki, rəqəmsallaşma artıq ayrıca layihə yox, dövlət idarəçiliyinin yeni fəlsəfəsi kimi qəbul olunur.
Kimlər rəqəmsal üzrə nazir müavini olmağa namizəddir ?
Bu sektorda 30 illik təcrübəm əsasında bir anda ən azı 10 Nazirlikdə layiqli və peşəkar şəxsin namizədliyi gözümün önündən keçdi.
Yəni hazırda, sektoru kordinasiya edən yetişmiş, etimad göstərilməyə layiq nazir müşavirləri, idarə rəisləri, rəqəmsal mərkəz rəhbərləri, Chief Digital Officerlərimiz var ki potensial nazir müavinləri olaraq dərhal fəaliyyətə başlaya və ciddi irəliləyiş əldə edə bilərlər.
Osman Gündüz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Fevral 2026 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri