Dövlət başçısı bəzi Qərb dövlətlərinə mesaj verdi
Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İndi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb.
Tribunainfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirib.
“Məscidlərimizin dağıdılması, qəbirlərimizin dağıdılması, bütün Qarabağ, Şərqi Zəngəzurun viran olması sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz bunu heç vaxt unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar”, – dövlət başçısı əlavə edib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>

“Kiçik ada dövlətlərinə dəstəyimizi davam etdirəcəyik” Dövlət başçısı
13 Noyabr 2024 13:37
İndi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər Dövlət başçısı
08 Noyabr 2024 18:03
Dövlət başçısı tapşırıq verdi
30 Yanvar 2025 20:06
Dövlət başçısı Kamilə Dadaşzadəyə vəzifə verdi
27 Noyabr 2024 15:32
İkili standartlar bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, QHTlər və feykxəbər mediası üçün fəaliyyət metoduna çevrilib Dövlət başçısı
12 Noyabr 2024 14:02

