Icma.az
close
up
RU
Bu Dövlət Proqramı ölkə üçün önəmli dönüş nöqtəsidir AÇIQLAMA

Bu Dövlət Proqramı ölkə üçün önəmli dönüş nöqtəsidir AÇIQLAMA

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 12 yanvar 2026-cı il tarixdə təsdiqlənmiş 2026-2035-ci illər üçün “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” ölkənin su təminatı və kommunal infrastruktur siyasətində önəmli dönüş nöqtəsidir. Dövlət Proqramının əsas məqsədi su təchizatı, yağış suları və tullantı suları infrastrukturunun bütünlüklə yenilənməsi və təkmilləşdirilməsidir. Bu çərçivədə əsas hədəflər - Baku və Abşeron yarımadasında dayanıqlı və fasiləsiz içməli su təchizatını təmin etmək, yağış suları sistemlərinin modernləşdirilməsi ilə leysan və şiddətli yağış nəticəsində baş verə biləcək subasma risklərini azaltmaq, tullantı sularının toplanması və təmizlənməsi sistemlərini yeniləyərək ətraf mühitin qorunmasına töhfə vermək və su itkilərini azaltmaq və müasir nəzarət sistemləri vasitəsilə resursların idarə olunmasını optimallaşdırmaqdır. 

Bu sözləri Ölkə.Az-a açıqlamasında deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, proqram çox geniş və çox konkretdir: "Proqramın icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikilməlidir, həmçinin sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.

Qeyd olunan Dövlət proqramının bir çox strateji əhəmiyyəti var. Belə ki, Azərbaycanın böyük şəhərlərində, xüsusilə Bakı və Abşeron yarımadasında əhali sayı və sənaye fəaliyyətinin artması su tələbatını kəskin şəkildə yüksəldir. Bu səbəbdən ölkənin davamlı inkişaf perspektivində su təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Dövlət Proqramı ilə suyun fasiləsiz verilməsi təmin edilərək əhalinin həyat keyfiyyəti yüksəldiləcəkdir". 

Deputat bildirib ki, proqram su təminatının gücləndirilməsi ilə birbaşa olaraq sosial rifahın yüksəldilməsinə və iqtisadi artıma dəstək verəcək: "Keyfiyyətli və etibarlı içməli su şəhərətrafı və kənd ərazilərində yaşayanlar üçün həyat səviyyəsini yüksəldir, eyni zamanda sənaye və tikinti sektorlarında fəaliyyət üçün əlverişli mühit yaradır. Tullantı sularının tam şəkildə toplanıb müasir standartlara uyğun təmizlənməsi Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına töhfə verəcək. Bundan başqa, yağış suları sistemlərinin təkmilləşdirilməsi subasma və eroziya risklərini azaldacaq ki, bu da şəhər infrastrukturunun davamlılığını artırır". 

P.Vəliyeva söyləyib ki, içməli su və suvarma layihələri də hər zaman insanları narahat edən ən ciddi məsələlərdən biri idi: "Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Ölkəmizdə son 20 il ərzində dörd böyük su anbarı inşa edilmiş və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. 

Azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edilir. Son 5 il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. “Sərsəng” su anbarı nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - 3 su anbarı və Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. 

Beləliklə, 2026-2035-ci illər üçün “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” Azərbaycanın ölkə miqyaslı infrastruktur siyasətində əsaslı dönüşdür. Su təminatının davamlılığını təmin etməklə, ətraf mühitin qorunmasını gücləndirərək, sosial rifahı yüksəldərək və iqtisadi inkişafı dəstəkləyərək, proqram ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm sütunlarından biridir". 

Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Yanvar 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri