Icma.az
close
up
RU
Hər bir dövlət qulluqçusu dərk edir ki,.. ŞƏRH EDİLDİ

Hər bir dövlət qulluqçusu dərk edir ki,.. ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mən özüm vaxtilə dövlət qulluqçusu olmuşam. 1993–1997-ci illərdə Mingəçevir rayonun İcra Hakimiyyətində əvvəlcə köməkçi, sonra isə müavin vəzifəsində çalışmışam. 1997–2001-ci illərdə isə Azərbaycan Respublikasının İcra Aparatında sektor müdiri olmuşam. Və dövlət qulluqçusu olmağın nə qədər məsuliyyətli, eyni zamanda şərəfli bir iş olduğunu öz fəaliyyətimdə görmüşəm". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, dövlət qulluqçusu olmaq – dövlətə və vətəndaşa xidmət etmək deməkdir: "Üzərinə düşən məsuliyyəti peşəkarlıqla, vicdanla və sədaqətlə yerinə yetirmək deməkdir. Bu gün Azərbaycanda Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində güclü, səmərəli və vətəndaşların maraqlarına xidmət edən bir dövlət idarəçilik sistemi formalaşıb.

Cənab Prezident İlham Əliyevin apardığı siyasət dövlət qulluqçularını ilk növbədə xalqa, insana xidmət etməyə yönəldir. Bu gün dövlət qulluqçuları vətəndaşların hüquq və maraqlarının qorunmasında, onların sosial problemlərinin həll olunmasında, qarşılarına çıxan çətinliklərin aradan qaldırılmasında, bu məsələlərin aidiyyəti qurumlara çatdırılıb həllinə nail olunmasında mühüm rol oynayırlar. İstər mərkəzi hakimiyyət, istərsə də yerli icra hakimiyyəti orqanlarında öz işinə məsuliyyətlə yanaşan, vəzifəsinin öhdəsindən ləyaqətlə gələn dövlət qulluqçularımız çoxdur. Hər bir dövlət qulluqçusu dərk edir ki, o, Azərbaycanın bu günü və sabahı üçün xidmət göstərir, Azərbaycan vətəndaşının daha təhlükəsiz, daha rifahlı yaşaması üçün üzərinə böyük məsuliyyət götürür.

Bu bayram münasibətilə bütün dövlət qulluqçularını səmimi-qəlbdən təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində uğurlar, sağlamlıq və daha böyük nailiyyətlər arzu edirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyun 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri