Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Dövlət borcu ilə bağlı görülən tədbirlər açıqlanıb

Dövlət borcu ilə bağlı görülən tədbirlər açıqlanıb

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər investorların tələbatının əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi nəticəsində 2025-ci il 1 yanvar tarixinə dövriyyədə olan dövlət istiqrazları portfelinin 91,4 faizi 1–3 illik, 8,6 faizi isə 5–7 illik istiqrazlardan ibarət olub. Bu vəziyyət dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) göstəricisinin 1,47 ilə qədər azalmasına və ortamüddətli dövrdə dövlət istiqrazları üzrə əsas borc ödənişlərinin qısa müddətdə təmərküzləşməsi səbəbindən yenidən maliyyələşdirmə risklərinin artmasına gətirib çıxarıb.

525.az xəbər verir ki, bu risklərin azaldılması məqsədilə həyata keçirilmiş tədbirlər çərçivəsində 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illik dövlət istiqrazları ilə əvəzləşdirilib. Nəticədə, 2025-ci il 1 oktyabr tarixinə dövlət istiqrazları portfelində 1–3 illik dövlət istiqrazların payı 60,6 faizə endirilib, 5–10 illik dövlət istiqrazlarının payı isə 39,4 faizə yüksəlib. Bununla da, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın 2022–2025-ci illər üzrə yenilənmiş məqsədlərinə uyğun şəkildə cari ilin ilk 9 ayı ərzində dövlət istiqrazları üzrə OÖM 2024-cü ilin sonuna nisbətən 2,4 dəfə artaraq 3,52 ilə çatdırılıb.

Eyni zamanda, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlir gətirilməsi məqsədilə 2025-ci ildən etibarən Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının milli valyutada olan vəsaitlərinin aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə xəzinə qalığının müəyyən hissəsinin kapitallaşma və aktivlərinin həcminə görə ən iri beş yerli bankda depozitə yerləşdirilməsi üzrə depozit hərracları keçirilir.

Xəzinə qalığının idarə edilməsi üzrə görülmüş işlər nəticəsində, 2025-ci il 1 oktyabr tarixinə milli valyutada olan xəzinə vəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlər üzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1 milyon manat məbləğində faiz gəliri əldə edilib. Bu göstərici 2024-cü il ərzində xəzinə vəsaitlərinin idarə olunmasından büdcəyə daxil olan 17,5 milyon manatla müqayisədə təxminən 4,3 dəfə çoxdur.

Beləliklə, həyata keçirilən tədbirlər dövlət borcunun idarə olunmasında risklərin azaldılmasına, borc portfelinin dayanıqlılığının möhkəmləndirilməsinə və eyni zamanda dövlət büdcəsi vəsaitlərinin idarə edilməsində gəlirliliyin artırılmasına mühüm töhfə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri