Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Konqresmenlərin Azərbaycana səfəri əhəmiyyətlidir ŞƏRH

Konqresmenlərin Azərbaycana səfəri əhəmiyyətlidir ŞƏRH

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanla ABŞ arasında münasibətlər son bir ildə xüsusilə yüksək səviyyəyə qalxıb. Ötən il Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan liderlərinin görüşündə əldə olunan razılaşmalar məhz Prezident Donald Trampın şahidliyi ilə reallaşıb. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində ABŞ-ın iştirakı ilə başlanmış prosesdə artıq xeyli məsafə qət olunub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, yaxın zamanda ABŞ vitse-prezidentinin bölgəyə səfəri nəzərdə tutulur. Bu çərçivədə Azərbaycan-Ermənistan arasında çox mühüm görüşlərin keçirilməsi və yeni razılaşmaların əldə olunması gözlənilir: "Bu səfər, nümayəndə heyətinin Azərbaycana gəlişi fonunda reallıqların daha doğru və obyektiv şəkildə əks olunması baxımından olduqca vacibdir. Ümid edirəm ki, konqresmenlər geri qayıtdıqdan sonra ölkəmizin dostları kimi bu qrupun üzvləri Azərbaycanın mövqeyindən çıxış edərək, 1993-cü ildən qüvvədə olan anti-Azərbaycan mahiyyətli sənədin - 907-ci düzəlişin ləğvi istiqamətində təşəbbüslərini davam etdirəcəklər və bu proses məntiqi sonluğuna çatacaq.

Çünki Vaşinqtonun regionda başladığı və fəal şəkildə iştirak etdiyi bir sülh missiyası mövcuddur. Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin inşası və bu dəhlizin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi, eyni zamanda layihənin ABŞ-ın maliyyə dəstəyi ilə həyata keçirilməsi məsələləri gündəmdədir. Belə bir şəraitdə, xüsusilə Azərbaycanın Ermənistan üçün taxıl yolunun açılması, yanacaq ticarətinə başlanılması və digər humanitar və iqtisadi təşəbbüslər göstərdiyi halda, Azərbaycanın Naxçıvan bölgəsinin hələ də faktiki blokada şəraitində qalması 907-ci düzəlişin qəbulunun və bu günə qədər mövcudluğunun nə qədər absurd olduğunu bir daha sübut edir.

Bu baxımdan hesab edirəm ki, nəhayət, ədalət öz yerini tapacaq və qarşılıqlı səfərlər də ümumi prosesə öz töhfəsini verəcək. Azərbaycan sülh məramlı missiyasını təkcə regionda deyil, qlobal miqyasda da davam etdirir. Bunun məntiqi nəticəsidir ki, Yaxın Şərq sülh zirvələrindən birinə Azərbaycan Prezidenti məhz Prezident Trampın dəvəti ilə qatılmışdı. Eyni zamanda, Sülh Şurasının təsisçiləri sırasında Azərbaycan dövlətinin yer alması rəsmi Bakının real və ardıcıl sülh missiyasını aydın şəkildə ortaya qoyur.

Belə olduğu halda, bəşəri sülhə töhfə verən, müstəqil və prinsipal mövqeyindən geri çəkilməyən bir dövlətə qarşı sanksiya xarakterli qərarın qüvvədə qalması heç bir halda anlaşılan deyil. Bu, ən azı ABŞ tarixində yol verilmiş ciddi ədalətsizliyin aradan qaldırılmasını zəruri edən amillərdən biridir. Üstəlik, 1992-ci ildən etibarən Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin mövcudluğunu da nəzərə alsaq, 907-ci düzəlişin ləğvi istiqamətində addımların atılması artıq qaçılmazdır.
Bu mənada, konqresmenlərin Azərbaycana səfərinin məhsuldar olacağına və iki ölkə arasında normal, sağlam və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin formalaşmasına mühüm töhfə verəcəyinə heç bir şübhəm yoxdur.

İki ölkə arasındakı münasibətlərdə parlamentlərin də xüsusi rolu var. Xüsusilə Azərbaycan Milli Məclisi son illərdə parlament diplomatiyasına ciddi önəm verir. Bu istiqamətdə ABŞ ilə parlamentlərarası əlaqələrin inkişafında da mühüm irəliləyiş əldə olunub. Bu baxımdan, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar və rəhbər üzvlərindən ibarət nümayəndə heyətinin Milli Məclisə səfəri xüsusi əhəmiyyət daşıyır və əldə olunan razılaşmalar dövlətlərarası və parlamentlərarası münasibətlərin ruhuna tam uyğundur.

Doğrudur, Nümayəndələr Palatasında Nancy Pelosi sədrliyi dövründə, Bayden administrasiyası zamanı Azərbaycanla münasibətlər tamamilə fərqli müstəvidə idi. Xatırlayırıq ki, həmin dövrdə Nancy Pelosinin İrəvana səfəri, qondarma “soyqırım” kampaniyalarında iştirakı və Ermənistanın işğal və terror siyasətinə açıq dəstək verən mövqeyi Azərbaycanda ciddi narazılıq doğurmuşdu və bu addımlar unudulmayıb.

Lakin hazırda münasibətlərdə tamamilə fərqli bir atmosfer müşahidə olunur. Bu dəyişiklik iki ölkə liderinin siyasi iradəsinin nəticəsidir. Azərbaycana səfər edən konqresmenlərlə aparılan müzakirələrdə də 1993-cü ildə qəbul olunmuş və uzun illər ikitərəfli münasibətlərə mənfi təsir göstərmiş 907-ci düzəliş məsələsi xüsusi diqqət mərkəzində olub. Bu məsələ dövlətimiz üçün münasibətlərdə əsas prioritetlərdən biri hesab olunur. Dövlət başçımız bu mövqe ilə bağlı dəfələrlə açıq şəkildə fikrini ifadə edib. Eyni zamanda, Prezident Trampın sözügedən sanksiya qərarını dondurması və onun ləğvi istiqamətində prosesin başlanması Konqres qarşısında artıq daha konkret qərarların verilməsini zəruri edir.
Bu mənada, ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin formalaşdığını açıq şəkildə demək mümkündür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Fevral 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri