Icma.az
close
up
RU
Prezidentin ona verdiyi dəstək strateji əhəmiyyətlidir ŞƏRH EDİLDİ

Prezidentin ona verdiyi dəstək strateji əhəmiyyətlidir ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

"Qeyri-rəsmi türk zirvəsinin, bəlkə də, ən əlamətdar xüsusiyyətlərindən biri dövlət başçılarının bir-birinə hər zamankı kimi etdikləri səmimi jestlərdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, bu nöqteyi-nəzərdən Macarıstanın Baş naziri ilə Azərbaycan Prezidentinin münasibətlərində nüanslara xüsusi diqqət etməyə gərək var: "Ən əhəmiyyətli cəhət isə şəxsi ünsiyyətlərdə dövlətlərin apardığı siyasətin digər müttəfiq ölkə başçıları tərəfindən səmimiyyətlə qarşılanması və dəstəklənməsidir.Azərbaycan Prezidentinin Macarıstan Baş nazirinin siyasəti ilə bağlı dediyi sözlər həm müttəfiqlik münasibətləri çərçivəsində təəssübkeş yanaşmadır, həm Macarıstanı hazırkı siyasi kursda daha qətiyyətli olmağa həvəsləndirmək üslubudur. Eyni zamanda Avropaya nümayiş etdirməkdir ki, Türk Dövlətləri Təşkilatı Avropa Birliyinin yeganə türk üzvü olan Macarıstanı çətin anlarda tək buraxmayacaq. Xüsusilə də, Macarıstanın bir sıra əsas məsələlərdə Avropa Birliyinin əsas siyasətinə şərik olmaması onların arasında problemlərə və soyuqluğa gətirib çıxarır. Dəfələrlə Macarıstan Ukrayna, Ermənistanla bağlı Avropa Birliyinin bəzi layihələrinə monitorinq qoyub"."Eyni zamanda Avropa Birliyi, guya, vahid siyasi-iqtisadi, mənəvi, mədəni baxımdan humanitar məkan olaraq Avropada bütün milli-mənəvi dəyərlərin bir-birinə qovuşması yönündə siyasət aparır ki, bu da bir çox hallarda üzv dövlətlərin narazılığına səbəb olur. Çünki bu inteqrasiya heç bir halda dövlətlərin milli-mənəvi və mədəni identikliyinə ziyan gətirməməlidir. Bu nöqteyi-nəzərdən Macarıstanın Baş nazirinin ölkədə milli-mənəvi dəyərlərin qorunması, hətta bu yolda Avropa Birliyi ilə müəyyən məqamlarda toqquşması belə ona ancaq simpatiya yaradır. Azərbaycan Prezidenti də məhz bunu qeyd etdi ki, Macarıstanın Avropa Birliyinin üzvü olmasına baxmayaraq o, özünün milli suveren maraqları çərçivəsində cəsarətli siyasət aparır. Fikrimcə, İlham Əliyevin bu sözlərinə yəqin iştirak edən digər türk dövlət başçıları da şərik olardılar. Bəlkə də, müxtəlif səviyyələrdə bu fikirlər müəyyən formalarda onlar tərəfindən də ifadə olunub. Həqiqətən, Macarıstanın Şərq dəyərlərinə nisbətən yaxın ölkə olduğunu nəzərə alsaq, onun bu gün öz milli-mənəvi dəyərlərini qorumaq üçün inadkar siyasət aparmasına sadəcə ehtiyac var. Bu cəhətdən Azərbaycan Prezidentinin ona verdiyi dəstək strateji əhəmiyyətlidir və Macarıstanın öz siyasi kursunda daha ardıcıl və qətiyyətli olmağa təşviq edir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri