Icma.az
close
up
RU
Bu dövlət yer üzündən silinə bilər AÇIQLAMA

Bu dövlət yer üzündən silinə bilər AÇIQLAMA

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraildən Suriyaya təcavüzü dayandırmağı tələb edib.

“Əks halda hamı üçün mənfi nəticələri olacaq”, – deyə Ərdoğan vurğulayıb.

Məsələni Globalinfo.az-a şərh edən siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, İsrail Əsədin devrilmə prosesi zamanı yaranan qarışıqlıqdan istifadə edərək, Şamın 20 kilometrliyinə qədər olan əraziləri işğal etdi:

“İsrail içməli suya olan tələbatının 30 faizdən artığını bu ərazilər vasitəsilə təmin edir. Digər tərəfdən Heron dağı vasitəsilə Suriyanın strateji məntəqələrini nəzarətdə saxlayır. Ona görə də bu ərazilər İsrail üçün strateji əhəmiyyətə malikdir və Təl-Əviv maksimum çalışacaq ki, geri çəkilməsin. Hazırda da burada möhkəmlənməyə davam edir”.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, İsrail Əsəd devrilən zaman Suriyanın silah-sursat ehtiyatının təqribən 80 faizini hava hücumları ilə məhv etdi:

“Bu, İsrail üçün perspektivə hesablanan addım idi. İsrail bununla Suriyanın yeni hökumətinin hərbi gücünü zəiflətmək və formalaşmasının daha çox zaman almasını hədəfləyir. Məqsəd bu idi ki, Suriyanın güclü ordu qurması zaman alsın və beləliklə İsrail işğal etdiyi ərazilərdə daha da möhkəmlənsin, beynəlxalq dəstək qazansın”.

Siyasi şərhçi əlavə edib ki, hazırda Suriyada əsas geosiyasi aktor olan Türkiyə və Suriyanın yeni hökuməti ölkənin ərazi bütövlüyü ilə bağlı prinsipiallıq nümayiş etdirirlər:

“Bu baxımdan Ərdoğanın açıqlaması konkret hədəflərə hesablanıb və blef deyil. Təbii ki, ABŞ-Türkiyə, ABŞ-İsrail arasında bu istiqamətdə ciddi diplomatik təmaslar var və davam edəcək. Tramp Türkiyə ilə işləməkdə və münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Amma Birləşmiş Ştatlar daxilində Trampa təsir gücü olan qüvvələr var və onlar yeni prezidentin mövqeyində korrektələrə nail ola bilərlər”.

Ə.Zülfüqaroğlu vurğulayıb ki, indiki məqamda Türkiyə üçün prioritet YPG terror təşkilatının ləğvidir:

“Suriyanın yeni hökuməti üçün də əsas məsələ de-fakto bölünmüş Suriyanın ərazi bütövlüyünün bərpasıdır. PYD/YPG-nin nəzarət etdiyi ərazilər neftlə zəngindir, yəni Suriya iqtisadiyyatının bərpasında strateji əhəmiyyətə malikdir.

Böyük ehtimalla Türkiyə ilə Suriya arasında hərbi müttəfiqlik müqaviləsi imzalanacaq və Türkiyə burada əsas qarantor ölkəyə çevriləcək. Bu isə o deməkdir ki, Türkiyənin İsraillə birbaşa toqquşma riski yaranacaq. Tramp isə bunu qətiyyən istəmir. Çünki NATO-nun ikinci ordusu ilə ABŞ-ın müttəfiqi İsrailin toqquşmaya getməsi Vaşinqtonun geosiyasi mövqelərini sarsıda bilər. Buna görə də MKİ-nin sabiq rəhbəri bildirdi ki, İsrail Türkiyə ilə hərbi toqquşmaya gedərsə fəlakət yaşayacaq. Yəni İsrail bir dövlət olaraq yox olacaq. ABŞ-da da bunu çox yaxşı başa düşürlər.

Türkiyə də bundan, yəni Vaşinqtonun Türkiyədən asılı olan geosiyasi maraqları kartından Təl-Əvivə qarşı təzyiq kartı kimi istifadə edəcək. Yəni Türkiyə İsrailə təzyiqlərini daha da artıracaq”.

Ə.Zülfüqaroğlu onu da əlavə edib ki, istənilən halda Türkiyə-İsrail hərbi toqquşma riski çox azdır:

“İsrailin hazırkı sionizm ideologiyası üzərindən xarici siyasət yürüdən teokratik rejimə qarşı həm dünya, həm də ölkə daxilində ciddi təzyiqlər var. Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu ilə bağlı qərarı ümumilikdə İsrail dövlətini də təzyiq altında saxlayır. Ona görə də Türkiyə və ABŞ Netenyahudan sonrakı dönəm üçün proseslərə yenidən baxacaqlar. Düşünürəm ki, yalnız bundan sonra Türkiyə-ABŞ-Suriya-İsrail arasında kompromislər tapmaq mümkün ola bilər. Təbii ki, İsrailin növbəti hökuməti sionistlərdən ibarət olmasa…”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see279

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see270

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see262

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see259

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see249

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see249

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see244

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see237

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see236

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see228

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see228

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see225

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see210

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see208

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see201

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see198

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see196

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see190

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see184

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri