Dövlət bu müəssisələrdə yaşayanlara hər gün 10 manat 50 qəpiklik yemək verir
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, Ziyafət Fərzəliyev Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərini hazır yeməklə təmin edəcək.
Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev sutkada 3 dəfə olmaqla bir il müddətində 2 464 nəfəri (çarpayı sayı ilə) hazır yeməklə təmin edəcək və qarşılığında 9 milyon 308 min 116 manat 12 qəpik alacaq.
Açıqlanan məlumatlardan da göründüyü kimi, sosial xidmət müəssisələrində yaşayan bir nəfərin bir günlük yemək xərci 10 manat 50 qəpik təşkil edəcək.
Murad Məmmədov
Baxış sayı:115
Bu xəbər 24 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















