Icma.az
close
up
RU
Dövlət başçısının ilin bütün fəsillərində səfərləri əhəmiyyətlidir ŞƏRH EDİLDİ

Dövlət başçısının ilin bütün fəsillərində səfərləri əhəmiyyətlidir ŞƏRH EDİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Dövlət başçısının ailəsi ilə birlikdə işğaldan azad olunmuş bölgələrdə ilin bütün fəsillərində səfərləri əhəmiyyətlidir. Burada məskunlaşmaq istəyən insanlara bir mesajdır ki, bu yerlərdə yaşamağın heç bir təhlükəsi yoxdur. Əvvəlkindən də daha artıq təhlükəsiz mühitdə yaşamaq mümkündür". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, həmin bölgələrdə böyük bərpa və quruculuq işləri davam edir. Dövlət başçımız cənab Prezident İlham Əliyevin hər an bura yaxınlaşması və həmin ərazilərdə olması gedən bərpa-quruculuq işlərinin vüsətinə, keyfiyyətinə də xeyli dərəcədə təsir göstərir: "Bu dünyaya bir mesajdır ki, Azərbaycan işğaldan azad edilmiş öz ərazilərini sona qədər bərpa etmək və öz gücü ilə yaşamağın mümkün olduğu həddə gətirmək imkanındadır. Dünya təbii ki, bu mesajı almaqla Azərbaycan dövlətinin qüdrətini bir daha görür. Digər tərəfdən bu səfərlərin müəyyən əlamətdar günlərdə olmağının da özünə görə mənası var. Bəzən belə səfərlər həmin rayonların işğaldan azad olunduğu Azərbaycanın dövlət bayrağının qaldırıldığı günlərə, bəzən 44 günlük Vətən müharibəsinin əlamətdar tarixlərinə, bəzən də indiki kimi Novruz bayramı ərəfəsinə təsadüf edir.

Azad olunmuş ərazilərdə Novruz tonqalının dövlət başçısı tərəfindən yandırılması da bir ənənəyə çevrilib. Düşünürəm ki, bu da yaxşı və dolu məzmunlu mesajlara malik olan hadisədir. Novruz bayramı günlərində bayram tonqalının, bayramın azad olunmuş ərazilərdə keçirilməsi həm də Novruza Azərbaycan dövlətinin və xalqının nə qədər böyük önəm verməyinin əlamətidir. Novruz Azərbaycanın milli dəyəridir. Ölkəmizin suverenliyi, ərazi bütövlüyü, mədəniyyətimiz, tariximiz, dilimiz və dinimiz qədər Novruz adət-ənənəsi də bizim milli bir dəyərdir və milli dəyərə hər kəsin hörmət etməli olduğunu hər kəs hər addımda nümayiş etdirməlidir ki, bunun ən yaxşı nümunəsini cənab Prezidentimiz verir. Novruz bir vaxtlar Dünya Azərbaycanlılarının, bütün türk dünyasının bu bayrama müqəddəs baxanların, eyni bir bayraq altında toparlanmasına şərait yaradan və təsir edən ən güclü ideoloji silah idi. Bir vaxtlar Azərbaycan müstəqil olmayanda, hələ Sovet imperiyasının tərkibində olanda, dünyanın müxtəlif ölkələrinə səpələnmiş insanların Azərbaycan adında bir dövlətini görmədikləri bir vaxtlarda, qürbət ellərdə insanları bir yerə toparlayan ideyalardan biri məhz Novruz bayramı idi. Novruz tonqalı, Novruz ideyası və ideologiyası Azərbaycan türklərinin tarixən bir yerə toparlanması və bir hədəfə yönəlməsinin ən təsirli silahı olub".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri