Icma.az
close
up
RU
Dövlət başçımızın hər addımı kimi bu qərarı da düşünülmüş məsələdir ŞƏRH EDİLDİ

Dövlət başçımızın hər addımı kimi bu qərarı da düşünülmüş məsələdir ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Cənab Prezident İlham Əliyevin siyasətinin ana xəttində dayanan məsələ xalqımızın milli maraqlarının təmin edilməsi, qlobal arenada üzərimizdən silinən məğlub imicin qalib xalqla əvəzlənməsi, qürurlu milli kimliyimiz, başıdik həyat yaşamağımız, habelə insan hüquq və azadlıqlarının tam və bütöv əsasda təmin olunmasıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, məhz bu məqsədlər işığında Yeni il bayramı və Həmrəylik günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs göstərdiyi 20 min nəfərə şamil olunacaq “Amnistiya aktı” əhatə dairəsinə görə ən böyüyüdür: "Burada birinci amil odur ki, dövlət başçımızın yürütdüyü siyasət humanizm prinsipləri üzərində qurulub. Dövlətimiz hər bir vətəndaşına sahib çıxır. Sözsüz ki, “Amnistiya aktının” əhatə dairəsinin bu qədər geniş olması ilə bu məsələ tarixi əhəmiyyət qazanacaq. İkinci məsələ odur ki, bu qədər genişmiqyaslı akt başqa bir zamanda deyil məhz “Konstitusiya və Suverenlik İli” çərçivəsində və bütöv, suveren Azərbaycanda baş tutacaq. Məhz bu iki amil incə hesablanmış, dəqiq müəyyən edilmiş addımların nəticəsidir. Dövlət başçımızın hər addımı kimi bu qərarı da düşünülmüş məsələdir.

Əslində, ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin qeyd olunması ilə biz bütün dünyaya nümayiş etdirdik ki, artıq ana maddələr toplumuzun hər bir maddəsi suveren Azərbaycan torpaqlarının hər bir qarışında ali qüvvəyə sahibdir. Azərbaycan dövləti hər bir qarış torpağını qoruyur, bərpa edir, qurur-yaradır, həmçinin hər bir vətəndaşını diqqət mərkəzində saxlayır. İnsan hüquq və azadlıqları Azərbaycanda sırf insan olmaq amili üzərindən dəyərləndirilir və təmin edilir. Sözügedən akt 20 min insanı deyil, onların ailə üzvləri, doğmaları, əzizləri də olmaqla silsilə insanları əhatə edəcək ki, bu da bayram qabağı xalqımıza verilən müjdə olacaq. Cənab Prezident İlham Əliyevin bütün addımları kimi bu qərarı da olduqca təqdirəlayiqdir. Bayram qabağı insanlar dövlət başçımızdan bir daha məmnunluqlarını ifadə edirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see275

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see242

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see234

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see228

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see220

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see198

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see189

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see185

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see166

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see160

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see155

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see155

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see155

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see154

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see151

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see144

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri