Icma.az
close
up
RU
Dövlət başçımızın müsahibəsi həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyan mövzuları əhatə edir

Dövlət başçımızın müsahibəsi həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyan mövzuları əhatə edir

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın regionun lider dövləti kimi bu ərazidə baş verən istənilən məsələ ilə əlaqədar maraqları nəzərə alınır. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək işğala son qoydu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe Vətən müharibəsində öz sözünü demiş oldu. Tarixi ədalət bərpa edilib. Müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsabəsində ifadə etdiyi fikirlər Azərbaycan reallıqlarını və müasir dövrün çağırışlarına uyğun olaraq həyata keçirdiyi siyasəti bir daha dünya ölkələrinin diqqətinə çatdırmış oldu. Azərbaycan Prezidenti növbəti dəfə ədalətli mövqe sərgilədi. Sözügedən müsahibənin ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmadan sonrakı dövrə təsadüf etməsi əlbəttə ki, böyük önəm daşıyır. Müsahibə əsasında həmin tarixi məsələ haqqında aparılan söhbət - Azərbaycanın Şərq ilə Qərb arasındakı rolu haqqında və digər məsələlər diqqət mərkəzində olub. Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmaya aid Azərbaycan Prezidenti İlham Əliyev təəssüratlarını ifadə edərkən avqustun 8-də Vaşinqtonda baş verən hadisələrin əslində, qarşıdurmanın və gərginliyin sonu olduğunu bildirib. Azərbaycan uzun illər idi ki, məlum münaqişədən əziyyət çəkən dövlət idi və müstəqillik dövrünün əvvəllərində ölkəmizin böhran şəraitində olması, nizami ordumuzun olmaması acınacaqlı vəziyyətə gəlib çatmışdır. 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyan Azərbaycan Zəfər qazanaraq yeni reallıqların müəllifinə çevrildi. Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. Dövlət başçımızın müsahibəsi həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyan mövzuları əhatə edir. Müsahibədə yer alan fikirlər, təkcə Azərbaycanın mövqelərinin ifadəsi baxımından deyil, həm də beynəlxalq aləmə ünvanlanan siyasi mesajlar kimi diqqətçəkəndir. Prezident sülh və təhlükəsizlik fonunda siyasət həyata keçirərək iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirərək beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir. Bir daha xatırladaq ki, ölkəmiz tərəfindən beynəlxalq hüququn fundamental prinsipləri əsasında Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürülüb. Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə əsaslanır. 10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu. "Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır", - deyə dövlət başçımız onu da diqqətə çəkib ki, danışıqlar bir neçə il davam etdi və nəhayət, Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Ölkə başçımız bunu münaqişənin, müharibənin sonu kimi dəyərləndirib. Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəanın mövcudluğunu da dilə gətirən Prezident İlham Əliyev qeyd edib ki bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər: "Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır". Müsahibə zamanı Zəngəzur dəhlizi məsələsi də gündəmə gətirilib. Dövlətimizin başçısının müsahibəsində də qeyd etdiyi kimi, bu dəhlizin açılması nəinki Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında birbaşa əlaqəni təmin edəcək, həm də beynəlxalq ticarət yollarının genişlənməsinə zəmin yaradacaq. Əslində, Zəngəzur dəhlizi konsepsiyası təkcə milli layihə deyil, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin ayrılmaz hissəsi kimi çıxış edir. "Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq", - deyən Prezident bildirib ki, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana: "Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək". Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Dövlətimizin başçısının müsahibəsində yer alan fikirlər, Azərbaycanın mövqelərinin ifadəsi baxımından beynəlxalq aləmə ünvanlanan mesajlardır. Bu, Azərbaycanın reallıqlarının diqqətə catdırılması Azərbaycanın ədalətli mövqeyini, sülh siyasətini bir daha nümayiş etdirmiş oldu.

Arifə Abbasova,

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri